Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


Sevgilim nədən?

Aşağa gitmek

Sevgilim nədən? Empty Sevgilim nədən?

Yeni mövzu tarafından X_an 20/9/2009, 01:19

Gözüm gözlərinə baxanda.
Üzünü yan tutub qaçırsan məndən.
Məni əvvəlki təki sevmirsən nədən?
Nədir könlündəki söylə sevgilim!.

Bəlkə özgəsinə salmısan meyil?
O, baxış o, sözlər əvvəlki deyil.
Gəzirsən kənarda biganə veyil.
Nədir könlündəki söylə sevgilim?

Mənimsə qəlbimi qüssə qəm alır.
Soyuqluq qəlbimə şüphələr salır.
Sənsiz dünya gözlərimdə qaralır.
Nədir könlündeki söylə sevgilim
Sevgilimə can deyəndə,
Cananımı bir görəndə,
Gözlərimə işıq dolur,
Kedərlərim sevinc olur.

Gəl ay gülüm, sevgilim, ey nazlı mələyim,
Gəl səni mən son dəfə bir daha görəyim,
Daha dözməyir mənim bu yazıq ürəyim,
Gəl səni görüm ki, mən rahatca öləyim

Sevgini qəlbində büküb saxlama
Bu sevən qəlbimi mənim dağlama
Sağ ikən üzümə gülməmisənsə
Sənə yalvarıram, ölsəm ağlama

Hamı qonaq qalır bil ki, dünyada
Əbədi yaşamaq olar xülyada
Heç kəs qalmayacaq qoca dünyada
Mən qara torpağa düşsəm ağlama
Yuxu da getməyir gecə gözümə
Mən təəccüb qalmışam özüm özümə
Yenə inanmasan mənim sözümə
Mən səni daş ürək bilsəm ağlama

Sevgi sevinc deyil inan ki qəmdi
Bu qəm ürəyimdə yığılıb cəmdi
Şamı qaranlıqda əriyən şəmdi
Bir gün sönəcəyəm, sönsəm ağlama

Gah yuxuda, gah röyada
Gecələr də, gündüzlər də
Yalnız səni mən görürəm
Qəlbimdəki hislər ilə!

Elə bil ki, mənimləsən
Qelbimdəsən, könlümdəsən,
Başqa heç nə düşünmürəm
Qəlbimdəki hislər ilə!

Zaman necə dəyişibdir,
Varlı-kasıb hər zaman var
Amma onlar arasında məsafəmi,
Nə vaxtdan var
Bunu necə duyum, görüm,
Qəlbimdəki hislər ilə!

Həyatda sevinc olanda,
Elə bil ki, yanımdasan
Kədərli, qəmli anımda
Sən yenə də, yanımdasan
Səni necə sevməyim mən
Qelbimdəki hislər ilə!

Gördüm sevib-sevilirik
Necə də gözəldir ALLAH!
Mənə deyir, mən səninəm
Sən də mənim, nə məsləhət?
Röyada gördüyümü də,
Gerçəklikdə sanıram mən
Qəlbimdəki hislər ilə!

Qaynar hislər, eşq alovu
Heç vaxt sönməz, yaşayacaq
Məhəbbətdən ayrılanda
O sürətlə qocalacaq
Niyə axı qocalmasın
Qəlbimdəki hislər ilə!

Sevinc gözəl, kədər acı
Ancaq ömür gerçəklikdir
Sevincimə sevinc qatıb,
Kədərinə kədərlənən
Daim üzü gülən mənim
Ey sevdalım, qaranquşum
Səni necə sevməyim mən
Qəlbimdəki hislər ilə!
Səni necə sevməyim mən
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgilim nədən? Left_bar_bleue20/0Sevgilim nədən? Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgilim nədən? Empty Geri: Sevgilim nədən?

Yeni mövzu tarafından X_an 20/9/2009, 01:22

Məndə sönəcəksən qayıdacaqsan

Eşqimin qəlbini yaralı qoyub
Hara gedəcəksən qayıdacaqsan
Oduma alışıb oduma yanıb
Külə dönəcəksən qayıdacaqsan

Keçmiş günlərimiz düşər yadına
Dözmərsən həsrətin acı oduna
Yanarsan bir kimsə çatmaz dadına.
Məndə sönəcəksən qayıdacaqsan

Çıxarsan sahilə sahil kimsəsiz
Sənin göz yaşını yuyacaq dəniz
Ürəyin qırılar sınarsan mənsiz
Məni sevəcəksən qayıdacaqsan

Ürəyim hər zaman istəyər səni.
Fələklər aramsız izləyər səni.
Sevgin ölənədək gözləyər səni.
Məndə öləcəksən qayıdacaqsan

Əlvida deyirsən
Bir payız axşamı sənə vuruldum
Səni sevməyimə mən peşman oldum.
Sevgimi sevginlə unutmaq istədim.
Səndən ayrılacağımı bilsəydim əgər,
Yenədə mən səni sevməzdim gülüm.

Yalan sevginlə aldatdın məni.
Bu fani dünyada unutdun məni.
Mənim sevgimi əyləncə bildin sən.
Oyuncaq kimi oynatdın sən.
Səndən ayrılacağımı bilsəydim əgər.
Yenə də mən səni sevməzdim gülüm.

Əlvida deyirsən bir daha mənə
Əlvida deyirsən mənim sevgimə
Əlvida deyir mən tək yarıma
Əlvida deyirsən tək sevgimizə
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgilim nədən? Left_bar_bleue20/0Sevgilim nədən? Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgilim nədən? Empty Geri: Sevgilim nədən?

Yeni mövzu tarafından X_an 20/9/2009, 01:25

Ayrılıq

Qısqandı eşqimi məhəbbətimi
Gizlincə sevgimi pusdu ayrılıq
Sonda istəyinə nail olanda
Dinmədi sakitcə, susdu ayrılıq

Gəzdim cavanlığın çiçək bağında
Səadət, xoşbəxt bir gün sorağında
Sevginin zirvəsi gözəl çağında
Üstümdən külək tək əsdi ayrılıq

Ayırdı bülbülü güllü çəməndən
Saçlarım ah çəkdi ağappaq dəndən
Sanki oğurlardı ruhu bədəndən
Dildən də sözümü kəsdi ayrılıq

Gətirdi dağ kimi sevgimi sona
Bizi ayırmaqçün girdi min dona
Baxıb göz yaşıma dözmədi buna
Özü də sıtqadı, sisdi ayrılıq


"
::..Xoşbəxt ol!..::

Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi?
***
"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi.



::..Seni unutmaga calisacam..::

HESRETIN YOLLARI OLUM OLSADA
YOLUMA O YOLDAN BASLAYACAGAM
SENSIZLIK ACISI ZULM OLSADA
SENI UNUTMAGA CALISACAGAM
* * *
ESQIMI USUDUB HESRET QARINDA
BU DONMUS SEVGIMDE ALISACAGAM
TALANMIS SEVGIMIN AHI ZARINDA
SENI UNUTMAGA CALISACAGIM
* * *
SENSIZ YASAMAGA QUVVE TOPLAYIB
SENSIZLIK UNVANI DASIYACAGIM
ILAHI SEVGINI GOYE SOVURUB
SENI UNUTMAGA CALISACAGIM



::..AyrıLsaQ..::

Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq

Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək
Küçəyə atılan körpə uşaq tək
Ayrılsaq sevgimiz yetim qalacaq

Qəlbimdə əbədi salmısan saray
Nə qalacaq bu sevgidən bizə pay
Deyən olmayacaqdır birde lay-lay
Ayrılsaq sevgimiz yetim qalacaq

Anarın qisməti əzəldən nakam
Bu sevgidən biz almadıqki ilham
Bir yaşı yenicə olmuşdur tamam
Ayrılsaq sevgimiz yetim qalacaq





::..Sen elə bilmə ki..::

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.
***
Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Sevgilim nədən? Left_bar_bleue20/0Sevgilim nədən? Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Sevgilim nədən? Empty Geri: Sevgilim nədən?

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.