New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Noyabr 2017
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Takvim Takvim


Dünya mömünlərinin Əmiri Əli ibn Əbitalibin viladəti münasibəti ilə Dünya müsəlman şiyələrini təbrik edirik!

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

01 Dünya mömünlərinin Əmiri Əli ibn Əbitalibin viladəti münasibəti ilə Dünya müsəlman şiyələrini təbrik edirik!

Yeni mövzu tarafından X_an Bir 7/7/2009, 08:38

Allah-taalanın öz kitabında "Həqiqətən, sən böyük və bəyənilmiş əxlaq sahibisən." deyə ən gözəl bəyan və ən dəyərli xüsusiyyətlə təriflədiyi Islam Peyğəmbərinin(s) misilsiz şəxsiyyətini söz və ifadələrlə tanıtdırmaq bəşəriyyətin öhdəsindən xaricdir. Çünki həyat meydanında işlədilən sözlər sadə və müəyyən həddə dolğun mənaları çatdırmaq üçün təyin edilmişdir. Dolğun və möhtəvalı mənalar qısa sözlərdə sığışmadığı üçün, bəşər düşüncəsindən üsütün olan bir şəxsi elə vəsf etmək lazımdır ki, onun bütün fəzilətləri və insani keyfiyyətləri əks etdirilsin.Həzrət Əli (ə) peyğəmbərə (s) eşq və məhəbbət bəsləyən birinci şəxsdir ki, həm peyğəmbərin (s) həyatından, həm də vəfatından sonra o, həzrətin buyurduqlarına xalis şəkildə əməl etmiş, eşq və sədaqətini öz imaməti (sükutu və xilafəti) dövründə göstərmişdir. Şübhəsiz, həzrət (ə) məhəbbəti nübüvvətə olan imanından və Allahın seçilmiş və kamil bəndəsinə göstərdiyi eşqindən doğurdu. Ibn Əbil Hədid "Nəhcül-bəlağə"nin şərhində yazır "Ustadım ƏbuCəfər Nəqiblə söhbət edərkən həzrət Əlinin(ə) Peyğəmbəri (s) tərifləyib, onun alicənablığı və şəxsiyyətinin böyüklüyü haqda buyurduqlarından söhbət açıb dedim: "mən Peyğəmbərin(s) səhabələrinin arasında Əli (ə) kimi o həzrəti əzəmət və hörmətlə yad edib, onu dua edən bir səhabə tapmadım. Doğurdan da, həzrəti Əli(ə) "Nəhcülbəlağə"də Peyğəmbəri (s) çox əzəmət və hörmətlə yad etmişdir" Ustadım dedi: "Həzrət Əlidən (ə) başqa heç bir səhabənin Peyğəmbər(s) haqda qələmə alınmış bir sözü yoxdur." Sonra əlavə edərək dedi: "Həzrət Əlinin (ə) Peyğəmbərə (s) imanı çox güclü idi. O, dində sabitqədəm qalmış, yəqinə çatmış və dinin həqiqətlərini olduğu kimi dərk etmiş yeganə şəxsdir. Bunlardan əlavə, Peyğəmbərlə (s) həzrəti Əli (ə) iki cismdə olan bir ruha bənzəyirlər. Həzrət Əli (ə) Peyğəmbərin(s) zəhmətinin və Hicazda yaratdığı əzəmətli inqlabının yaxından şahidi olduğı üçün, o həzrətin insansevərlikdən heç bir əsərəlamət qalmadığı bir vaxta bəşəriyyəti, habelə zülmkarları və maldövlət sahiblərinin hakim kəsiliyi mühiti necə dəyişdirdiyini hamıdan yaxşı bilirdi. Həbib (s) Məhbubun (ə) kəlamındaIslam Peyğəmbərindən (s) sonra bəşəriyyətin ən kamil insanı və Peyğəmbər (s) şəxsiyyətinin vurğunu olan Imam Əli (ə) o həzrəti "dostum, qardaşım və həbibim" deyə yad edərək hədis nəql edərdi, özünü ruhən Peyğəmbərə (s) yaxın bildiyi üçün, o həzrətin qoyduğu qayda qanunlara qarşı rəva görülən hörmətsizliyə dözməzdi, özünü Peyğəmbərin (s) həyatının hasili bilib buyurardı: "Məni uşaqlıqdan Peyğəmbər (s) böyüdüb. Mən həmişə anasının ardınca düşən uşaq kimi, Peyğəmbərlə (s) birgə olur, hər gün o həzrətdən yeniyeni məsələlər öyrənirdim. Besətin əvvəllərində Peyğəmbərin (s) hər ildə bir müddət "Həra" mağarasında ibadət etdiyi zaman, məndən başqa heç kəs onu görmürdü. O zaman Məkkə şəhərində Islam dini yalnız o həzrətin evində idi. Biz üç nəfərdən, Peyğəmbər (s), Xədicə (ə) və məndən başqa müsəlman yox idi." Həzrəti Əli(ə), uşaqlıq dövründən Peyğəmbərin (s) yanında tərbiyə aldığına və bütün səhnələrdə o həzrəti addımbaaddım izlədiyinə görə, bu gün Peyğəmbərin (s) şəxsiyyətini, mənəvi və ruhi məqamını tanımaq üçün ən dəyərli mənbə hesab olunur. Həzrət Əli (ə), Peyğəmbəri (s) gözəl şəkildə tanıdığı üçün, hamıdan çox onun vurğunu olub, onun yolundan çıxmamağa təkid edirdi. Islam ümmətinin nicat yolunu yalnız o həzrətin göstərişlərinə tabe olub, buyurduqlarına əməl etmələrində görürdü. Əzəldən nəcabətin, böyük şəxsiyyətlərin həyatında nə kimi rol oynaması pisixoloqların və təhqiqatçıların nəzərini cəlb etmişdir. Həzrəti Əli (ə) də əvvəlki Peyğəmbərləri (ə) vəsf edərkən, bu məsələni nəzərə alıb buyurmuşdur: "Allah-təala Peyğəmbərləri (s) bir əmanət kimi, ən gözəl məqamda əmanət saxlamış, məkanların ən yaxşısında yerləşdirmiş, kəramətli və pak ataanadan dünyaya gətirmişdir." Həzrət Əli (ə) Peyğəmbəri (s) "şəcəreyitəyyibə"dən "pak ağacdan" bilmiş və bu barədə buyurmuşdur: "Allah-Təala tərəfindən nübüvvətin kəraməti Muhəmmədə (s) çatdıqda, onun varlığının bünövrəsini ən gözəl mədəndən çıxarıb, vücudunun çiliyini izzətli bir məkanda əkdi. Onu, digər peyğəmbərlər yaratdığı ağacdan vücuda gətirdi. O həzrətin əsil nəcabəti ən gözəl əsil nəcabətdir." Həzrəti Əlinin (ə) nəzərində Peyğəmbər (s) bütsındıran Ibrahimin (ə) nəslindəndir: Ibrahimin (ə) baltası onun çiynində, Musanın (ə) əsası onun əlində, Isanın (ə) qəlbi sinəsində, Nuhun (ə) iradəsi və Əyyubun(ə) səbri ürəyində, Yusifin (ə) gözəlliyi üzündə və Loğmanın(ə) hikməti dilindədir. O həzrət bu dəyərli və səciyyəvi xüsusiyyətlə gəldi ki, cahiliyyətin kinküdurət qılıncını məhv edib, hikmət kitabını və xoşbəxtlik lövhəsini onlara versin, düşmənçiliyi dostluğa çevirərək qəlbləri bir birinə yaxınlaşdırsın. Peyğəmbərin (s) əsilnəsəbi, əsil nəsillərin ən yaxşısı, ən xeyirlisidir. Onlara itaət edənlər səadətə nail olar, üz döndərənlər isə həlak olar. Allah öz Peyğəmbərini (s) parlaq nur, aşkar dəlil, işıqlı yol və hidayət kitabı ilə göndərdi. Ondan irəl keçənlər dindən çıxar, ondan geri qalanlar həlak olar, onunla birgə gedənlər isə səadətə çatarlar. Həzrəti Əli (ə) besətin fəlsəfəsini səadət və xoşbəxtlik yolunu göstərməkdə, qəflətdən oyanmaqda, insani keyfiyyətləri kəsb etməkdə, cəmiyyətdə bərabərliyi və haq ədaləti bərpa etməkdə, insanlara örnək olmaqda, yaxşını pisi tanıtdırmaqda bilir. Insanlar təkamül və kamilliyiə çatmaq üçün, vəhy mənbəyindən qidalanmış kamil peyğəmbərlərə üz gətirməlidirlər. Həzrəti Əli (ə) peyğəmbərlərin besətinin fəlsəfəsini bəyan etməklə bildirmək istəyir ki, peyğəmbərlər olmadan, insanlar öz xeyir və zərərlərini tanımayıb, xilqətin hədəfi olan ibadətdən uzaq düşərlər. Peyğəmbərlər şəriyyət gətirməklə kamillik və səadət yolunu onlara göstərdilər. Insanlar Allaha və onunla bağladıqları əhd peymanı unutduqda, mehriban yaradan onları qəflət yuxusundan ayıldıb, həmin əhd peymanı onlara xatırlamaq və qiyamət günü kimin isə bundan xəbərsiz olmasını dəlil gətirməməsi üçün hər bir zamana uyğun olaraq ardıcıl şəkildə öz peyğəmbərlərini göndərdi. Insanların və cinlərin dünyanı olduğu kimi tanıyıb, onun ziyanlarından çəkinmələri, eləcədə doğru yola yönəlmələri üçün peyğəmbərlər göndərdi. Həzrət Əli (ə) baxımından peyğəmbərlər Allah bəndələrinin yalançı bütlərin sitayişindən yaxa qurtarıb, yeganə Allaha ibadət etməyinə səbəb olaraq göndərilmiş, qəfləti, bəşəriyyətin böyük dərdi, onu insanların geridə qalıb, süquta uğramsına səbəb olan əsas amil hesab etmiş, peyğəmbərləri aşkar və gizli qəflət xəstəliyinin təbibi və qapanmış qulaqlara, kor qəlblərə səfa bəxş edən bir şəxs kimi tanıtdırmışdır. Həzrət Əli (ə) cəmiyyətdə bərabərliyi qoruyub, haqqədaləti bərpa etməyi peyğəmbərlər besətinin mühüm hədəflərindən bilərək buyurmuşdur: "Cəmiyyəti ədalətdən başqa heç bir şey islah edə bilməz. Ədalətin bərqərar edilməsi qanunun həyatıdır. Ədalətin icra edilməməsi xalqı qılınc götürməyə vadar edər".Müqəddəs Qurani-Kərimdə də insanların ədalət sayəsində yaşaması besətin ictimai hədəfi kimi qeyd olunmuşdur. Bütün bunlar peyğəmbərlərin insanları dinə dəvət etmələri üçündür. Dinə inam və dindarlıq ədalətsizliklə, zülm etməklə və zülmə tabe olmaqla heç cür uyğun gəlmir. Elə buna görə də peyğəmbərlər hər şeydən öncə iqtisadi və ictimai ədaləti bərqərar etməyə çalışırdılar. Biz də, dinin insanların həyatına daxil olması və diri qalması üçün ədaləti dirçəltməliyik. Ədalətin bərqərar və icra edilməsi uçuruma aparan və fitnəfəsad törədən iki amillə (ifrat dərəcədə mal-dövlət sahibi olmaq və həddən artıq yoxsuluqla) mübarizə aparmadan mümkün deyildir. Peyğəmbər (s) həddən artıq yoxsulluqu dindən çıxıb küfrə sövq etməyin amili hesab edir və cəmiyyətdə yoxsul kütlələrin əmələ gəlməsində mövcud hakimiyyəti təqsirkar bilir. Həzrət Əli (ə) ədalətə tabe olmağı zülmə tabe olmaqdan çoxçox asan və şirin hesab edərək buyurmuşdur: "Ədaləti qəbul etmək bir kəsə ağır gəlsə də, zülmə tabe olmaq onun üçün çox çətin olar".Həzrət Əli (ə) baxımından cahillik dövrünün islam ictimaiyyətinə çevrilməsində Peyğəmbərin (s) rolu.Islam Peyğəmbərinin (s) 23 illik peyğəmbərliyi müddətində yaratdığı inqilabın əzəmət və böyüklüyünü dərk etmək üçün Ərəbistan yarımadasının cahiliyyət dövrü lazımınca tanınmalıdır, əks halda, Peyğəmbərin (s) yaratdığı böyük inqilabi dəyişikləri dərk etmək olmaz. Həzrət Əlinin (ə) cahiliyyət dövrü haqqında dedikləri Qurani-Kərimdən sonra ikinci mötəbər mənbədir. Imam (ə) besətdən əvvəlki zaman barəsində danışarkən, dünyanın və cahil ərəblərin vəziyyəti ilə əlaqədar buyurmuşdur: "Besətdən əvvəl insanlığın səadət nişanələri gizlənmiş, xoşbəxtlik yolunu göstərənlərin uzun müddət qeybə çəkilməsi insanları heyran və səkgərdan etmişdir. Millətlər qəflət yuxusuna dalmışdılar, işlər qarışıq idi, hər yerdə müharibə atəşi alovlanırdı. Dünyanı nadanlıq və günah qaraltmışdı, hiyləgərlik baş alıb gedirdi. Bəşəriyyətin həyat ağacının yarpaqları saralmışdı. Sular dərinliklərə çəkilmiş, hidayət çırağı sönmüş və bədbəxtliklər bəşəriyyətə üz vermişdi".Həzrət Əlinin (ə) baxımından əqidə azğınlığı, iqtisadi və ictimai böhranlar cəmiyyət dövrünün əsaslı problemi idi. Cahil ərəblərin dini, dinlərin ən pis olmaqla imanlarının zəifliyini göstərirdi. O Həzrət (ə) cahil ərəblərin dininin vəziyyəti barədə buyurmuşdur: "Insanlar müxtəlif dinlərə və tayfalara bölündüyü bir vaxtda, bir qrup Allahı məxluqata bənzədir, digər qrup isə Allahı inkar edib bütlərə sitayiş edirdilər. Belə bir vaxtda Allah-təala Həzrət Muhəmməd (s) vasitəsi ilə onları doğru yola yönəltdi".Cahiliyyət dövründə Ərəbistan yarımadası fərdi və ictimai baxımdan acınacaqlı vəziyyətdə idi. Xurafata inam baş alıb gedir, elmə qiymət verilmir, heç kəs mövcud vəziyyətdən yaxa qurtara bilmirdi. Azadlıq çarmıxa çəkilmişdi. Insanların canı, malı və fikri təhlükə altında idi. Soyğunçuluq baş alıb gedirdi. Cahil ərəblərin tarixində 1700-dən çox müharibə qeydə alınmış, bəzən bir müharibə 100 il davam etmişdir. Həzrət Əli (ə) bu müharibələri cahiliyyət cəmiyyətinin korlanma səbəbi bilmişdir. Iqtisadi baxımdan insanlar iki qrupa (varlı və yoxsul) bölünürdülər. Iqtisadi böhran xalqın vəziyyətini daha da çətinləşdirmişdi. Həzrət Əli (ə) "Nəhcul-bəlağə"nin 26-cı xütbəsində belə buyurmuşdur: "Allah-təala öz Peyğəmbərini (s) göndərdiyi zaman, siz ərəblər dinlərin ən pisinə qulluq edir, mağara və qayaların arasında zəhərli, təhlükəli və kar ilanlarla yaşayır, çirkli sular içir, çirkin yeməklər yeyir və nahaq yerə birbrinizin qanını tökürdünüz… Çətin bəlaya düşmüşdünüz, nadanlıq baş alıb gedirdi, qızlarınızı diridiri basdırır və bütlərə sitayiş edirdiniz".Peyğəmbər (s) onları başa salıb, bu vəziyyətdən qurtarmaq üçün çox çətinlik çəkdi. Həzrət Əli (ə) gələcək nəsillərə Peyğəmbərin (s) yaratdığı inqilabı başa salmaq üçün, cahiliyyət dövrünü besət zamanı ilə müqayisə etməyi zəruri saymış və bununlada o həzrətin böyük inqilabının keyfiyyətini və əldə etdiyi nailiyyətləri bəyan etmişdir.

Peyğəmbərin (s) ümdə nailiyyəti insanın uca məqamı ilə uyğunlaşmayan bütpərəstliyi aradan götürmək, tovhid prinsipini yayıb, böyük Yaradanı tanıtdırmaqdan ibarət idi. O, insanlara baş ucalığı ilə yaşayıb, şərəflə ölməyi öyrətdi. Imam Əli (ə) Peyğəmbərin (s) digər nailiyyətləri ilə bərabər ictimai təhlükəsizliyin bərqərar edilməsinə, iqtisadiyyatın inkişafına, mədənimarifin böhrandan çıxmasına işarə etmişdir həm fərdi, həm də ictimai təhlüekəsizlik Allahın nemətlərindəndir. Allah-təala Quranın "Qureyş" surəsində mələklərə təhlükəsizlik və bol nemətlər əta etməsini xatırladır və başqa bir surədə təhlükəsizliyi cəmiyyətin mehriban yaşamasına, vəhdət və birlik təşkil etməsinə səbəb bilir. Həzrət Əli (ə) cahiliyyət dövrünü xatırlatmaqla tayfa və qəbilə icmasının vahid Islam ümmətinə çevrilməsində besətin mühüm rol oynadığını bəyan etmişdir. Bu barədə Nəhcül bəlağənin Qasiə xütbəsində buyurmuşdur: "Indi peyğəmbərin besət dövründə Allahın onlara bəxş etdiyi nemətlərə diqqət edin: Onları öz dininin itaətinə yönəltdi, öz dəvəti ilə onların arasında vəhdət yaratdı. Ilahi nemətlər onlara üz gətirdi, rahatlıq və bolluq çaylarını onlara tərəf rəvan etdi, haqq olan dinin bütün bərəkətləri onları bürüdü, nemətlər içində qərq olub həyatlarının xoş günlərini yaşadılar. Islamın qüdrəti sayəsində vəhdət və birlikləri bərqərar olundu və əbədi olan qüdrətin nuru altında sabit hökumət qurdular".
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Dünya mömünlərinin Əmiri Əli ibn Əbitalibin viladəti münasibəti ilə Dünya müsəlman şiyələrini təbrik edirik!

Yeni mövzu tarafından Ne On Bir 7/7/2009, 10:14

Həzrət Əli (ə) "Nəhcul-bəlağə"nin 26-cı
xütbəsində belə buyurmuşdur: "Allah-təala öz Peyğəmbərini (s)
göndərdiyi zaman, siz ərəblər dinlərin ən pisinə qulluq edir, mağara və
qayaların arasında zəhərli, təhlükəli və kar ilanlarla yaşayır, çirkli
sular içir, çirkin yeməklər yeyir və nahaq yerə birbrinizin qanını
tökürdünüz… Çətin bəlaya düşmüşdünüz, nadanlıq baş alıb gedirdi,
qızlarınızı diridiri basdırır və bütlərə sitayiş edirdiniz".

Heqiqetende Islamdan evvelki dovrde insanlarin heyati cox menasiz idi... Esasda dogulmuw qiz uwagini diri diri basdirmaqlari dehwet olub...


P.S Bu arada bayraminiz mubarek...

____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 31
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Dünya mömünlərinin Əmiri Əli ibn Əbitalibin viladəti münasibəti ilə Dünya müsəlman şiyələrini təbrik edirik!

Yeni mövzu tarafından X_an Bir 13/7/2009, 09:04

Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır!Həzrət Məhəmməd salavatullah
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Dünya mömünlərinin Əmiri Əli ibn Əbitalibin viladəti münasibəti ilə Dünya müsəlman şiyələrini təbrik edirik!

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.