Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

3 posters

Aşağa gitmek

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty 64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

Yeni mövzu tarafından X_an 27/2/2009, 10:48

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... B291ee82eb1f
Qlobal iqtisadi böhranın artıq ikinci mərhələsi başlayıb
İkinci mərhələ Azərbaycana nə vəd edir?

Bütün dünya 64 ilin ən ağır iqtisadi böhranı ilə üzləşib. Proqnozların əksinə olaraq, dünyanın əksər ölkələrində iqtisadi inkişafın səviyyəsi daha da aşağı düşüb. Qlobal iqtisadi böhranın artıq ikinci mərhələsi başlayıb. Mütəxəssislərin fikrincə, vəsait çatışmazlığı ilə müşahidə olunan maliyyə böhranı səngiyir və öz yerini daha ağır olan istehsal böhranına verir.
Başqa sözlə, böhran maliyyə sektorundan istehsala keçib. Böhranın bu mərhələsi daha ciddi problem yaradır. Son vaxtlar dünyanın əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin müflisləşməsi, daşınmaz əmlak bazarında baş verən durğunluq kütləvi işsizliyə gətirib çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox əməktutumlu sahələrə təsir edir və kütləvi işsizlik qeydə alınır. Dünyada istehlakın azalma prosesləri daha da ağırlaşdırır.
Hələlik problemlə daha ciddi mübarizə aparan Amerika hökuməti iqtisadiyyata milyardlarla dollar ayırsa da, ortada nəticələr yoxdur. Prezident Barak Obama 787 milyard dollarlıq stimul paketini bir həftə əvvəl imzalayıb. Amma ekspertlər hesab edir ki, bu sənəd ciddi dəyişikliklər vəd etmir.
Avropada da vəziyyət gərgindir. Ötən ilin sonuncu rübündə Avropa ölkələrində ümumi daxili məhsulun həcmi 1,5 faiz azalıb. Xüsusilə də Avropa iqtisadiyyatının aparıcı ölkələri- Almaniya, Fransa və İtaliyada geriləmə gözləniləndən də çox olub. Amma böyük yeddilik ölkələrinin liderləri hesab edir ki, qlobal maliyyə böhranı ən azı bu ilin sonuna kimi davam edəcək. Köhnə qitədə iqtisadi artım yalnız ilin sonunda bərpa edilə bilər.
Bütün bunların fonunda mütəxəssislər Azərbaycan iqtisadiyyatının böhranın ikinci mərhələsindən qorunduğunu bildirir. Dünya Bankının mütəxəssisləri hesab edir ki, böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da, Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə olunub. Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Qriqori Yeceyçak bildirib ki, uzunmüddətli perspektivdə Azərbaycanın bu böhranın təsirindən kənar olacağını ehtimal etmək sadəlövhlük olardı: «Biz neftin qiymətinin enməsinin şahidiyik. Bundan əlavə, Azərbaycanın ixrac məhsullarına tələbat, xaricdə çalışan azərbaycanlı miqrantların ölkəyə göndərdiyi vəsait azalır. Bütün bunlar respublika iqtisadiyyatına öz təsirini hələ göstərəcək».
Azərbaycanda isə fərqli düşünürlər. Maliyyə-sığorta şirkətləri böhranın təsirlərinin tam sovuşmadığı qənaətindədir. Son vaxtlar mənzillərlə yanaşı, avtomobil satışının azalması sığorta şirkətlərinin gəlirlərinə təsir edib. İndi şirkətlər bazara yeni məhsullar çıxarmaqla bu təsirlərdən mümkün qədər qorunmağa çalışır. Azərbaycan Sığortaçılar Asossiasiyasının prezidenti Cəmil Məlikov bildirib ki, vəziyyətdən çıxış yolu kimi digər sığorta növləri təklif ediləcək və bununla yanaşı, maarifləndirici tədbirlər görüləcək.
Beynəlxalq fondların və donorların vəsaitlərinin azalması, eləcə də ehtiyatlı davranışı yerli qeyri-bank təşkilatlarının kredit portfelinin artım sürətini on dəfələrlə aşağı salıb. Onlar əvvəllər kredit ayırmadığı təşkilatlara ümumiyyətlə pul vermirlər. Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, hazırda Azərbaycana böhranın necə təsir etdiyini demək mümkün deyil: «Bank olmayan təşkilatlara tövsiyə odur ki, istehlak kreditləri və böyük biznes kreditlərindən uzaq olsunlar».
İndi əsas hədəf bu problemlərin istehsala təsirini mümkün qədər azaltmaqdır. Ölkənin iri şirkətləri maliyyə böhranı nəticəsində istehsalı 25 faizə qədər azaltdığını bəyan edirlər. Vəziyyətdən çıxmaq üçün sahibkarlar özləri xilas paketi hazırlayıb. Sahibkarlar Konfederasiyası bəyan edir ki, böhran daha çox əmək tutumlu sahələrə xüsusilə tikinti, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı, elektrotexnika məhsullarının satışı və banklara təsir etdiyindən bu müəssisələrin siyahısı tutulmalı, işçilərinin sayı 2 mindən çox olan şirkətlərə birbaşa maliyyə yardımları göstərilməlidir.
İş adamları böhran dövründə vergi və sosial sığorta tətilləri verilməsini təklif edirlər. Sahibkarlığa Kömək Milli Fondundan ayrılan güzəştli kreditlərin 80 milyon manatdan 1 milyard manata çatdırılması da təkliflərə daxil edilib. Üstəlik, iş adamları vaxtı çatmış kreditlərin fonda qaytarılmasını böhran başa çatanadək təxirə salınmasını istəyir, ixrac yönümlü müəssisələrin dəstəklənməsini vacib sayan konfederasiya, kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin fermerlər kimi vergilərdən azad olunmasını təklif edirlər. Həmçinin, sahibkarlar yerli istehsalçılara enerjidaşıyıcılarının 50 faiz güzəştlə satılmasını istəyirlər.
Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov bildirib ki, bazara ucuz mallar daxil olduğu təqdirdə, ixrac edən sahibkarlar həm keyfiyyətli, həm də ucuz mal çıxarmalıdır: «Maya dəyərinə çəkilən xərclər aşağı düşməlidir. Burada da əsas xərci məhz enerjidaşıyıcılarının üzərinə düşür».
Dünyada baş verən proseslərin dövlət büdcəsinin parametrlərinə müəyyən təsirləri olacaq. Lakin Azərbaycanın infrastrukturunun inkişaf etdirilməsi, sosial proqramların icrasına yönələn bütün iri layihələr lazımi səviyyədə həyata keçiriləcək. Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, maliyyə böhranı hökm sürdüyü bir vaxtda, banklar üzünü real sektora tərəf tutmalıdır.
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Left_bar_bleue20/064 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty Geri: 64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

Yeni mövzu tarafından Alex 27/2/2009, 18:02

Russia-ABS Olkalari igtisadiyi bohranin Hakinda Aprel da Gorusacaglar
Neca miliardlar Dolar Harclanacag
Alex
Alex
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 467

Təşəkkür sayı Təşəkkür sayı : 20
Oğlak Horoz
Erkek
Age : 30
Adres : Azarbaijan-Imishli
Məşguliyətim : idman
Humor : Ha HA
Qeydiyyat tarixi : 26/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Left_bar_bleue0/064 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty Geri: 64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

Yeni mövzu tarafından Ne On 28/2/2009, 11:24

Bizdə onsuzda krizis baş alıb gedirdi...
Ne On
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 37
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty Geri: 64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

Yeni mövzu tarafından X_an 28/2/2009, 18:22

"Ölkənin iri şirkətləri maliyyə böhranı nəticəsində istehsalı 25 faizə qədər azaltdığını bəyan edirlər. Vəziyyətdən çıxmaq üçün sahibkarlar özləri xilas paketi hazırlayıb. Sahibkarlar Konfederasiyası bəyan edir ki, böhran daha çox əmək tutumlu sahələrə xüsusilə tikinti, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı, elektrotexnika məhsullarının satışı və banklara təsir etdiyindən bu müəssisələrin siyahısı tutulmalı, işçilərinin sayı 2 mindən çox olan şirkətlərə birbaşa maliyyə yardımları göstərilməlidir."
Yazının bu hissəsini oxuyun gorun bunlar bizi fikirləşir yoxsa ozlərini!
Əgər bizi fikirləşsələr onda qiymətlərdə kütləvi innavasiya olar yox ozlərini fikirləşirlərsə onda hər şey su kimi aydındir!
Sonda nətıcə aliriq böhran yaşamaq çətindir amma nicat tapana minnət!
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Left_bar_bleue20/064 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir... Empty Geri: 64 ilin ən ağır iqtisadi böhranını yaşayırıq,bütün iqtisadi-ekspertlər bu fikirdədir...

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.