New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Noyabr 2017
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Takvim Takvim


Virtual Təhsil Sistemi (VTS)*

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

01 Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Qonaq Bir 14/3/2009, 20:36

Azərbaycanda və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bir məsələ tam aydındır ki, bu obyektiv problemlərin kökü “informasiyanın istehlakı” problemidir. Bu səbəbdən təhsilin elmi nailiyyətlərdən geri qalma tendensiysı getdikcə güclənir. Müasir elm və texnologiyanın inkişafının bir-başa təhsildən asılı olduğunu nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər. Bu layihə-məqalə göstərilən problemlərin həll üsullarına həsr olunub...Mündəricat

1. İstilahlar

2. Giriş

3. VTS-in kompleks sistemləri və onların həll edəcəyi məsələlər haqqında

3.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)

3.2. Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi (TYQKS)

3.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS) 

3.4. Təhsil Standartları Sistemi (TSS)

3.5. Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (TAİS)

4. Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında

5. Ənənəvi Təhsil Sistemindən Virtual Təhsil Sisteminə keçid məsələləri haqqında 

6. Cari və gözlənilən problemlər və onların həlli haqqında 

7. Gözlənilən nəticələr haqqında

8. “Virtual Təhsil Sistemi” layihəsi üzrə görülmüş işlər haqqında 
1. İstilahlar
VTS – Virtual Təhsil Sistemi
ƏTS - Ənənəvi Təhsil Sistemi
İKT – İnformasiya Komunikasiya Texnologiyaları
İK – İnformasiya Kommunikasiya
ÜİBS - Ümumi İnformasiya Bankı Sistemi
TSS - Təhsil Standartları Sistemi
TAİS - Təhsilin Avtomatlaşdırlmış İdarəetmə Sistemi
TTTS - Təhsildə Təlim/Tədris Sistemi
TYQKS - Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi 
DM – Dərslik Müəllim
DS – dərslik ssenari
FK – fərdi kompüter
2. Giriş[2]

Azərbaycanda və ümumilikdə dünyada təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bir məsələ tam aydındır ki, bu obyektiv problemlərin kökü “informasiyanın istehlakı” problemidir. Bu səbəbdən təhsilin elmi nailiyyətlərdən geri qalma tendensiysı getdikcə güclənir. Müasir elm və texnologiyanın inkişafının bir-başa təhsildən asılı olduğunu nəzərə alsaq, təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan problemlərin əsas səbəbi kimi götürülə bilər. 

Bu günkü təhsil sistemində həlli zəruri olan problemlər əsasən aşağıdakılardır:
Təhsildə informasiyanın istehlakıla bağlı problemlər. 
Təhsil pillələrinin sayındakı məhdudiyyət nəticəsində ortaya çıxan təhsilin kəsilməzliyi ilə bağlı problemlər.
Təhsil pillələri arasında keçid standartları ilə bağlı problemlər.
Biliklərin yoxlanılması, qiymətləndirilməsi, növbəti təhsil pilləsinə keçidlə bağlı problemlər. 
Pedaqoji nəticəyə əsasən kadrların yerləşdirilməsi, attestasiyası, əməklərinin qiymətləndirilməsi və d. təhsil elementlərilə bağlı problemlər.
Təhsil sisteminin optimal və operativ idarə olunmasıla bağlı problemlər.
Təhsilin iqtisadiyyatıla bağlı problemlər.
Ölkənin tələbatı əsasında ali ixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı problemlər.

və digər problemlər təhsil sisteminin normal inkişafına ciddi maneələr yaradır. Son 50 il ərzində elm və texnologiya sahələrindəki ciddi dəyişiklikləri, təhsil sistemində aparılan və ya aparılması planlaşdırılan islahatlarda nəzərə almaq zəruridir. Artıq təhsil problemlərinin ənənəvi üsullarla həllinin qeyri-mümkünlüyü aydındır. Bu mənada Ənənəvi Təhsil Sistemi(ƏTS) doymuş məhlula bənzəyir və bura nə isə əlavə edərək - keyfiyyət dəyişikliyinə nail olmaq qeyri-mümkündür. Artıq İnformasiya Kommunikasia Texnologiyalarının, təhsil problemlərini həll etmək üçün real və yeganə vasitə olduğu şübhəsizdir. İKT vasitəsilə ənənəvi üsullarla həll edilməsi mümkün olmayan bir çox məsələlərin – problemlərin həll etdilməsi imkanı yaranıb. Hal hazırda ƏTS-də islahatların aparılması, virtual xarakterli təhsil sisteminin hazırlanması üçün zəruri İKT-də, aşağıdakı məsələləri realizə olunub: 
Mətni, qrafik, audio, video informasiyanın tam emalı imkanın yaranıb. 
Müasir kommunikasia texnologiyaları iri həcmli rəqəmsal məlumatların axınını “Real-time”-da təmin edir.
Həyatda mövcud müxtəlif təbii proseslərin virtual variantının yaradılması (Game) imkanları reallaşıb[3]. 

və İKT-də realizə olunmuş digər inqilabi texnologiyalar təhsil sistemindəki əsas problemlərin real həllinə şərait yaradır. 

Bununla yanaşı İKT-nin cəmiyyətə tətbiqi ilə bağlı aşağıdakı məsələlər də reallaşıb:
Cəmiyyətin İKT-dən istifadəetmə əmsalı son 20 il ərzində dəfələrlə yüksəlib.
Gənclərin böyük əksəriyyəti ibtidai kompüter təhsilinə malikdirdilər və onlar İKT-nin verdiyi yeni texnoloji imkanlardan bacarıqla istifadə edirlər.
Cəmiyyətin müxtəlif sahələrində kompüter və digər İKT vasitələrinin tətbiqi kifayət qədər yüksəkdir. 
Yüksək sürətli şəbəkələr, cəmiyyətin inkişafının əsasını təşkil edən məlumatların toplanması, emalı, istehlakı, yayımlanmasına real imkanlar yaradır. 
Cəmiyyətin kütləvi şəkildə kompüterləşdirilməsi reallığa çevrilib, sosial statusundan və təhsil sistemində tutduğu yerdən asılı olmadan hər bir şəxsin fərdi kompüterə malik olması imkanları əmələ gəlib[4].

Onu da qeyd edək ki, təhsil sistemlərinin bünövrələri dünyada gedən qloballaşma prosessindən kənardadır və yəqin ki, bu hal dəyişməz qalacaq. Səbəb isə hər bir təhsil sisteminin məxsus olduğu ölkənin milli dəyərləri əsasında formalaşmasıdır. Bu səbəbdən yuxarıda sadaladığımız və ya qeyd etmədiyimiz digər problemlər müxtəlif ölkələrdə müxtəlif vasitə və üsullarla həll olunur. Bu səbəbdən hansısa xarici ölkənin təhsil sistemini olduğu kimi tətbiq etmək, problemləri həll etmir, əksinə digər daha ciddi problemlər əmələ gətirir.

Azərbaycan Respublikasında mövcud təhsil sistemi yuxarıda qeyd etdiyimiz problemlərdən kənarda qalmayıb. Ölkə təhsil sistemində ciddi islahatların aparılması zəruriyyəti danılmazdır. Bu islahatlar ölkənin öz imkanlarıla reallaşmalıdır. Xaricdən, hətta inkişaf etmiş hər hansı bir ölkənin və ya ölkələrin təhsil sistemlərini birə-bir tətbiqi, təhsil sistemində daha ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilər. Təhsil İslahatları, əldə olan müsbət təcrübəyə və İKT-nin imkanlarını tətbiqi ilə aparılmalıdır və nəticədə virtual xarakterli təhsil sistemi yaradılmalıdır. 

Təklif olunan Virtual Təhsil Sistemi (VTS), sadalanan problemləri həll etməklə yanaşı, təhsil sahəsində aparılması zəruri olan islahatların İKT-lə bağlı məsələlərini həll etmək məqsədilə yaradılır. 

Birinci olaraq qeyd etməliyik ki, Ənənəvi Təhsil Sistemindən (ƏTS) Virtual Təhsil Sisteminə (VTS) keçid inqilabi xarakter daşımamalıdır. Yəni mövcud təhsil sistemini deklorativ qaydada dəyişdirmək yolverilməzdir və burada bütün islahatlar tədricən həyata keçirilməlidir. 

İkincisi, VTS-in bütün kompleks sistemləri bu məqalənin 4-cü bölməsində (“Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında”) göstərilmiş texnoloji mərhələlər və tələblər əsasında yaradılmalıdır.

Üçüncüsü, VTS-in kompleks sistemləri digər təhsil sistem modellərinə tətbiq oluna bilər. Xüsusilə VTS-in funksional kompleks sistemləri – “Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi” (TYQKS) və “Təhsildə Təlim/Tədris Sistemi” (TTTS) heç bir xüsusi dəyişikliklər edilmədən tətbiq oluna bilər[5]. 

Dördüncüsü, VTS-in tam həcmdə (bütün kompleks sistemlərilə) istismarı mərhələlər üzrə aparılır:
Seçilmiş minimum sayda pilot təhsil müəssisələrində (ibtidai, natamam orta, orta, ali təhsil müəssisələri) tədricən tətbiq olunur. Kompleks sistemlər bu məqalənin 5-ci bölməsində göstərilən ardıcıllıqla qoşulurlar. ƏTS elementləri tədricən VTS-ə dəyişdirilir.
VTS-in tətbiqi ilə ortaya çıxmış problemlər həll olunandan sonra, ikinci mərhələdə pilot təhsil müəssisələrinin sayı artırılır, VTS-in istismarına regional və mərkəzi təhsili idarəetmə qurumları cəlb olunurlar. Bu qurumların tərkibində VTS strukturları yaradılır.
İkinci mərhələnin nəticələri gözlənilən nəticələrlə üst-üstə düşəndən sonra VTS-in Azərbaycan Respublikasında tam tətbiqinə başlanılır.

Təqdim olunan, məlumatlandırma xarakteri daşıyan bu məqalə, İKT-nin tətbiqi ilə təhsil problemlərinin həll edilməsi məsələlərinə əhatə edərək, Təhsil sahəsində gözlənilən islahatlara yardım məqsədilə hazırlanıb və özündə “Texniki Layihə” mahiyyətini daşımır.  

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Qonaq Bir 14/3/2009, 20:40

3. VTS-in kompleks sistemləri və onların həll edəcəyi məsələlər haqqında

Virtual Təhsil Sistemi (VTS) bir-birinə bağlanmış (ümumi interfeysə malik) 5 kompleks sistemdən ibarət olub, VTS-in tam funksional fəaliyyət göstərməsinə imkan yaradacaq. Bu bölmədə hər bir kompleks sistem haqqında qısa və papulyar şəkildə açıqlama verilib. Bu məsələlər haqqında daha geniş və dolğun məlumat “Təklif Layihə”-də öz əksini tapır[6]. Bölmədəki kompleks sistemlər mühümlük dərəcəsinə görə sıralanıb. 
3.1. Ümumi İnformasiya Bankı Sistemi (ÜİBS)

Bu sistem VTS-in əsasən digər sistemlərin informasiya təminatını təmin etmək üçün nəzərdə tutulub, aşağıdakı məlumatlar bazalarını özündə cəmləyir:
Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət informasiya mənbələrindən, təhsillə bağlı statik və dinamik informasiyalar, o cümlədən, qanunvericilik aktları, hüquqi sənədlər, təhsil standartları, lisenziyalar və s.
Təhsillə bağlı beynəlxalq status daşıyan sənədlər;
Xarici ölkələrin təhsil sistemi ilə bağlı məlumatlar;
Təhsillə bağlı elektron kitabxana (dərsliklər, metodik vəsaitlər, elmi əsərlər, analitik məqalələr və s.);
Yeni təhsil texnologiyaları haqqında informasiyalar;

və digər məlumatlar toplanmış verilənlər bazaları ilə işləyən alt-sistemlər aşağıdakı funksional tələblərə cavab verməlidir:
Məlumatların saxlanılması, arxivləşdirilməsi, bərpası;
Çeşidləmə və axtarış;
Analiz və sintez;
Kommunikasiya xətləri vasitəsilə ötürülmə.

Bu sistem VTS-in digər kompleks sistemlərinin hazırlanmasında və gələcək inkişafında önəmli yer tutduğu üçün birinci növbədə yaradılmalıdır[7]. Bu sistemin “İstismar” mərhələsinə cəlb olunmuş mütəxəssislər təhsil məsələlərilə bu və ya digər şəkildə əlaqəsi olan dövlət qurumlarına ekspert xidmətləri göstərməklə yanaşı, VTS-lə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsi, birgə işin təşkil olunması istiqamətində çalışacaqlar.

Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
3.2. Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi (TYQKS)

Mövcud təhsil sistemlərində təhsil pillələri arasında keçid, öyrənənin(şagirdin, tələbənin və d.) biliklərinin yoxlanılması və qiymətləndirilməsi ilə həyata keçirilir. VTS-in funksional kompleks sistemi olan TYQKS-nin əsas üstünlükləri aşağıdakılardır:
Təhsil pillələrinin sayına məhdudiyyət götürülür. Bununla təhsilin kəsilməzliyi təmin olunur.
100 ballıq sistemin tətbiqi, biliklərin daha dəqiq qiymətləndirilməsinə şərait yaradır.
Çoxcavablı, çox düzgün cavablı test tapşırıqlarının tətbiqinə imkan yaradır.
Test tapşırıqlarının özlərinin qiymətləndirilməsi alqoritmləri bir çox problemlərin operativ həll olunmasına şərait yaradır. Məsələn, keyfiyyətsiz və ya təhsil standartlarına uyğun gəlməyən tədris elementlərinin operativ şəkildə təhsil sistemindən çıxarılması və ya korrektəsi.
Öyrənənlərin şəxsi qiymət kartlarının analizi alt-sistemi, VTS-in digər kompleks sistemlərinin fəaliyyət göstərməsi üçün zəruri parametrləri müəyyən edir və aşağıdakı qlobal problemlərin həllinə yardım edir: 
Milli təhsil standartlarının hazırlanması (TSS) və operativ olaraq təhsil standartları minimumlarını dəyişdirmək[8].
“Pedaqoji nəticələrə görə, əmək haqqının hesblanması”, “Təhsil müəssisələrinin maliyyələşdirilməsi”, “Pedaqoji kadrların attestasiyası”, “Təhsil strukturlarının fəaliyyətlərinin analizi” və d. alt-sistemlər hesablama parametrlərini bu bazadan götürəcək. (TAİS)
Ənənəvi və virtual dərsliklərdəki mövzuların operativ şəkildə korrektəsi və ya yenilənməsi. (TTTS)
Dövlət və qeyri-dövlət strukturlarında kadr probleminin effektiv həlli(TAİS).
Şəffaflığın təminatı.

və s. 

Bu kompleks sistem VTS-in funksional[9] alt-sistemi olub, birinci növbədə yaradılacaq. Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
3.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS)

Müasir İK texnologiyaları təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. Müxtəlif tip informasiyaların, o cümlədən, mətni, qrafik, audio, video məlumatların tam emal olunma imkanları, virtual animasiya sistemlərinin yaradılması imkanları, sürətli kommunikasiya xətlərinin mövcudluğu və s. təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına imkan verir. Təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) elektron dərsliklər TTTS-in bünövrəsini təşkil etməklə, ƏTS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənəcəklər:
Dərsliklərin mövzuları tam emal oluna bilən mətni, qrafik, audio, video, animasiya elementləri vasitəsilə hazırlanır.
DM elektron dərsliklərin istismarı fərdi kompüterdə (CD&DVD disklər), həm şəbəkə vasitəsilə(lokal və qlobal) aparıla bilər.
DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi müəssisələrində işlədilə bilər. 
Dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri nəzərə alınaraq hazırlanır. 
Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmayacaq[10]. Öyrənən dərsliyin seçilməsində müstəqil olacaq. Bu isə öz növbəsində təcrübəli pedaqoqların aktiv pedoqoji fəaliyyətinə yardım edəcək (TAİS).
Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına yardım etmiş olacaq.
VTS-TYQKS ilə bağlılıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə korrektəsinə imkan verəcək.
VTS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in Dərslik Ssenarisi (DS) olacaq və DS alt-sistemi bütün təlim/tədris prosesi müddətində: 
öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir.
mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir.
təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür. Öyrənənin dərs pillələri üzrə irəliləyişi fərdi xarakter alır.
Çox dilli interfeysin olması, DM elektron vəsaitlərinin ölkə xaricindən istismarına şərait yaradır.  

və s. bu kimi imkanlar VTS-TYQKS-in “Təklif Layihə”-sində öz əksini tapır. Sistemin yaradılma mərhələləri bu məqalənin 4-cü bölməsində göstərilən qaydada aparılacaq.
3.4. Təhsil Standartları Sistemi (TSS)

Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir. Təhsil standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən olunması, operativ olaraq dəyişdirilməsi və s. ƏTS-in ən böyük problemlərindəndir. VTS-TSS bu tip problemləri həll etmək üçün yaradılır. Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin keyfiyyət ölçüsüdür. Bu isə öz növbəsində VTS-TSS-dən istifadəni zəruri edir. 

Virtual Təhsil Sistemində “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb məsələləri həll edəcək:
Ənənəvi və virtual dərsliklərinin (DM) hazırlanması standartlarını müəyyən edir;
Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə minimumularını (VTS-TYQKS vasitəsilə) müəyyən edir. 
Təhsili idarəedən sübyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların attestasiyası, DM elektron dərsliklərinin sertifikatlaşdırılması, təhsil müəssisələrinin lisenziyalaşdırılması və digər bu kimi problemlərin həll etmək üçün nəzərdə tututlub.

TSS-in ekspertləri VTS-in istismarının ilk dövrlərində (4-5 il) təhsilin digər standartları, o cümlədən, təhsil iqtisadiyyatı, kadrlar və d. sahələrlə bağlı məsələlərin həllində dövlətin digər qurumları ilə əməkdaşlıq edirlər.

Bu sistemin həll edəcəyi bütün məsələlər “Makro Layihə” və “Texniki Layihə”də müəyyənləşəcək. 
3.5. Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi (TAİS)

Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və d. resursların Avtomatlaşıdırlmış İdarəetmə Sistemidir. VTS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və nəzarət mexanizmlərini özündə cəlb etməklə, müxtəlif səviyyələrdə prioritetlər əsasında ölkənin təhsil sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım məqsədilə yaradılır. TAİS, təhsilin şaquli idarəolunma, üfiqü və şaquli nəzarət mexanizmlərinə(alt-sistemlərə) malik olacaq. 

Bu sistemin həll edəcəyi bütün məsələlər “Makro Layihə” və “Texniki Layihə”də müəyyənləşəcək.
4. Kompleks Sistemlərin yaradılması mərhələləri haqqında

İKT sahəsində yaradılan bütün sistemlər müəyyən zəruri texnoloji mərhələlərdən keçməlidirlər. Bu mərhələlri keçməyən və ya qismən keçən sistemlər qüsurludurlar və istismar zamanı gözlənilməz, neqativ problemlərin əmələ gəlməsinə səbəb olur.



Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Qonaq Bir 14/3/2009, 20:42

Bu məqalənin 3-cü bölməsində qeyd olunan bütün kompleks sistemlər aşağıdakı texnoloji mərhələlər vasitəsilə realizə olunur.

1. “Texniki məsələ” mərhələsi: “Təklif Layihə” əsasında “Makro layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.

2. “Texniki layihə” mərhələsi: 

2.1. “Makro layihə” sənədi əsasında, sistemin qlobal alqoritmlərini, texniki sənədlərin hazırlanma qaydalarını, tətbiq olunacaq alqoritmik dilləri və verilənlər bazalarının tiplərini, layihənin yerinə yetirilməsinə cəlb olunacaq mütəxəssislərin səviyyə göstəricilərini, mərhələlər üzrə təqvimi planı və digər parametrləri əhatə edəcək “Texniki layihə” sənədinin hazırlanması və sifarişçilə rəsmi razılaşdırma.

2.2. “Ekspremental tətbiq” mərhələsi üçün “Sistemə Nəzarət məsələsi” sənədinin hazırlanması.

3. “Proqramlaşdırma” mərhələsi: 

3.1. “Texniki layihə” sənədi əsasında proqram təminatının yaradılması (alfa versiya).

3.2. Proqram təminatının “Sistemə Nəzarət məsələsi” sənədi əsasında sazlanması (beta versiya)

3.3. Proqram təminatının “İstismar səhvləri və təkliflər” sənədi əsasında sazlanması (stability versiya) 

4. “Ekspremental tətbiq” mərhələsi: Proqram təminatının qabaqcadan hazırlanmış “Sistemə Nəzarət məsələsi” sənədi vasitəsilə yoxlanması. Bu mərhələnin nəticəsi:

4.1. “İstismar səhvləri və təkliflər” sənədi.

4.2. “İstismar qaydaları” sənədi (əsasnamə). 

5. “İstismar” mərhələsi:

5.1. “Texniki layihə” sənədi əsasında istismar üçün nəzərdə tutulan texniki vasitələrin alınması, yerləşdirilməsi, sazlanması.

5.2. “Texniki layihə” və “İstismar qaydaları” sənədlərinin tələbləri əsasında müxtəlif istiqamətli kadrlar qruplarının hazırlanması.

5.3. “İstismar qaydaları” sənədi əsasında istismara başlamaq.

5.4. Sistemin gələcək versiyaları üçün nəzərdə tutulan “Tələb və təklif” sənədlərinin hazırlanması.

Yalnız bu mərhələlərdən müvəffəqiyyətlə keçmiş, gözlənilən nəticələrlə əldə olunan real nəticələr arasında fərq olmayan sistem istismara buraxıla bilər. 

Yuxarıda sadalanan mərhələlərdə aşağıdakı bəzi məsələləri nəzərə almaq lazımdır.[11]

Cəlb olunacaq mütəxəssislər
“Texniki məsələ” və “Texniki layihə” mərhələsi Sistem Yaradan (System Developer) ixtisaslı mütəxəssis(lər) tərəfindən tam realizə olunur və digər mərhələlərə ümumi nəzarəti təmin edir.  
“Texniki məsələ”, “Texniki layihə”, “Ekspremental tətbiq” və “İstimar” mərhələlərində sistemin tətbiq olunacaq sahələr üzrə ekspertlərin iştirakı zəruridir. 
“Proqramlaşdırma” mərhələsində tətbiq olunacaq texnologiyalardan, proqramlaşdırma dillərindən asılı (Web, lokal/qlobal şəbəkə, kommunikasiya, DataBase və s.) olaraq bir və ya bir neçə proqramçı cəlb oluna bilər.
“Ekspremental tətbiq” və “İstimar” mərhələləri üzrə cəlb olunacaq mütəxəsislərin treninqləri keçirilməli və onlar arasında sistemin istisamrı tələbləri əsasında vəzifə bölgüsü aparılmalıdır.

Sistemin ümumi və mərhələlər üzrə qiymətləndirilməsi 
Sistemin ümumi dəyəri mərhələlərin maliyyə tələbləri əsasında formalaşır. Mərhələnin təqvimi yerinə yetirilmə müddəti, cəlb olunan mütəxəsisslərin sayı və səviyyələri, texniki, komunikasiya və digər xərclər ümumi qiymətləndirmənin əsasını təşkil edir.
Bu texnoloji mərhələlərin maliyyə nöqteyi nəzərdən qiymətləndirilməsi yaradılacaq sistemdən asılı olaraq müxtəlif ola bilər. Yəni yaradılacaq sistem üçün ayrılımş maliyyə vasitələrinin mərhələlər arasında bölünmə qaydaları müxtəlif ola bilər.
Bütün hallarda qiymətləndirmə konkret sistemlərə görə aparılır.
5. Ənənəvi Təhsil Sistemindən Virtual Təhsil Sisteminə keçid məsələləri haqqında 

Məlum olduğu kimi mövcud Ənənəvi Təhsil Sistemləri tədricən virtuallaşırlar. İnkişaf etmiş ölkələrdə İKT-nin təhsilə geniş tətbiqi yaxın gələcəkdə bu ölkələrin virtual xarakterli təhsil sistemlərinə keçəcəklərini göstərir. Bu sahədə vahid standartlar yoxdur. Hər ölkə öz maraqları çərçivəsində bu məsələni həll etməyə çalışırlar. İnkişafı zəif olan ölkələr isə sadəcə bu sistemlərin istismarı vasitəsilə öz təhsil problemlərini həll etməyə cəhd edirlər. Amma bu cəhdlərin müvəffəqiyyətsizliyi qabaqcadan məlumdur. 

Azərbaycan öz inkişafında yüksək bir fazaya daxil olmuşdur. Təhsilin bu günkü vəziyyəti yeni təhsil texnologiyalarının tətbiq edilməsini qaçılmaz edir. VTS-in Azərbaycan Respublikasında tətbiqi mərhələlərlə həyata keçirilməlidir və bu sahədə “inqilabi islahatlar” yolverilməzdir və aşağıdakı mərhələlərlə həyata keçirilir:
“Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi”(beta versiya) və “Ümumi İnformasiya Bankı Sistemi” (alfa versiya) sistemlərinin tələb olunmuş variantları hazır olandan sonra, bu məqsəd üçün ayrılmış minimal sayda pilot təhsil müəssisələrində istismar başlayır. Bu istismarın nəticələri operativ şəkildə ümumi VTS layihəsinin kompleks-sistemlərində nəzərə alınır və zəruri korrektələr edilir. Bu prosses TYQKS-in stabil versiyası alınana qədər davam edir.
Pilot məktəblərində ilk vaxtlar ƏTS-in proqram, dərslik, metodik vəsaitlər, təhsilin idarə olunmasıla bağlı mövcud standartlar tətbiq olunacaq. VTS-in “Təhsildə Yoxlama, Qiymətləndirmə və Keçid Sistemi” isə tam tətbiq olunacaq. VTS-in uyğun məsələləri həll olunduqca pilot təhsil müəssisələri üçün ƏTS-in elementləri dəyişdiriləcək[12].
Müsbət və stabil nəticələr alınandan sonra pilot təhsil müəssisələrinin sayı artırılır. VTS-in idarəetmə strukturları istismara cəlb olunur[13]. Bu zaman üçün VTS-in aşağıdakı məsələlri tam və ya qismən tamamlanır: 
Ümumi İnformasiya Bankı Sistemi (beta versiyası)
Təhsil Standartları Sistemi (alfa versiyası)
Təhsilin Avtomatlaşdırlmış İdarəetmə Sistemi (alfa versiyası)
Təhsildə Təlim/Tədris Sistemi (beta versiyası)
Ənənəvi Təhsil Sistemindən VTS-ə keçmək prosessini asanlaşdırmaq üçün VTS-in bəzi elementlərinin ƏTS-ə tətbiqi həyata keçirilir(ƏTS-in fəaliyyətinə problem yaratmamaq şərti daxilində).
VTS-in tətbiqi ilə bağlı ortaya çıxmış müxtəlif xarakterli problemləri analizi və həlli daim davam etdirilir. Ciddi problemlər həll olunmadan VTS-in tətbiqinin yeni mərhələsi həyata keçirilmir.

ƏTS-dən VTS-ə keçid prosessi “Makro Layihə” və “Texniki layihə”-də tam əksini tapmalıdır.


Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından X_an Bir 14/3/2009, 22:13

Yaxsidi xosuma geldi Amm sen canin yazdiqlarini hec basdan ayaga oxumusanVery Happy
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Qonaq Bir 19/3/2009, 09:33

Etalon yazıb:Yaxsidi xosuma geldi Amm sen canin yazdiqlarini hec basdan ayaga oxumusanVery Happy
Ər halda  Mövzunu düşünülüb yazılır və ya məlumat atılmazdan əvvl diqqətlə oxunulur  .....

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından X_an Bir 20/3/2009, 10:04

Proqramist yazıb:
Etalon yazıb:Yaxsidi xosuma geldi Amm sen canin yazdiqlarini hec basdan ayaga oxumusanVery Happy
HƏr halda  Mövzunu düşünülüb yazılır və ya məlumat atılmazdan əvvl diqqətlə oxunulur  .....
Biz nə deyirik təki elə olsun!Very Happy
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Ne On Bir 20/3/2009, 10:46

Men melumati tam oxuya bilmedim... Yaman coxduu... :royalse: Qisa olaraq onu deye bileremki artiq rayonlarda bu uzre iwler aparilir... Yeni muellimleri komputer kurslarina gonderirler, komputernen ders kecmeyi bawa salirlar... Yeqinki effektli tehsil olar geleceyde...

____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 31
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından X_an Bir 20/3/2009, 11:04

Bölgələrdə kompüter kurslarının müəllimlər üçün dərnəyi açılar yəqin ki müəllimlər gedib orda kompüter ixtisasina yiyələnərlər.Ən azından Təhsil naziri bildirib ki hər bir müəllim komuterdə işləmək bacarığı olmalıdır!
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Qonaq Bir 20/3/2009, 20:24

Ne On yazıb:Men melumati tam oxuya bilmedim... Yaman coxduu... :royalse: Qisa olaraq onu deye bileremki artiq rayonlarda bu uzre iwler aparilir... Yeni muellimleri komputer kurslarina gonderirler, komputernen ders kecmeyi bawa salirlar... Yeqinki effektli tehsil olar geleceyde...
Həəəə Gedib rüşvət verib  kur keçdiklərini təsdiq edən sənəd alacaqlar onda o müəllimnlərin tələbələridə məcbur olubonlara rüvət verib qiymət alacaqlar day  komp təhsili yox gör nə gündəyik ki müəllimlərimiz gedib 6-ay kur geçib ya keçmək adı ilə gedib gəzib gəlib şagirdləri kor qoyacaqlar məncə buna ciddi nəzarət olmalıdır ....

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından X_an Bir 21/3/2009, 10:49

Ola  biler amma sirf tehsil alsalar gozel olar cunki rusvetle hec ne hell etmek olmaz!Bu ozlerine ziyan olcaq!
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Virtual Təhsil Sistemi (VTS)*

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.