Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı)

Aşağa gitmek

Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Empty Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı)

Yeni mövzu tarafından X_an 23/7/2009, 15:01

Etiraf

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Birce yol üzümə durmamısan heç.

Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
______________________________
Sən demə təzəzdən sevmək olarmış

Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş

Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur

Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!

Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça

Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin

İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış
_______________________________
Seni unutsam!



Men seni unuda bilmirem, axi

unutsam neleri unudam gerek

Goylere baxmisiq ayli gecede

Unutsam goyleri unudam gerek!



Denizi unudum, ya dalgalari

Xatiren yadimdan cixaydi bari

Payizda xezani, qishdasa qari

Baharda gulleri unudam gerek!



De nece unudum men seni nece?

Sevgi durna deyil payizda koche

Yuxuma gelirsen menim her gece

Aylari, illeri unudam gerek!



Senin xeyalindir hesretle baxan

Adindir her saat qarshima cixan

Qarishib shekline gozumden axan

Yagishi, selleri unudam gerek!



Sinemde peshiman ureyim qaldi

Uchdun ellerimde leleyim qaldi

Neleri itirib, bax neyim qaldi

Neleri, neleri unudum gerek!!!
___________________________
BU, SEN DEYILSEN...



Qayidib gelibsen gozleri yashli,

Deyirsen, bir daha kusen deyilsen.

Hani o vuqarin, o saymazligin;

Yox, bu sen deyilsen, bu sen deyilsen.



Deyirsen vaxt kechir, zaman gozlemir,

Dilin dediyini ureyin demir.

Bu yalvaran gozel sene benzemir,

Yox, bu sen deyilsen, bu sen deyilsen.



Deyirsen kusenler barishar yene,

Ne tez boyun eydin besh gunluk qeme?

Ozunden raziliq yarashir sene,

Yox, bu sen deyilsen, bu sen deyilsen.



Derdlisen, derdini get danish suya,

El achma, alchalma men veren paya,

Ele bil dilenchi gelib qapiya,

Yox, bu sen deyilsen, bu sen deyilsen.

-----------------------
Arzudan o yana...


Əllərin əlimə dəyməyəydi kaş,

Saçların üzümə toxunmayaydı.

Gərək, əvvəlki tək sən, ürəyi daş,

Elə əvvəlki tək saymaz olaydın...


Bu istilik hardan, san ki, buz idin,

Qəlbimdən sən niyə ovcuma düşdün...

Sən, mənə əlçatmaz bir ulduz idin,

Göylərdən qolumun üstünə düşdün.


Bu da vüsal günü... Yox sevinmirəm,

İndi darıxıram, bəs nələr üçün?

Mənmi bu zirvəyə çıxdım, bilmirəm,

Yoxsa sən darıxdın dərələr üçün...


Dünənə yol yoxdur zaman apardı,

Təəssüf zamana çatarmı görən?

Daha sənə gələn yollar qurtardı,

Arzudan o yana yol varmı deyə.


Ötən günlərimə bir ümman dedim,

Boşalıb ürəyim, dolmur ki, dolmur.

Sahilə çatmışam, haraya gedim?

Dənizə məqsədsiz qayıtmaq olmur...





 
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Left_bar_bleue20/0Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Empty Geri: Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı)

Yeni mövzu tarafından X_an 23/7/2009, 15:04

Sag eliniz sevenlerin basina…


Cil ciraqla bezenibdi toyunuz,

Nur cilenib torpagina dasina

Bir quyudan alinibdi suyunuz,

Sag eliniz sevenlerin basina,

Qedri qiymet bilenlerin basina.


Darixmayin xanim ana.bey ata.

Sag eliniz analarin absina

Sag eliniz atalarin basina.


Nur tokulur xala,bibi uzunden,

Alov yagir emi,dayi gozunden,

Sevincinden baci gedib ozunden,

Sag eliniz bacilarin absina,

Nece nece dostun yarin basina..


Gor bu toyda nece emi dayi var,

Bu duyunde her qohumun payi var,

Hele nece qardas0baci toyu var

Qag eliniz qardaslarin basina,

Sag eliniz sirdaslarin basina
________________________
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Left_bar_bleue20/0Bu Sən Deyilsən...(Nüsrət Kəsəmənli seriyyatı) Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.