New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Oktyabr 2018
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Takvim Takvim


Azerfon və Azercell müharibəsi

Aşağa gitmek

01 Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından Ne On Bir 24/7/2009, 21:32

21 iyul 2009 18:01

“Azercell” "Azerfon" (Nar Mobile) ilə arabağlantı kanallarını kəsəcək


“Azercell Telekom” MMC iyulun 22-si saat 00:00-dan «Azerfon” MMC (Nar
Mobile) ilə arabağlantı kanallarını kəsəcək. Bu barədə “Azercell
Telekom” MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəbəkələr arasında 28 fevral 2007-ci il
tarixində imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin
bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası
bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtlərinin “Azerfon” MMC
tərəfindən mütəmadi olaraq pozulması nəticəsində 2008-ci ilin iyul
ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom”
MMC-yə, ƏDV daxil olmaqla, 11 mln. manata yaxın məbləğdə arabağlantı
borcu yaranıb.

Dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi
istiqamətində “Azerfon” MMC (Nar Mobile) tərəfindən heç bir addım
atılmayıb. Buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı
kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək. «Bununla əlaqədar
hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri
yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” MMC (Nar Mobile)
məsuliyyət daşıyacaq», - deyə «Azercell»dən bildirilib. apa.az

21 iyul 2009 18:58

“Borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər


Bu gün “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan şirkətin baş
ofisində mətbuat konfransı keçirib. A. Ağan bildirib ki, Azərbaycanda
mobil şəbəkənin genişlənməsi və normal işləməsi üçün 1 milyard dollar
sərmayə qoyublar: “Amma “Azerfon” MMC-nin (NarMobile) hər iki
operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya
bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi
“Azercell”-in fəaliyyətinə ciddi zərər vurur. Artıq bu borc 11 milyon
manata çatıb. Dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun
ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım
atılmayıb. Buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı
kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək. Borc ödənənə qədər
“Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə
bilməyəcəklər”.
A. Ağan qeyd edib ki, “Azercell”in hazırda heç bir şirkətə borcu
yoxdur: “Yəni “Azerfon” tərəfindən qarşılıqlı borcla bağlı hər hansı
iddia səslənərsə, bunun əsası olmayacaq”. Lent.az

22 iyul 2009, 14:41

“Azerfon”(NarMobile) “Azercell”i qara piyar aparmaqda ittiham etdi


İcraçı direktor: ““Azercell” hər iki şirkətin abunəçilərinə qarşı
hörmətsizlik edir” Bu gün “Azerfon” MMC-nin (NarMobile) baş icraçı
direktoru Gido Helbix “Azercell Telekom” MMC-nin iyulun 21-də yaydığı
açıqlama ilə bağlı mətbuat konfransı keçirib. Gido Helbix belə halın
ilk dəfə olmadığını, “Azercell”in “Azerfon”a qara piar apardığını
deyib: ““Azercell” hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik
edir”.

Baş icraçı direktor bildirib ki, “Azercell”in yaydığı açıqlamanı
eşidəndə şoka düşüb: “Hazırda şəbəkələr arasında arabağlantıda problem
yaranmamssı üçün “Azercell”lə və digər abonentlərlə danışıqlar aparılır
ki, gələcəkdə danışıqlar zamanı bu şirkətlərin abonentləri əziyyət
çəkməsinlər”.

Xatırladaq ki, iyulun 21-də “Azercell”in yaydığı açıqlamada qeyd
olunurdu ki, “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun
abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün
arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi
“Azercell”-in fəaliyyətinə ciddi zərər vurur. Artıq bu borc 11 milyon
manata çatıb və dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu
borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım
atılmayıb. Xəbərdarlıq olunurdu ki, buna görə də şəbəkələr arasındakı
mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək
və borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə
zəng edə bilməyəcəklər.

Gido Helbix 11 milyon manat borc məsələsinə aydınlıq gətirməyib. Lent.az



Nazirlik “Azerfon” və “Azercell”i sülhə dəvət etdi

22 iyul 2009 - 19:04


Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
“Azerfon” və “Azercell” şirkətləri arasında yaranmış problemə münasibət
bildirib.

“APA-ECONOMICS”-in məlumatına görə, nazir müavini hər bir operatorun öz
fəaliyyətində ilk növbədə istifadəçilərinin maraqlarını nəzərə almalı
olduğunu deyib: ““Azercell”in dünənki bəyanatı ilə bağlı onu qeyd edə
bilərəm ki, operatorlar arasında hər hansı mübahisələr yaranırsa, onu
Azərbaycan qanunvericiliyinə uyğun həll etmək lazımdır”.

E. Vəlizadənin sözlərinə görə, Azərbaycanda həm fəaliyyətin təşkili,
həm yeni xidmətlərin göstərilməsi, həm də operatorlar arasında
arabağlantı münasibətlərinin tənzimlənməsi üçün qanunverici qaydalar
mövcuddur və mübahisələr bu çərçivədə həll olunmalıdır.

E. Vəlizadə RİTN-in mövqeyini belə açıqlayıb: “Ümumilikdə, baş vermiş
hadisəni təqdirə layiq hal saymırıq. Çünki belə bir halda
istifadəçilərin hüquqları pozulur. Şirkətlər arasında mübahisələr
danışıq yolu ilə qanuni çərçivədə həll olunmalıdır. Biz tərəfləri
aralarında yaranmış mübahisəni danışıqlar yolu ilə həll etməyə
çağırırıq. Onu da qeyd etmək istəyirəm ki, qanuna əsasən Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin də öz səlahiyyətləri var.
Danışıqlar uğurla nəticələnməsə, biz də qanun çərçivəsində müəyyən
addımlar ata bilərik”. LENT.AZ


22 iyul 2009 [20:37]

Şəhər telefonlarından Azercell-ə çıxış müvəqqəti dayandırılmışdı


Görünür, Azercell və Azerfon mobil rabitə operatorları arasında
qarşıdurma yeni səviyyəyə keçir. Belə ki, iyulun 22-də axşam şəhər
telefonlarından Azercell-ə çıxış bağlanıb. Bu, Azercell-in öz
abunəçilərinin Azerfon (Nar mobile) nömrələrinə çıxışını bağlamaqla
xəbərdarlıq etməsindən sonra baş verib. Azercell bunu Azerfonun 11 mln.
manat məbləğində borcu ödəməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, şəhər telefonlarına çıxışı Rabitə və İnformasiya texnoloqiyaları nazirliyinin Aztelekom İB-i həyata keçiririr.
Yaranmış vəziyyəti şərh edən həmin nazirliyin mətbuat xidmətinin
rəhbəri Müşfiq Əmirov Turana bildirib ki, Azercell-in şəhər telefon
xəttlərinə çıxışında yaranmış problemlər elə bu şirkətin özünün
«qanunsuz hərəkətləri» nəticəsində yaranıb. Əmirov həmçinin bildirib
ki, iyulun 22-də İqtisad məhkəməsi Azercellin Azerfonla ələqələri
dayandıracğı barədə xəbərdarlğını qanunsuz elan edib. Məhkəmənin
qətnaməsi elə həmin gün Azercell şirkətinə təqdim olunub.

Azercellin stasionar telefon sisteminə çıxışında yaranmış problemə
gəlincə isə, Əmrovun sözlərinə görə, nazirliyin müdaxiləsindən sonra
məsələ öz həllini tapıb.
Həqiqətən də, saat 19.55-da artıq Azercell abonentlərindən şəhər telfonlarına və əks istqamətdə əlaqə bərpa olunmuşdu.
Azercell şirkətindən hələlik şərh almaq mümkün olmayıb. /Turan/


“Azercell” və “Azerfon” arasında ara bağlantısı bərpa edildi.

Bu gün, 09:12

Mübahisəni həll etmək məqsədilə “Azercell Telekom” MMC və “Azerfon” MMC arasında danışıqlar başlayıb

“Azerfon” MMC-nin 11 milyon manat məbləğində borcunun olması iddiası
ilə 22 iyul saat 00:00-dan etibarən “Azerfon” MMC ilə olan mövcud
arabağlantı kanallarının bir qismini kəsən "Azercell Telekom" MMC
qərarını dəyişib. ANS PRESS, şirkətin rəsmi məlumatına istinadən xəbər
verir ki, mübahisəni həll etmək məqsədilə “Azercell Telekom” MMC və
“Azerfon” MMC arasında danışıqlar başlayıb.

Şirkətin məlumatında deyilir: “Bundan irəli gələrək və həm bizim,
həmçinin də “Azerfon” abonentlərinin rahatlığını düşünərək və
marağlarını nəzərə alaraq, “Azercell” xoş niyyətini bir daha nümayiş
etdirir və danışıqlar başa çatmayana qədər arabağlantı xəttlərini açmaq
qərarını bəyan edir”. /ANS PRESS/


____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 32
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından X_an Bir 25/7/2009, 14:20

Yene Allaha wukur bariwiq olub Smile
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından Ne On Bir 25/7/2009, 14:46

Deyirem belke sen onlara biden yaxwi dua yazasan Very Happy

____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 32
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından X_an Bir 25/7/2009, 15:27

Dua ?Yazimda siyqe duasi lap yaxwi olar omurluk qopmazlar bir birlerinden ne de olmasa arada et var Et:D
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından Alex Bir 25/7/2009, 16:35

Bariwdilarsa tay birwey lazimdeyil 
avatar
Alex
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 467

Təşəkkür sayı Təşəkkür sayı : 20
Oğlak Horoz
Erkek
Age : 24
Adres : Azarbaijan-Imishli
Məşguliyətim : idman
Humor : Ha HA
Qeydiyyat tarixi : 26/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: Azerfon və Azercell müharibəsi

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.