New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Oktyabr 2018
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Takvim Takvim


El içində (Naxçıvan şəhəri)

Aşağa gitmek

01 El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından X_an Bir 21/7/2009, 14:20



Naxçıvan Muxtar Respublikası - Azərbaycan Respublikası tərkibində muxtar respublika. Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Ərazisi 5,363 km², 1 yanvar 2007-ci il vəziyyətinə görə əhalisinin sayı 379,473 nəfərdir .

Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən daha artıq yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağıdır (3120 m).

1918-ci ildə SSRİ-nin erməni əsilli liderləri tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Naxçıvan MR Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir.

Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdur.
Naxçıvanın rayonları və şəhərləri
Naxçıvan rayonları
Babək
Culfa
Kəngərli
Naxçıvan
Ordubad
Sədərək
Şahbuz
Şərur

[redaktə / تحریر]
Mədəniyyət
Möminə xanımın məzarı

Hazırda Muxtar Respublikada 297 kitabxana, 265 klub müəssisəsi, 16 muzey, 1 rəsm qalereyası, 2 dövlət teatrı, 6 mədəniyyət və istirahət parkı, 25 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.

[redaktə / تحریر]
Etnik tərkibi

1970 - ci ildə aparılmış siyahıya almaya əsasən Naxçıvan Muxtar Vilayətinin əhalisi 202.187 nəfər olmuşdur .[1]

27 yanvar - 4 fevral 1999-cu il tarixində Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıya alınmasının yekunlarına əsasən Naxçıvan Muxtar Respublikasının əhalisi 354.072 nəfər (350.806 nəfəri Azərbaycan türkləri, 2.282 nəfəri kürdlər, 517 nəfəri ruslar, 215 nəfəri türklər, 140 nəfəri ukraynalılar, 51 nəfəri tatarlar, 17 nəfəri ermənilər, 11 nəfəri ləzgilər, 2 nəfəri gürcülər, 1 nəfəri talışlar, 30 nəfəri isə digər millətlərin nümayəndəsi olmaqla) olmuşdur .[2]

[redaktə / تحریر]
Tarix

Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır.

Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür.

Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir.

Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir.

[redaktə / تحریر]
Səlcuqlar dövründə Naxçıvan

VII yüzilliyin I yarısında Naxçıvan Bizans imperatoru İraklinin hücumuna məruz qalmışdır. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmə Naxçıvanı zəbt etmişdir. Şəhər inzibati cəhətdən xilafətin 3-cü əmirliyinə daxil edilmişdir. Bu dövrdə feodal zülmünə, həmçinin yadellilərin əsarətinə qarşı bir sıra çıxışlar olmuşdur. IX yüzilliyin əvvəllərindən ərəblərə qarşı xürrəmilər adlı xalq hərəkatı başlamışdır. Xürrəmilərin əsas dayaq nöqtələrindən və hərbi düşərgələrindən biri Naxçıvan şəhəri idi. IX-X yüzilliklərdə Naxçıvan Sacilər və Salarilər dövlətlərinin tərkibində olmuşdur.

XI əsrin ortalarından Naxçıvan Səlcuq sultanlarının ixtiyarına verildi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslan 1064-cü ildə Naxçıvanı ələ keçirmişdir. Sultan Alp Arslan zamanında Azərbaycan bölgəsindəki digər krallıqlar tamamilə itkisiz hala gətirilmiş və bu üzdən Alp Arslana Ebulfəth ünvanı verilmişdir. Alp Arslan oğlu Məlikşahı və vəziri Nizam ül-Mülkü öz yerinə qoyub Naxçıvanı tərk etmişdi. Məlikşahın hakimiyyəti isə, Azərbaycanın türkləşməsinin son səhifəsini tamamlayır. 1092-ci ildə Məlikşahın ölümündən sonra Səlcuq imperiyası bir neçə müstəqil dövlətlərə parçalandı. Lakin buna baxmayaraq Naxçıvan şəhəri müəyyən müddət Səlcuq sultanlarından asılı vəziyyətdə qalmışdı. Səlcuqların Azərbaycan üzrə canişini Naxçıvanda yərləşirdi.



[redaktə / تحریر]
Atabəylər və Elxanilər hakimiyyəti

Gəncədəki Səlcuqlu dövlətinin bir valisi olan Şəmsəddin Eldənizin 1136-cı ildə bölgəyə hakim olması ilə Atabəylər dönəmi, daha doğrusu Eldənizlər dövrü başlamışdır. XII yüzilliyin ortalarında Naxçıvan Eldənizlər dövlətinin tərkibində idi. Bu dövrdə Naxçıvan Atabəylər dövlətlərinin əsas ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Naxçıvan şəhəri XII yüzilliyin 30-cu illərinin sonundan 1175-ci ilədək bu dövlətin paytaxtı olmuşdur.

Naxçıvan həm də iqtisadi və hərbi əhəmiyyətə malik olan şəhər idi. Eldənizlərin ilk və əsas iqamətgahlarından olan Naxçıvan şəhəri xeyli inkişaf etmişdi. Naxçıvanda qiymətli memarlıq abidələri - qalalar, saray, məscid, türbə və s. tikilirdi. Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvan hakimi onun arvadı Zahidə xatun idi. Dövlətin xəzinəsi Əlincə qalasında saxlanırdı.

Naxçıvanda olan Fransız səyyahı Vilhelm de Rubruk monqol istilasına qədər Naxçıvanın böyük bir dövlətin paytaxtı, iri və gözəl şəhər olduğunu qeyd edirdi. Şəhər 1221-ci ildə Çingiz ordularının hücumuna məruz qalmış, xeyli dağıntılar olmuşdur.

Monqolların hücumundan sonra Naxçıvan 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqiburinin hakimiyyətinə tabe olur. Lakin şəhər monqolların hücumları zamanı daha böyük təhlükəyə məruz qalır. Hülakü xan zamanında Naxçıvana gələn türkmənlər ilə daha qədimdən burada yaşayan türklər qaynayıb-qarışmışlar. Naxçıvan Elxanilərdən sonra XIV əsrin ikinci yarısından etibarən Çobanilərin, Cucilərin, Cəlairlərin, Müzəffərlərin hücumlarına məruz qalmışdır. 1386-cı ildə Teymurləngin qoşunları Naxçıvana gəlmişlər. Bu hücumda Naxçıvanın təsərrüfat həyatına və maddi mədəniyyətinə ziyan dəymişdir. XV əsr Qaraqoyunluların hakimiyyəti zamanında Naxçıvan daha da inkişaf etmişdi.

[redaktə / تحریر]
Səfəvilər dövründə Naxçıvan

XIII yüzillikdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi dərviş təriqəti yarandı. Həmin yüzilliyin sonunda belə dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində olmuşdu. Ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi. XV yüzilliyin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti xeyli artdı. Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər. Səfəviyyə təriqəti Şeyx Cüneyd zamanında (1447-1460) tamamilə siyasi bir mahiyyət kəsb etmişdir.

Səfəvi xanədanlığının siyasi yüksəlişi 1501-ci ildə Şeyx İsmayılın Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə başlanır. Şərur düzündə qızılbaşların Ağqoyunluların üzərindəki qələbəsindən sonra Naxçıvan səfəvilərin hakimiyyətinə keçdi. Səfəvi təriqətinin şeyxi şah İsmayılın güclənməsinin ən önəmli səbəbi onun qızılbaş türk tayfalarına güvənməsi ilə əlaqədardır. Təəssüf ki, tariximiz iki türk dövlətinin: Səfəvi və Osmanlı türk dövlətlərinin qarşı-qarşıya gəldiyini göstərən hadisələrlə doludur. Buna nümunə olaraq, Çaldıran Meydan Müharibəsi (1514) göstərilə bilər. Bu durum Əfşar xanədanlığının quruluşuna qədər davam etmişdir.

[redaktə / تحریر]
Əfşar və Qacar dövrü

Adından da göründüyü kimi, Nadir şah Əfşar, əfşarlı türkmənlərinin Kırlu oymağına mənsubdur. 1729-cu ildə II Təhmasibi Səfəvi taxtına çıxaran Nadir şah daha sonra onu da uzaqlaşdıraraq Əfşar xanədanlığını qurmuşdu. O, 1736-cı ildə Səfəvi sülaləsi nümayəndələrinin formal idarə üsuluna son qoyaraq özünü İranın şahı elan etdi. Nadir keçmiş inzibati bölgüləri-bəylərbəylikləri ləğv etdi. Cüxur - Səd - Naxçwan bəylərbəyliyi də ləğv edilərək Azərbaycan adı altında vahid inzibati bölgüyə daxil edildi.

III Əhməd və I Mahmud zamanlarında Azərbaycanın Osmanlı torpaqlarına qatılması dövlətin aparıcı siyasətinə çevrilmiş, ancaq Rusiyanın bu ərazilərə yiyələnmək istəyi və Nadir şahın bacarıqlı fəaliyəti Osmanlı dövlətinin bunu gerçəkləşdirməsinə əngəl olmuşdur. Daha sonra, Azərbaycanın idarəçiliyi yeni bir türkmən boyu olan Qacarların əlinə keçmişdir (1779).

[redaktə / تحریر]
Naxçıvan xanlığı

Naxchevan 1747-ci ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda iyirmiyə qədər müstəqil feodal dövlətlər - xanlıqlar yarandı. Azərbaycan xanlıqları qüzey və güneydə iki qrupa bölünürdü:

Qüzeydə: Şəki, Quba, Gəncə, Bakı, Dərbənd, Naxçıvan, Şirvan, Talış, İrəvan, Salyan, Qarabağ, Cavad.

Güneydə: Təbriz, Urmiya, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Marağa, Maku. XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan, Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə Naxçıvanın xanı Kalbalı xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir qədər dirçəliş baş verdi.

Birinci Rusiya - İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı.

İkinci Rusiya - İran müharibəsi (1826-1828) gedişində - 1827-ci ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı. Naxçıvan 1841-ci ildə qəza mərkəzi oldu. Onun ərazisi 1841-ci ildən Gürcüstan - İmeretiya, 1850-ci ildən isə əslən Azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi.

Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə başlanmışdır. Bilindiyi kimi, bu bölgələrdə erməni əhalisi azlıqda qaldığından 1828-ci ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından X_an Bir 21/7/2009, 14:23

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan (1918-1920)

1917-ci il fevral - burjua inqilabından sonra, aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilmiş, uzun mübahisədən sonra Məhəlli federasiyası yaradılması ideyası qəbul olunmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş və bu hökumət Türkiyə tərəfindən dərhal tanınmışdı.

1917-ci ilin yayında Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanları yaradılmışdı.

1918-ci ilin əvvəllərində erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətdilər. Bakı daşnakların və eserlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız Türkiyədən ala bilərdi. Xəlil bəyin başçılığı ilə türk qoşunları Naxçıvanın köməyinə gəldi.

1918-ci ilin noyabrında Araz Türk Respublikası yarandı. Paytaxtı Naxçıvan şəhəri olan bu Respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərar - Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad,

Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.

Türkiyənin Birinci Dünya Müharibəsində məğlubiyyəti Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunlarının Azərbaycandan, o cümlədən Naxçıvandan çıxarılmasına səbəb oldu. Türkiyənin özündə də vəziyyətin qeyri-sabitliyi, rusların neft və sənaye mərkəzi olan Bakını işğal etməyə cəhd göstərməsi, Avropa ölkələrinin Rus təhdidini görə bilməməsi üzündən Azərbaycan 1920-ci il aprel ayının 28-də ruslar tərəfindən işğal edildi.

[redaktə / تحریر]
Sovetlər Birliyi dövründə Naxçıvan
Naxçivan Heydər Əliyevin doğma yurdudur

Naxçıvan Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alınmışdı. Naxçıvanın ərazisinin qorunmasında Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı alınmışdır.

Naxçıvan 1921-ci il martin 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. SSRİ-nin dağılma prosesi 1980-cı illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı ildə Sovet Ordusu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal etdi, sərhəd boyu intensiv hücuma keçdi. Yüzlərlə Azərbaycanlı şəhid oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.

[redaktə / تحریر]
1990-cı ildən sonrakı siyasi proseslər

Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapırdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də Heydər Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gəldi. Fəal siyasətə qayıdan Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Аli Məclisinə sədr seçildi.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamenti tarixdə ilk dəfə olaraq milli dövlətçilik ənənəsinin bərpası istiqamətində addımlar atdı. Üç rəngli dövlət bayrağı qəbul olundu. Bayraq və digər müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Аli Soveti qarşısında məsələ qaldırıldı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR-in yaşaması üçün İran və Türkiyə ilə ələqələrin yaxşılaşmasına xüsusi diqqət yetirildi. 1992-ci ildə Azərbaycana bağlı Naxçıvan MR ilə Türkiyə və İran arasında protokollar imzalandı, Araz çayı üzərindən körpülər salındı.

Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görüldü. İlk dəfə olaraq Ermənistanla atəşkəsə nail olundu.
Araz çayı, Culfa yaxınlığında



[redaktə / تحریر]
Muxtar dövlətin hazırki vəziyyəti

Muxtar dövlət

Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi 384,5 min nəfərdir (2007). Hakim din islam, yerli və rəsmi dil Azərbaycan dili, paytaxtı Naxçıvan şəhəri, ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş ilk konstitusiyası əsasında hazırlanıb, 1998-ci il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilib və 1999-cu il yanvarın 8-dən qüvvəyə minib. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının parlamenti – Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

Hakimiyyət bölgüsü

Ali Məclis Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır və majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 45 nəfər deputatdan ibarətdir. İldə iki sessiya keçirir; Azərbaycan Respublikasının prezidenti və Milli Məclisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya Ali Məclisin sədri tərəfindən növbədənkənar sessiyaları çağırıla bilər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir və Ali Məclisdə 5 il müddətinə seçilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Baş naziri Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə, Nazirlər Kabinetinin tərkibini isə baş nazirin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq və təyin edir. Nazirlər Kabineti muxtar respublikanın büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim edir və büdcənin, iqtisadi-sosial proqramların yerinə yetirilməsini təmin edir, nazirliklərə və digər icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, ümumi qaydalar müəyyən etdikdə qərarlar, başqa məsələlər üzrə isə sərəncamlar qəbul edir.

Muxtar respublikada məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiyasınən 109-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının prezidenti təyin edir.

Bölgələri

Naxçıvan Muxtar Respublikasının ərazisi 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünüb; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbə, 160 kənd inzibati ərazi dairəsi var.

Muxtar respublikanın şəhər və rayon ərazi vahidlərini icra hakimiyyətləri idarə edir. Kənd və qəsəbələrdə isə icra nümayəndələri fəaliyyət göstərir. İcra hakimiyyətlərinin başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan prezidenti təyin edir. Yerli idarəetmə orqanları – bələdiyyələr də mövcuddur.

Nazirliklər

Daxili İşlər Nazirliyi

Milli Təhlükəsizlik Nazirliyi

Ədliyyə Nazirliyi

İqtisadi İnkişaf Nazirliyi

Maliyyə Nazirliyi

Vergilər Nazirliyi

Fövqəladə Hallar Nazirliyi

Təhsil Nazirliyi

Səhiyyə Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Mədəniyyət və Turizm Nazirliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Gənclər və İdman Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Kənd Təsərrüfatı Nazirliyi

Nəqliyyat Nazirliyi

Məhkəmə hakimiyyəti və prokurorluq orqanları

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Prokurorluğu

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından Alex Bir 21/7/2009, 14:28

cox sagol yaxwi xeberdir Etalon
avatar
Alex
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 467

Təşəkkür sayı Təşəkkür sayı : 20
Oğlak Horoz
Erkek
Age : 24
Adres : Azarbaijan-Imishli
Məşguliyətim : idman
Humor : Ha HA
Qeydiyyat tarixi : 26/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından AvaLon Bir 21/7/2009, 19:01

mene cox maraqli geldi
avatar
AvaLon
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 21

Təşəkkür sayı Təşəkkür sayı : 0
Oğlak Manda
Erkek
Age : 32
Adres : Vetenim
Məşguliyətim : Idman
Qeydiyyat tarixi : 10/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından Alex Bir 24/7/2009, 08:12

Zor Xeber dir 
avatar
Alex
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 467

Təşəkkür sayı Təşəkkür sayı : 20
Oğlak Horoz
Erkek
Age : 24
Adres : Azarbaijan-Imishli
Məşguliyətim : idman
Humor : Ha HA
Qeydiyyat tarixi : 26/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından Rocket Bir 24/7/2009, 08:23

Cox zor xeberdir Yerivar  cox sagol  Etalon 

Rocket
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 11

Təşəkkür sayı Təşəkkür sayı : 6
Aslan At
Erkek
Age : 28
Adres : Germany
Məşguliyətim : Sport
Qeydiyyat tarixi : 24/07/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından X_an Bir 24/7/2009, 10:07

Tewekkur edirem haminiza ezizlerim
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: El içində (Naxçıvan şəhəri)

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.