Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
Similar topics
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Mart 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim


Sevgi və Eşq

4 posters

Aşağa gitmek

Sevgi və Eşq Empty Sevgi və Eşq

Yeni mövzu tarafından Ayan 12/6/2009, 23:54

mence sevgi ve eşq ayrı-ayrı hisslerdi bes sizce?????

Ağıllını məcnun edən, onu bir şam kimi əridən, qarşılığını görməyincə Ağlından bir saniyə belə çıxmayandır ...
Aldığın nəfəsdir...
Öyrəşmək...və darıxmaqdır...
Allah tərəfindən insana verilmiş bir nemətdir... lakin qarşılığı olunca.....
Allahın qəzəbidir...
Almadan verə bilmək,candan keçib candakı cananı düşünə bilməkdir...
Ala bilmədiyində gərəksiz...olduğunda isə ən dəyərli duyğudur...
Anlamadığımız birşeyi necə tərif edərik...???.
Anlamaq,anlaşılmaq və tək yaşanmaq ! sevmək, sevilmək və tək mənfəətsizcə ! düşünmək,düşünülmək və tək sədaqətlə ! sonsuza qədər ürəkdən inanmaqdır. (( güvənə bilməkdir eşq ))
Anlamı hələ tapılmadı, yaşayan hər adamın ruh halını yansıdır.Qarşılıqsız bir eşqin iyrənc yandırıcı bir duyğu olduğu deyilir. Yəni eşq yaşananlara görə dəyişir.
Anlamını bilmədiyin yaşadığın duygalara məna verə bilmədiyin sevgi yoğunluğuna >eşq< dəyilir....
mənas(n)ı olmayan seyler hec bir zaman tərif edilə bilməz
anlaşa bildiyin birini tapdıqdan sonra onunla paylaşdığın ən gözəl duyğudur. evlənincə hərşey daha gözəl olar.
izah edə bilmərəm, yaşamak gərək... saygı, sevgi....
anladılması mümkün olmayan bişey desəm dogru olarmı bilmirəm.
anladılmayacaq bir duyğudur
anladılmaz yaşanır və ulaşılması ən çətin şeydir ,ulaşansa onsuz ad dünyalığıını almış demektdir ondan xoşbəxti yoxdur amma itirsə onu ölüm belə unutdura bilməz....
anladılmaz yaşanır amma çox zor tapılır
izah etmək imkansızdır,amma yenə belə demək olarsa ,dünyanı qaldırmağa çalışmaqdır.
izah etməyə sözlər çatmaz yaşanaraq öyrənilir
ananızın ən sevdiyiniz yeməyi sizə gətirdiyində qaşığı yeməyə batırıb ağzınıza apararkən sevgilinizin ağlınıza gəlməsi, doymanız və qaşığı yerə buraxmanızdır
Davamlı acı verər amma o acıdan xoşbəxtlik duymaqdır və həmişə bir ümidlə yaşamaqdır... EŞQ...
Eşq qarşılıqlı sevgidir.Acını və şirini paylaşmaqdır.
Eşq qırıq qəlb deməkdir
Eşq paylaşmaqdır.Çünki eşq paylaşdıqca ucalar.
Eşq sonsuz sevgidir. Eşq birini sevib onunla olmaqdır.Ölümünə sevgidir.Eşqə saygıdır.
Eşq tükənməz bir qələmdir-Dərdləri yazmağa yarayan................
Eşq ümidsizcə gözləməkdir özü də heç sevməyəcəkmiş kimi
Eşq yaşanması lazım olan ən gözəl duyğudur,ancaq içində yalan olmadığı müddətcə və eşqi bir insana verilə biləcək ən özəl dəyər olaraq adlandırıram.
Eşq- qarşılıqlı yaşanan bir inqilabdır.
Əl çatılmayan,çatıldığı zamanda isə bitəndir
Qarşılıqlı yalnış anlaşılma olayıdır,çünki sevdiyimi məndə yanlış anladım bunada "eşq" dedilər........
Sevdigi insanı dünyanın ən yaraşıqlı zənn etməsidir,sevən insan qüsurları görməz,ayrılınca da mən buna necə baxdım deyər,məndən tövsiyə kimsəyə baglanma
Sevgi insanın bir-birinə duyduğu gözəl bir yaşamdır,hər insan ömüründə aşiq olmuşdur.Eşq fərman tanımaz
Uğrunda ölümü belə gözə almaqdır
"Eşq qarşındakinin tapılmaz hind qumaşı olduğunu sanmağınla zavallı birisi olduğunu anlamağın arasındaki zamandır"...
"Eşq" insanın içindəki duyğuları paylaşabilmeleri üçün duyduqları ehtiyacdır.
"Eşqin şərhində (açıqlamasında) aqıl, palçığa batmış eşşək kimidir." (Mövlana)
"Bir insanı tanımaqla başlar hərşey" demis Sait Faiq Abbasi. Sevgili; gerçəkdən də seni tanıdıqdan sonra başladı hərşey,səni tanıdıqdan sonra...
"İkidən bir gedincə bir kaldığı yalandır, sən gedincə ,mən qalarmıyam o zaman...?!"
Eşq sevənə görə gözəl,sevib də yetməyənə görə yalnız acı hələ bi də sevdiğini başqasıyla görmək daha da acıııııııııııııııııııı
Eşq......həriflikdir...
Eşq......uzun bir səfərdir.....
...Eşq cok sadə amma bir o qədər də qatışıq bir duyğudur...
...Eşq... sevdigini əldə ettiginde sevgisini itirən amma əldə edəmədigin zaman yanıb qovuran bir duyğu,bir his bir yaşam formasıdır
...və Eşq atəşdən dənizi şamdan kayıqla keçməkdir.
Eşq bir çıxmazdır,amma icinde olduğun çıxmazdan çıxmaq istəmədiyin bir çıxmazdır
Eşq anlatılmaz,yaşanır
1.Dəlilikdir,çarəsi yox. 2.Karşılık ala bilmirsənsə dəli olmamaq əldə deyil. 3. Ölümə çox bənzər,bəzən ölüm gətirər qarşılıqsız eşq...
10 şüşə 70 lik şərab içib ayaqda qalmağa çalışmaqdır.
10 il keçməsinə rəğmən ona təkrar geri dönə bilməkdir.
3 duyğunu eyni anda yaşadan ən gözəl olaydır,həyəcan,itirmə qorxusu, içimizin alov alov yanması.
3 günlük həyəcandır.........arxası boş yəni...
3 günlük əyləncə,olmadı 5 gün, amma qapılıb sürünən çoxdur
Qəflətən ürəyinizdə vulkan yaradandır eşq...
Təəccübləndirirkən də bir o qədər də həzz verən mütləq dadılması lazım olan bir duyğu fırtınası...
Eşq insanları başka diyarlara sürüməkdir...
Eşq duyguların tərpənməsidir...
Eşq herşeyi paylaşmaqdır...
Eşq tərifi olmayan bir duyğudur...
Eşq acı verən həyatin tam özüdür...
Eşq yaşamın səbəbi, insanın nəfəsi və acı çəkmənin ən gözəl yoludur...
Eşqin nə anlama gəldiyini mənə 1 nəfər söyləsin ölənə qədər qulu olaram onun...
E, ş, və q hərflərinin bir araya gəlməsiylə yaranan sözdür.
E-ehtiras,ş-şirin,q-qəm,kədər,acı,bax budur eşq,çəkən bilər...
Onsuzluğa alışmadan özünü yox etməsidir eşq...
Eşq bizim düşündüyümüz kimi deyil...
"Görəsən"-sözlərinin həmişə beynində dolaşmasıdır eşq...
Onu həmişə içində daşımaqdır eşq...sonra da yadında yalnız bu axmaqlıqların qalmasıdır..
Acı çəkəcəyini bildiyin halda vaz keçə bilmədiyin bir duyğudur.
Acı çəkmək və özünü aldatmaqdır eşq..

EŞQE AİD Məsləhətlər

Bu tək olanlara- Eşq bir kəpənək kimidir, ardından qaçdıqca həmişə səndən qaçar. Ən yaxşısı burax ucsun,inanki gözləmədiyin bir anda gəlib çiyininə toxunar.Eşq xoşbəxt edər, bəzən də üzər. Amma eşq özəldir.Eşqini layiq olan birinə təqdim etsən əgər....
Bu sevgilisi olanlara- Eşqin məqsədi biriləri üçün "mükəmməl insan" olmaq deyil. Səni mükəmməlliyə ən çox yaxınlaşdıracaq insanı tapmaqdır...
Bu eşqbaz(çapkın) olanlara- Sevmədiyin birinə əsla "səni sevirəm" dəmə. İçində olmayan duyğulardan varmış kimi söz etmə. Kimsənin həyatına ürəyini qırmaq üçün girmə. Sevgi dolu baxan gözlərə əsla yalan söyləmə.Çünki birinə verə biləcəyin ən böyük acı, aşiq olmadığın birini özünə aşiq etməkdir...
Bu evli olanlara-Sevən insan "bu sənin səhvindir" yerinə "üzr istəyirəm" deyəndir. "hardasan " yerinə "mən burdayam" deyəndir və eşq-"kaş ki" yerinə daima "yaxşı ki" deməkdir.
Bu evlənmək üçün gün sayanlara- Bir qadın və bir kişinin bir-birləri üçün nə qədər uyğun olduğu, birlikdə keçirdikleri zamanın deyil, bir-birlərinə duyduqları eşqin nə qədər sürdüyüylə aydın olar...
Bu ürəyi qırıq olanlara-Ürək yarası siz qanatmaqtan imtina edənə qədər sürər. Və dərmanı bu ağrıya alışmaq deyil, ondan dərs çıxara bilməkdir...
Bu aşiq olmaqdan qorxanlara-Eşqə düş amma axsama, Anla amma gözləmə. Paylaş amma istəmə.Yaralan amma əsla ağrını içində böyütmə...
Bu sevdiyini çox sahiblənənlərə-Sevdiyinin bir başqasıyla xoşbəxt olduğunu görməkdən daha ağrılı bir şey varsa, o da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir...
Bu eşqini etiraf etməyə çəkinənlərə-Sevdiyindən ayrılınca eşq acı verər. Amma ən acısı, onu nə qədər sevdiyini bilməsinə heç fürsət verməməyindir...
Və bu da dönməyəcək birini hələ gözləyənlərə-Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna heç dəymədiyini gördüyün andır, və ən böyük itkin onun üçün xərclədiyin illərdir. Sənin eşqinə layiq olmayan,bilki on il sonra yenə layiq olmayacaq,Burax getsin...
Ayan
Ayan
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 36

Təşəkkür sayı Təşəkkür sayı : 3
Yengeç Manda
Kadın
Age : 38
Adres : NoLand
Məşguliyətim : Somethink
Qeydiyyat tarixi : 07/05/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgi və Eşq Left_bar_bleue0/0Sevgi və Eşq Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgi və Eşq Empty Geri: Sevgi və Eşq

Yeni mövzu tarafından AdReNaLiN 12/6/2009, 23:57

Çox vaxt gənclər sevgini digər hisslərlə (əgər buna hiss demək mümkündürsə) qarışdırırlar, bu qəbildən insanlara nəinki gəncləri həmçinin daha yaşlı nəsili də aid etmək olar. Tez-tez müxtəlif fikirlərlə rastlaşırıq hansi ki, sevginin ayrılıqda nə olduğunu özündə əks etdirirlər. Biz isə çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizcə daha dəqiq təsvirini verək. Həyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) və bəxşiş olunmuş sevgi (əsil sevgi).
Ehtiyac duyulan sevgi və ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı tərəfdən asılıdr, buna məcazi mənada “yetişməmiş” sevgi də demək olar. Həqiqətən də bu əsil sevgi deyil, sadəcə olaraq tələbdən irəli gəlir.
Siz qarşı tərəf üzərində hakimlik edir, bir sözlə ondan istifadə edirsiniz. Eyni hallar cütlər arasında qarşılıqlı olaraq davam edir.
Əgər siz kimdənsə istifadə edirisnizsə onda bunu sevgi adıandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Amma bu hadisələr doxsan doqquz faiz insanın həyatında baş verir, çünki insan ilk sevgisinə uşaqlıq dövründə rast gəlir.
Məsələn, uşaq dünyaya gəldikdə bir sözlə anasından asılı olur. Onun sevgisi çatışmazlıqdan irəli gəlir, çünki həmin an o ana şəfqətinə ehtiyac duyur və onsuz yaşaya bilmir. Uşaq anasını sevir, çünki ana onun həyatıdır. Amma əslində isə ortalıqda heç bir sevgi mövcud deyil. O, anasından nəinki həyatı üçün lazım olan südü eyni zamanda sevgini də əldə eləmişdir. Amma bu sevgi sadəcə olaraq tələbdən irəli gəlir.
Sonralar isə o hər hansı bir qadını sevəcək, baxmayaraq ki, sevdiyi qadın heç vaxt ananın verdiklərini ona qaytara bilməyəcəkdir.
Sevgi isə öz növbəsində - təbii sərvətdir, varlıqdır, bolluqdur. Yəni sizin o qədər çox ömrünüz var ki, bilmirsiniz bu qədər ömrü tək necə yaşamaq olar və ona görə ömrünüzü başqa biri ilə bölüşürsünüz.
Sevdiyiniz zaman daxilinizdəki hisslər aşıb daşır...
Fərz edin ki, boş bir otaqda oturmusunuz, ancaq daxilinizdəki o hissləri artiq bədəniniz saxlaya bilmir, hissləriniz bütün otağa yayılır və həmin boş otağı sevginin xoş təravəti ilə doldurur, bütün bunları heç kim bilmir, heç kim görmür və daş divarlar belə sizə bu hisslər üçün heç bir minnətdarlıq nişanəsini əks etdirmir. Amma bu heçdə vacib deyil. Ən əsası odur ki, siz özünüzü həyatda hamıdan xoşbəxt hiss edirsiniz.
Bir sözlə sevgi...
Sevgi- insanın daxili təəsüratlarıdır. Sevgi- passiv bir yoldur, hansı ki, bu yolda insan istədiyi hər bir şeyə sərf etdiyi əmək nəticəsində nail olur və bundan xüsusi bir həzz alır. Bu yolun əsas məqsədi- insanın özündə əziz və sevimli bir insan tipinin formalaşdırmaqdır. Bu yolda o sevdiyi insan üçün yeganə və əvəzedilməz bir şəxsiyyətə çevrilir.
Bütün dünya onun gözlərində günü gündən daha da genişlənir və gözəlləşir. Əgər onun üçün əvvəllər ancaq iki rəng, ağ və qara mövcud idisə də, artiq o müxtəlif rəngləri daha parlaq və daha aydın şəkildə görməyə başlayır.
Əlbəttə ki, sevginin ən gözəl əsərlərindən biri “uşaqdır”, hansı ki, sevgini daha da möhkəmləndirir və ölümsüzləşdirir.
Bəzən biz sevgini digər hisslərlə, hansı ki, sevdiyi insan üzərində hegemonluq etmək və ona sahib olmaq hissləri ilə qarışdırırıq...Yəni “Mən səni sevirəm” dedikdən dərhal sonra, başqa bir səs tonu ilə artıq nəsə umuruq... “Bəs sən məni...” Əlbəttə bu kimi hallarda əgər sevilən insan “qarşılıqlı” sözünü deməyə hazırdısa və həmçinin azad sevgiyə üstünlük verirsə burda heç bir problem ortalığa çıxmayacaqdır və sözsüz sizin də tələbiniz ona təzyiq göstərmək olacaqdır. Məhz bu kimi hallar sevgidə qarşılıqlı əlaqələri çətinləşdirir və bu əlaqələri daha kobud bir formaya salır.
“Hər şey gözəl davam edirdi, o cox diqqətli və qayğıkeş idi, onu güllər və hədiyyələrlə sevindirirdi, lakin sevdiyini etiraf etdikdən sonra artıq onun sevgidən gözlədiklərini yerinə yetirirdi: Məni öpərsənmi? və s.” Bütün bunları sevgi adlandırmaq qeyri-mümükündür, bu sadəcə olaraq məcazi mənada insanı satın almaq və onun hissləri ilə oynamaqdır.
Bəs onda əsil sevən insanı digərlərindən necə ayırmaq olar. Bizə görə həqiqətən sevən insan o insandır ki, sevməyi bacarır və sevir, yəni xoşbəxt bir şəkildə sevdiyi insana qayğı göstərir, və bunun əvəzində heç bir mükafat və ya haqq gözləmir.
Biz hamımız Adəm və Həvvanın hekayətini bilirik: necə ki, Allah Həvvanı Adəmin bir parçasından yaratmış, nəticə etibarı ilə Həvva Adəmin ikinci bir yarısi olumuşdur. Bunu deməkdə məqsədimiz odur ki, məhz sevgi də elə buna bənzəyir. Yəni sevgi iki nəfərə məxsus olmalıdır, hər iki tərəfdə onun bir parçası yaşamalı və biri-birini tamamlamalıdır.
Gəlin sizinlə bir hədəf çəkək- hansıki, bu hədəfdə sizin qəlbinizə daha yaxın olan insanı tapmağa çalışacağıq, amma çətin ki, belə bir insanı siz tez bir şəkildə tapa biləsiniz. Amma yenədə sınaqdan keçirməyə dəyər.
Hədəfin mərkəzində qey edilən variantıardan istifadə etməklə sizin qəlbinizə ən yaxın olan insanın kim olduğunu əks etdirməyə çalışın.

Variantlar:
• Maqnit- məni ona çəkir
• Əziz- məni yaxşı başa düşür
• Bərabər- mənim səviyyəmə uyğun olan
• Lazımlı- o mənə kömək edir
• Ailəcanlı- o mənə sabit ailə əlaqələri bəxş edir
Sizin şəxsi hədəfiniz

Maraqlıdır ki, siz yuxarida nə yazmısınız? Hədəfi necə doldurmusunuz? Belə ki, yuxarıda “mənə görə ən ideal insan nə deməkdir” mövzusuna necə cavab verməyinizdən asılı olmayaraq, deməliyik ki, cavabıninz səhvdir. Çünki, ümumiyyətlə burda heç bir düzgün cavab yoxdur.
Amma minimal bir diaqnostikaya müraciət etmək mümkündür. Siz yazmısınız ki, sizə uyğun olan insan sizə əziz olandır? Bu o deməkdir ki, sizdə bir az sevgi çatışmazlığı var. Əgər sizi hər şeydən çox “maqnit” maraqlandırırsa, yəni siz istəyirsiniz ki, kimsə sizi çəksin, deməli siz sadəcə olaraq həzz almağı və bütün reallıqlardan uzaqlaşmağı xoşlayırsınız. Əgər “lazımlı” bölməsini seçibsinizsə deməli siz təcrübəyə və gündəlik həyatınızdakı uğurlara üstünlük verirsiniz. “Ailəcanlı” və “Bərabər” bölmələrinin seçilməsi isə ondan xəbər verir ki, siz adət ənənələri qiymətləndirir və məcazi dildə desək başınızın ağrımasını istəmirsiniz.
İndi isə bir az diqqətli olun. Kədərlənəcəksiniz çünki, bu hədəf o insanlara aiddir ki, onlar üçün ən sevimli insan, onlara daha az təzyiq edən, əvəzinə daha çox qayğı göstərəndir. Bir sözlə bu insanların məqsədi qarşı tərəfdən faydalanmaqdır.
Suallarlaa əhatə olunmuş “hədəf” isə sadəcə sınaq məqsədini daşıyırdı.
Həqiqtən də, fikirləşin ki, siz xoşbəxtsiniz və kimisə dərin məhəbbətlə sevirsiniz... Siz gülürsünüz və sizin qəlbiniz saf bir məhəbbətlə əhatələnib.
Xoşbəxtsiniz və istəyirsiniz ki, bu xoşbəxtliyi sevdiyiniz insanla və ətrafınızdakı bütün insanlarla bölüşəsiniz.
Təsvir olunmuş “hədəf” göstərir ki, siz qarşı tərəfdən nə isə umursunuz. Amma sevən insan o insandır ki, qarşı tərəfdən heç bir şey ummur, əksinə ona vermək istəyir. Çünki sevən insan fikirləşmir ki, sevgidən nə qədər qənimət əldə edəcək, o fikirləşir ki, nə qədr bəxş edecək...
Yuxarıda qeyd olunmuş məqalə sizə öz hisslərinizi cilovlamağa kömək edecəkdir. Ən əsası isə, siz “sevən” yoxsa “istifadə edən” olduğunuzu müəyyən edəcəksiniz.
Sonda sevgi haqqında təsəvvürlərimi Xəlil Cəbranın sözləri ilə tamamlamaq istəyirəm. “İki sevgili hər hansı bir binanın sütünlarına oxşayır. Sütunlar bir-birindən bir qədər aralı olsalar da, bir yerdədilər və bir binanın dam örtüyünü saxlayırlar. Əgər sütunlardan hər hansı birini yaxınlaşdırsaq bina silkələnəcək və dam örtüyü dağılacaqdır. Məhz, sevgililər də bir-birindən bir qədər aralı olmalı, amma birlikdə nəyisə saxlamağa çalışmalıdırlar. ”
AdReNaLiN
AdReNaLiN
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 28

Təşəkkür sayı Təşəkkür sayı : 6
Erkek
Qeydiyyat tarixi : 25/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgi və Eşq Left_bar_bleue0/0Sevgi və Eşq Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgi və Eşq Empty Geri: Sevgi və Eşq

Yeni mövzu tarafından Ne On 15/6/2009, 16:56

Sevgi ve ewq eyni weydi mence hec bir ferq yoxdu Nə bilim
Ne On
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 37
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

Sevgi və Eşq Empty Geri: Sevgi və Eşq

Yeni mövzu tarafından X_an 15/6/2009, 17:12

Sevgi ile ewqin arasinda yalniz bir ferq var sevgi qarwiliqli ewq beyan etmekdir amma mentiq etibari ile 
ikiside eyni bir weydi kokleri bir baglidi
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgi və Eşq Left_bar_bleue20/0Sevgi və Eşq Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgi və Eşq Empty Geri: Sevgi və Eşq

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.