New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
May 2018
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Takvim Takvim


Baha başa gələn «Son Zəng» əhvalat və ya Pul korreksiyası...

Aşağa gitmek

01 Baha başa gələn «Son Zəng» əhvalat və ya Pul korreksiyası...

Yeni mövzu tarafından X_an Bir 15/6/2009, 17:40



Bakı məktəblərində məzun xərcləri 200 manatı keçdi-

Metronun «Gənclik» stansiyası yaxınlığında yaşayan Məmmədovlar ailəsi, qızlarının son zəng xərcini 150 manata yola verməklərindən çox məmnun idilər. «Bəs nə, bəzi məktəblərdə bir məzunun xərici 200 manatı keçir. Mən özüm işə qarışdım və hər şeydə qənaət etdim. Məsələn şadlıq evində yerin birini 40 manata danışdım, amma camaat 50 manat verib»,- deyə evin xanımı qururla bildirir.

Daha sonra o, başqa məktəblərdə çəklən xərcləri sadalayır: «Bax adambaşına 50 manat şadlıq evinə verirlər, 20 manat müəllimə hədiyyəyə, 20 manat birinci sinif şagirdinə hədiyyəyə gedib. Məktəbin bəzədilməsi üçün şar və sair üçün 20 manat yığıblar. 30 manat «venetka»ya gedir. 10 manat məktəbin təmirinə, 10 manat isə fonda yığırlar. Bəzi məktəblərdə direktor sinifdən 700 manat istəyir ki, bu da da adambaşına 20 manat deməkdir».

Naziri saymadılar

Təhsil naziri Misir Mərdanov son zəngdən bir neçə gün qabaq televiziya ilə çıxış edib valideynləri və müəllimləri son zəng mərasimindən uzaq durmağa çağırsa da, ANS PRESS əməkdaşının şahidi olduğu bu söhbət Bakıda və digər şəhərlərdə mayın 30-da tam fərqli mənzərə yaşandığını göstərdi. Bu dəfə küçələrdə sinəsinə qırmızı bant bağlanmış məzunlara nisbətən az rastlansa da, mayın 29-da və 30-da məktəbdaxili zallarda son zəng mərasiminin «ritualları»na tam qaydası ilə riayət edildi.

Müəllim düzəlmək neçəyədir?

Azad Müləllimlər Birliyinin (AMB) sədri Məlahət Mürşüdlü son zənglərlə yaşananları bütövlükdə ölkənin maarif sistemində müşahidə olunan pul yığma kampaniyalarının bir epizodu sayır: «Bizim məktəblərdə doğrudan çox biabırçı vəziyyət yaranıb. Həm sinifdən sinifə keçmə, həm məktəbə işə düzəlmək, dərs saatı almaq üçün pul vermək lazım gəlir». Onun sözlərinə görə, ümumiyyətlə, Bakı məktəblərində işə düzəlmək 1000 manatla 5000 manat arasında dəyişir: «Məktəbə işə düzəlmək üçün verilən pul məktəbin yerləşdiyi rayondan asılıdır. Mərkəzi məktəblərdə işə düzəlmək, ingilis dili və ibtidai sinif kimi populyar fənlər üzrə müəllim düzəlmək bahalıdır».
Artıq orta məktəb müəllimi də rüşvət alır
Təbii ki, aylıq məvacibi 100-110 manat olan Bakı müəllimlər bu pulu çıxarmaq üçün siniflərə üz tutur və verilən pulu diriltməyin ilk ünvanı sinifdən sinifə keçid imtahanlarıdır. Məlahət Mürşüdlünün dediyinə görə, keçid imtahanlarında verilən pul 50 manatdan 200 manata kimi dəyişir: «Məktəblərin birində valideyn uşağını sinifdə saxlamaq üçün 200 manat vermişdi».

Yuxarılar üçün yığılan pul

Uşaqlardan başqa məqsədlər uçün də pul yığılır: «Bu, xüsusilə bayramlarqabağı olur. Müəyyən kitabların, vəsaitlərin satılması ilə bağlı, qonaq qarşılama, müəyyən tədbirlər keçirilməsi ilə bağlı şagirdlərdən pullar yığılır». Bəzən bu yuxarının, yəni rayon maarif şöbəsin göstərişi ilə olur. «Hansı hallarda bu, yuxarının göstərişi olur? Məsələn, müəyyən qəzetlər var, oxunmurlar. Bunu məktəblərin öhdəsinə buraxırlar ki, bu qəzetlərə mütləq yazılmalısınız. Baha qəzetlərdir. İkinci, müəyyən vəsaitlər var, kitablar var ki, baha-baha - 20 manata, 30 manata, 50 manata şagirdlərə, müəllimlərə bu kitablar məcburi surətdə satılır. Bu kitabların məzmunu müxtəlifdir - kiminsə həyat və yaradacalağandan, kiminsə xatirələrindən bəhs edir»,- deyə Məlahət Mürşüdlü dəqiqləşdirir.

Attestasiyalar qanunsuz keçirilir

Məlahət xanımın dediyinə görə, rayon yerlərində təhsil şöbələrinin göstərişi ilə pul yığmaq vasitələrindən biri attestasiyalardır: «Rəsmi olaraq bizdə attestasiya keçirilmir. Bakıda belə bir şey eşitməmişik. Amma bir sıra rayonların məktəblərində hər il attestasiya keçirilir. Bunu hansı əsasda aparırlar, təhsil şöbələrinin müdirləri qərar verir, yoxsa yox, bu sənədləşdirilirmi, bilinmir». Onun sözlərinə görə, həmin attesiasiyalar zamanı müəllimlərdən 30 manatdan 50 manata qədər pul yığırlar. «Məmurlara bu pulu niyə yığmaları barədə sual verəndə belə izah edirlər ki, «biz kağız alırıq, biz suallar hazırlayırıq, onun üçün bu pulu yığırıq». Axı bunu sən müəllimin hesabına niyə edirsən? Bir halda ki, bu sənin proqramındır, buyur, kağızını da, kitabını da, dəftər-qələmini də al. Əgər kağız-qələm beş manata başa gəlirsə, xırda məmurların hər biri onun üstünə 5-10 manat səviyyəsində öz payını qoyur».

Direktor təkzib edir

Bakıdakı 20 saylı orta məktəbin direktoru Əkbər Qocayev isə ümumiyyətlə iş praktikasında bu cür neqativ halların ildən ilə azaldığını vurğulayır: «Biz son zəng şənliklərinin keçirilməsini qadağan etmişik. Əgər valideynlər özləri bunu təşkil edirsə, biz buna qarışa bilmirik… Bizdə uşaqlar sadəcə birinci sinif uşaqlarına hədiyyə alıblar. Onda da 10 manatdan artıq xərcləri çıxmayıb, çanta-qələm kimi şeylər alıblar, biz ona da qarışmırıq». Əkbər Qocayev müəllimlərin şagirdlərdən rüşvət almamasına yol verməmək üçün əllərindən gələni etdiyini də söyləyir: «Bizdə hər şey nəzarət altındadır. Təbii ki, başlı-başına buraxsan, hər şey olar».

Məktəb kamera nəzarəti altındadır

Məktəblə az-çox əlaqəsi olanlar Əkbər Qocayevin dediklərinə uyğun danışırlar: «Bu məktəbdə heç nə mümkün deyil. Sinif otaqları, dəhlizlər hamısı kamera nəzarəti altındadır. Məktəbin daxilində heç nə etmək mümkün deyil. Müəllimlər hər an nəzarət altında olduqlarını düşünürlər. Hər şey - uşağın danışığı, aldığı qiymət də kompyuterə yazılır, istənilən an üzlərinə qoya bilərlər»,- deyə valideynlərdən biri ANS PRESS-in əməkdaşına bildirmişdi.

Əkbər Qocayev xarici ölkəllərdə olduğu kimi valideynlərin məktəbə yardım edcə bildiyini də istisna etmir: «Bizdə Valideyn Müəllim Assosiasiyası (VMA) var. VAM qeydiyyatdan keçib, möhürü, bankda hesabı var. Valideynlər ora üzv oluralar, üzvlük haqqı verirlər, həmin pul vasitəsi ilə məktəbin müəyyən ehtityaclarını ödəyirik». Əkbər Qocayev valideynlərin ödədiyi məbləğin elə də çox olmadığını bildirir: «İndiyə kimi həmin hesaba 100 manat belə keçirən görməmişəm, nəinki xaricdəki kimi kimsə 1000 manat ödəsin». Əkbər Qocayevin dediyinə görə, həmin fonddan pullar da xüsusi prtokollar və məktublar əsasında xərclənir.

Hər məktəbin bank hesabı olmalıdır

Qeyd edək ki, Əkbər Qocayevin direktoru olduğu Bakı şəhəri 20 saylı məktəb Təhsil Nazirliyinin təşəbbüsü ilə pilotlayihə çərçivəsində Valideyn Müəllim Assosiasiyası yaradılmış 75 məktəbdən biridir və göründüyü kimi bü təcrübə müəyyən müsbət nəticələr verir. Azad Müləllimlər Birliyinin (AMB) sədri Məlahət Mürşüdlü bu təcrübənin bütün ölkəyə yayılmasının tərəfdarıdır: «Bu, müsbət haldır. Məktəbin bu gün böyük ehtiyacı var. İstər təmir işlərində, istərsə də xırda avadanlıqların, ləvazimatların alınmasında dövlətin ayırdığı vəsait yetərincə deyil. Ona görə də biz bu ianələrin əleyhinə deyilik. Amma bu ianələr bankda toplanmaldır. Hər bir məktəbin bank hesabı olmalıdır və könülülük əsasında verilən bütün ianələr ora toplanmalıdır. Və bütün bu ianələrin xərclənməsinin bir hesabatlılığı olmalıdır»,- deyə Məlahət xanım ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Xatırladaq ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə pilotlayihə çərçivəsində Valideyn Müəllim Assosiasiyası yaradılmış məktəblərin sayı vur-tut 75-dir. Azərbaycanda isə ümumi məktəb sayı 5 mini keçir.


avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.