New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Noyabr 2017
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   

Takvim Takvim


İmam Hüseyn (ə) Mövludu

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

01 İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:04




İMAM HÜSEYNİN (Ə) HƏYATI

Imam Hüseynin Şəxsiyyəti (Ə)


Adi: Hüseyn (Ə)

Ləqəbi: Seyyidüş – Şühəda

Künyəsi: Əbu Əbdillah

Atasi: Əli (Ə)

Anasi: Fatimeyi – Zəhra (S.Ə.)

Babasi: Hz.Peyğəmbər (S)

Doğum İli: Hicri 4-Cü İl

İmamliq Müddəti: 10 İl

Ömrü: 57 İl

Şəhidlik: Hicri 61-Ci İldə Yezidin Əmri İlə

Məzari: İraq, Kərbəla.


Təvəllüdü


Fatimənin (Ə) Ikinci Övladı 4-Cü Hicri Ilinin Şəban Ayının 3-Də Mədinə Şəhərində Dünyaya Göz Açdı. Təvəllüdünün 7-Ci Günü Allah Tərəfindən Həzrət Peyğəmbərə (S) Nazil Olan Mələk Dedi: “Harun, Musa Peyğəmbərə Qardaş, Dost Və Bütün Çətinliklərdə Onun Köməyinə Gələn Bir Sirdaş Olduğu Kimi, Əli Də Sənin Dostun Və Sirdaşındır. Buna Görə Də Bu Uşağın Adını Harunun Oğlunun Adı Olan Şübeyr (Ərəbcəsi Hüseyn) Qoy!”. Beləliklə Həzrət Imam Hüseynin (Ə) Adı Allah Tərəfindən Qoyuldu.

Həzrət Peyğəmbər (S) Dəfələrlə Bu Uşağı Qucağına Alıb Onu Öpər, Ağlayar Və Belə Buyurardı: “Hüseyni Qarşıda Böyük Bir Müsibət Gözləyir. Bəni Üməyyədən Olan Bir Dəstə Zalım, Oğlumu Öldürəcəkdir. Onlar Qiyamət Günü Həmişəlik Olaraq Mənim Şəfaətimdən Məhrum Olacaqlar”.


Peyğəmbərin Hüseynə Olan Məhəbbəti


Həzrət Peyğəmbərin (S) Əshabından Olan Salman Farsi Bu Barədə Belə Deyir: “Peyğəmbərin (S), Oğlu Hüseyni Dizi Üstündə Oturdub Ona Belə Buyurdu: “Sən Imamsan, Imamın Oğlu Və Imamların Atasısan. Sənin Nəslindən Doqquz Imam Günyaya Gələcəkdir Ki, Onların Ən Axırıncısı Vəd Olunmuş Mehdidir”.

Peyğəmbərin (S) Hüseynə (Ə) Olan Sevgi Və Məhəbbətini Ən Yaxşı Şəkildə Ifadə Edən Cümləsi Budur: “Hüseyn Məndən, Mən Də Hüseyndənəm. Hər Kim Həsən Və Hüseyni Sevsə, Məni Sevib. Hər Kəs Onlarla Düşmənçilik Etsə, Mənimlə Düşmənçilik Edibdir”.


İmam Hüseyn (Ə) Müaviyənin Dövründə


Imam Həsən (Ə) Müaviyə Tərəfindən Şəhid Edildikdən Sonra Əlinin (Ə) 46 Yaşında Olan Ikinci Oğlu Imam Hüseyn (Ə) Xəlifəlik Və Imamət Məqamına Yetişmişdi. Imam Hüseyn (Ə) Çox Yaxşı Bilirdi Ki, Müsəlmanların Başına Gələn Bütün Bədbəxtliklər Müaviyə Tərəfindəndir Və Müaviyə Müxtəlif Hiylə Və Planlarla Islamın Əsaslarını Məhv Etmək Istəyir. Amma Müaviyə Özünü Xalqa Elə Göstərirdi Ki, Güya Islam Və Müsəlmanların Halına Yanan Yeganə Adamdır. Buna Görə Də Imam Hüseyn (Ə) Onunla Aşkar Şəkildə Mübarizə Apara Bilmirdi. Çünki Bilirdi Ki, Mübarizəyə Qalxarsa, Özünün Də Taleyi Qardaşının Taleyi Kimi Olacaq. Buna Görə Də Imam Hüseyn (Ə) Çalışırdı Ki, Xalqı Cəhalət Və Nadanlıq Yuxusundan Ayıldıb, Tədriclə Şüurlu Adamları Öz Tərəfinə Çəkərək Onlardan Islamın Mənafeyi Naminə Istifadə Etsin. Imam Hüseyn (Ə) Hələ Mömin Şəxslərin Tərbiyəsi Ilə Məşğul Ikən, Bəzən Müaviyənin Əleyhinə Də Danışırdı. Müaviyə Oğlu Yezid Xalqdan Beyət Aldığı Zaman, Imam Hüseyn (Ə) Bu Işə Qarşı Çıxıb Müaviyəyə Göndərdiyi Məktublar Vasitəsilə Onu Rüsvay Etmişdi. Həmin Məktublardan Bəziləri:


1. “Ey Peyğəmbər Xəlifəsi Olduğunu Iddia Edən Müaviyə! Sən Əzra Çölündə Hicr Ibn Ədiyyi Və Dostlarını Öldürmədinmi? Demək, Sən Qatil Və Günahkarsan, Səni Cəzalandırmaq Lazımdır Və Sənin, Ümmətin Rəhbəri Olmağa Haqqın Yoxdur”.

2. “Ey Müaviyə! Sən Illər Boyu Xalqın Arasında Atası Bəlli Olmayan Ziyadı Öz Qardaşın Və Əbu Sufyanın Haramzadə Oğlu Olaraq Tanıtmadınmı? Beləliklə Sən Öz Ailənin Təmiz Olmadığını Etiraf Edibsən. Buna Görə Də Sənin Islam Ümmətinə Rəhbərlik Etməyə Haqqın Yoxdur”.

3. “Ey Müaviyə! Sənin Çirkin Əməllərindən Biri Də Budur Ki, Yezid Adlı Səfeh Bir Cavan Oğlunu Xalqa Hakim Edib Onun Üçün Camaatdan Zorla Beyət Alırsan. Deməli, Sən Allahın Dinini Xarab Edib Müsəlmanları Oyuncaq Hesab Edirsən”.


Imam Hüseyn (Ə) Yezidin Qarşısında


Imam Hüseynin (Ə) Öz Sərt Çıxışları Və Məktubları Ilə Bəni Üməyyə Xalədanını Rüsvay Etməsinə Baxmayaraq, Müaviyə Ona Qarşı Heç Bir Tədbir Görmürdü. Müaviyənin Ölümündən Sonra Yezid Üzünü Islam Hökmdarı Elan Edib, Hakimiyyətini Möhkəmlətmək Üçün Böyük Şəxsiyyətlərə Məktub Göndərərək Onların Beyət Etməyə Çağırırdı. Buna Görə Də Mədinədəki Valisi Vəlidən Də Bir Məktub Yazıb Imam Hüseyndən (Ə) Beyət Almasını Vı Beyət Etmədiyi Dəqdirdə Öldürüb Başını Yezidə Göndərməsini Ondan Tələb Etmişdi. Müaviyə Dəfələrlə, Hətda Ölüm Yatağında Olarkən, Yezidə Hüseyn Ilə Işi Olmamasını Tövsiyə Etmişdir. Çünki Bu Işin Axırı Yaxşı Qurtarmayacaqdı. Amma Buna Baxmayaraq, Səfeh Və Xudbin Yezid Ona Edilən Nəsihətlərə Məhəl Qoymadan Hüseynə Qarşı Çıxdı.

Mədinə Valisi Imam Hüseynə (Ə) Məktubun Məzmununu Bildirdikdə Həzrət Buyurdu: “Mən Şəhid Olmağa Hazıram. Bu Murdar Yezidin Islama Rəhbər Və Hakim Olduğu Gün, Islamın Ruhuna Fatihə Oxumaq Lazımdır.” Imam Hüseyn (Ə) Bilirdi Ki, Qarşı Çıxdığı Üçün Daha Mıdinədə Qala Bilməyəcəkdir. Elə Buna Görə Də Həzrət (Ə) Və Əshabı Gecə Ilə

Mədinədən Məkkəyə Yola Düşdü. Hüseynin Bu Hicrəti Yezidə Beyət Etməyə Qarşı Bir Növ Etiraz Əlaməti Idi. Bu Iş Bütün Mədinəni Və Məkkəni Ayağa Qaldırdı.





Redaktə edən: Etalon, son redaktə tarixi: 26/7/2009, 00:24, cəmi 1 dəfə
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:06

Imamın Kufəyə Dəvət Olunması


Imam Hüseyn (Ə) Qiyamı Və Hicrət Etməsi Xəbəri Yezidin Hakimiyyəti Altında Olan Kufəyə Catdıqda, Hamı İmamı Kufəyə Dəvət Edib Onu Islam Və Müsəlmanların Xəlifəsi Məqamına Seçmək Qərarına Gəldilər. Onlar Müxtəlif Elçilər Vasitəsi Ilə Məkkəyə Məktublar Göndərərək Rəsmən İmamı Kufəyə Dəvət Edirdilər. Imam Kufəlilərin Vəfasız Olduğunu Bildiyi Və Onların Atası Və Qardaşına Vəfadar Qalmadığını Gördüyü Üçün Əmi Oğlusu Müslimi Ora Göndərdi Ki, Əhvalatı Yaxından Öyrənib, Məsləhət Bildiyi Təqdirdə İmamı Da Kufəyə Cağırsın. Müslim Kufəyə Yola Düşdü. Ora Çatdığı Vaxt, Xalq Onu Sevincə Qarşılayıb Məscidə Apardılar. Orada Minlərlə Adam Onunla Beyət Edərək Namaz Qıldılar. Müslim İmama Məktub Yazdı. Imam Zilhəccə Ayının 8-Nə Qədər Məkkədə Qalıb Camaatı Yezidə Qarşı Cıxmağa Dəvət Etdi Və Sonra İraqa Tərəf Hərəkət Etdi.

Bundan Xəbər Tutan Yezid Ən Murdar Yoldaşlarından Biri Olan İbn Ziyadı Tam Səlahiyyətlə Kufəyə Göndərdi. O, Kufə Xalqını Təhdid Edərək Onları Müslimdən Uzaqlaşdırdı. Müslim Carəsiz Qalıb Tək Başına Ziyadın Muzdurları Ilə Vuruşduqdan Sonra Qəhrəmanlıqla Şəhid Oldu. Bu Xəbəri İmama Verdikdə Həzrət Belə Buyurdu: “Müslim Allahın Rəhmətinə Qovuşdu. O, Öz Vəzifəsini Yerinə Yetirdi Və Bu Öhdəliyin Yerdə Qalan Yükünü Bizim Boynumuza Qoydu. Ümid Edirəm Ki, Tezliklə Bu Yükü Məqsədə Yetirə Biləcəyik”. Imam Hüseyn (Ə) Bu Qiyamdan Güddüyü Hədəfləri Belə Bəyan Etmişdir: “ Yezidin Hökumətini Rüsvay Etmək, “ Yaxşılığa Əmr Edib, Pislikdən Çəkindirmək” Üsulunu Bərpa Etmək Və Zülmə Qarşı Durmaq”.


Hüseyn (Ə) Və Əshabı Aşura Günündə


Imam Hüseyn (Ə) Aşura Günündə Bir Nur Kimi Parıldayaraq Öz Əshabına Qüvvət Və Ümid Verirdi. Həmin Imam Ki, Babası Onun Haqqında Belə Buyurmuşdur: “Hüseyn Hidayət Çırağı Və Ümmətin Qurtuluş Gəmisidir.”

Hüseyn (Ə) Fəryad Edirdi: “Ey Dünya Əhli! Bilin Ki, Müharibəni Mən Başlamadım Və Qılınca Birinci Mən Əl Atmadım. Cinayətkarlar Nəslindən Olan Yezid Adlı Bir Murdar Məni Iki Şeydən Birini Seçməyə Məcbur Etdi; Ya Qılınc Çəkib Dinimi Və Şərəfimi Müdafiə Etməli, Ya Da Zillət Və Alçaqlığa Boyun Əyməliydim. Amma Bilirsiniz Ki, Zillət Və Təslim Olmaq Bizdən Çox – Çox Uzaqdır. Mən Zalımlara Qarşı Döyüşmək Məcburiyyətindəyəm.”

Daha Sonra Həzrət Imam Hüseyn (Ə) Yezidin Əsgərlərinin Qarşısına Çıxıb Onlara Xitab Edərək: “Mənimlə Döyüşüb Məni Öldürməyiniz Din Və Dünyanızın Xeyrinə Deyildir. Əgər Müharibə Etmək Istəyirsinizsə, Yaxşı Olardı Ki, Bir Şura Təşkil Edib Orada Iştirak Edənlərdən Soruşasınız Ki, Kim “Peyğəmbərin Övladı Ilə Döyüşün” – Deyir Və Hansı Azğın Və Bədbəxt Məni Öldürməkdə Sizinlə Əməkdaşlıq Etməyə Hazırdır. Iraqın Valisi Mərcanənin Oğlu ( Ibn Ziyad) Murdar Və Iqtidar Dalınca Olan Bir Kişidir. O, Sizi Bədbəxt Etmək Istəyir. Mən Bilirəm Ki, Mənim Şəhadətimdən Sonra Peşman Olub Bir-Birinizi Qınayacaqsınız. Elə Buna Görə Də Müharibəyə Başlamazdan Əvvəl Görmək Istədiyiniz Işin Haqqında Düşünün. Bilin Ki, Mənim Arxamda Allah Durub Və Mən Heç Nədən Qorxmuram. Mən Babamdan Belə Buyurduğunu Eşitmişəm: “Dünya Kafirlərə Cənnət, Möminlərə Isə Zindandır.” Ölüm Bizim Üçün Şəhadət Başlanğıcı, Sizin Üçün Isə Bədbəxtliyin Əvvəlidir. Bu Dünya Ilə O Biri Dünya Arsında Bir Körpü Vardır Ki, O Da Ölümdür.

Əgər Siz Müharibə Etsəniz, Biz Də Öz Əshab Və Övladlarımızla Müdafiə Olunmağa Başlayacağıq. Əgər Qələbə Çalsaq, Bizim Üçün Təzə Bir Şey Deyildir; Əgər Öldürülsək, Dünya Bilir Ki, Biz Məğlub Olmamışıq.

Ay Yazıqlar! Biliici Adamlar Çalışırlar Ki, Yolu Azmamaq Üçün Özlərinə Bir Çıraq Tapsınlar. Mən Bu Ümmətin Çırağıyam. Siz Isə Öz Çırağınızı Söndürmək Istəyirsiniz. Kiminlə Döyüşdüyünüzü Bilirsinizmi? Siz Mənimlə Deyil, Allah Və Peyğəmbəri IləDöyüşürsünüz”.

Imam Hüseynin (Ə) Sözlərindən Sonra Düşmən Qoşununda Qarmaqarışıqlıq Yarandı. Müharibə Istəyənlər Gördülər Ki, Əgər Müharibəyə Başlamasalar, Hüseyn (Ə) Öz Sözləri Ilə Onların Ordusunu Hərəkətə Gətirib Bütün Planlarını Puça Çıxaracaqdır. Elə Buna Görə Də Müharibəni Başlamaq Əmrini Verdilər.

Hüseyn (Ə) Belə Fəryad Etdi: “Ey Mənim Böyük Və Dəyərli Əshabım! Qalxın, Döyüş Vaxtıdır!” Züheyr Və Həbib Kimi Əshabı Imamın Müharibə Əmrini Verdiyinə Sevindilər. Bəni Haşimin Ay Parçası Olan Əbülfəzlil – Abbas, Əli Əkbər, Qasim Və Başqaları Da Döyüş Üçün Hazırlaşdılar. Onlar Şir Kimi Düşmənin Qoşununa Hücum Edib Qarşılarına Çıxanları Cəhənnəmə Vasil Edirdilər. Ibn Şəhraşubun Yazdığına Görə, Təkcə Imam Hüseyn (Ə) Özü Təxminən Iki Min Düşmən Əsgərini Öldürmüşdü.

Fədakar Döyüşçülər, Ac Və Susuz Olmalarına Baxmayaraq, Elə Igidlik Və Qəhrəmanlıq Göstərirdilər Ki, Düşmən Əsgərlərinin Sərkərdəsi Olan İbn Səd Belə Bağırmaq Məcburiyyətində Qaldı: “Əgər Belə Döyüşəcəksinizsə, Hamınız Hüseyn Və Əshabının Qılıncı IləÖldürüləcəksiniz”.< /p>

Buna Görə Də Təxminən Dörd Min Nəfər Ox Atanlara Birdən Ox Atmalarını, Qılıncla Döyüşənlərə Birdən Yürüş Etmələrini Əmr Etdi. Müharibə Qızışdı. Imam Hüseynin (Ə)Əshabından Hər Biri Atdan Yerə Yıxılıb Şəhid Olanda Belə Deyirdi: “Pərvərdigara! Bu Fədakarlığımızı Bizdən Qəbul Elə!”

Allahın Salamı Pak Ruhunuza Olsun Ey Allahın Və Hüseynin Yolu Ilə Gedənlər, Ey Quran Yolunun Döyüşçüləri. Hüseynin (Ə) Özü Də, Bədənindən Qan Axmasına Baxmayaraq, Əllərini Göyə Qaldırıb Buyurdu: “Ey Mənim Ümid Və Arzularımız Qaynağı Olan Allah! Sənə Arxalanıb, Sənə Ümid Bəsləyirəm. Pərvərdigara! Bu Qurbanları Bizdən Qəbul Elə!”

Nəhayət, Şeyx Müfidin Yazdığına Görə, Hüseyn (Ə) Ilə Əshabı Hicri 61-Ci Ilin Məhərrəm Ayının Onu, Şənbə Günündə Şəhadət Şərbətini Içib, Gələcək Nəsillərə Şərəf Və Igidlik Dərsi Verdilər.


Kərbəla Qiyamında Kim Qələbə Çaldı


Bir Sıra Sadəlöv Adamların Aşura Günündə Yezidin Qələbə Çalıb, İmam Hüseynin Məğlub Olduğunu Güman Etməsinə Baxmayaraq, Tarixi Diqqətlə Araşdırdıqda Məlum Olur Ki, Əhvalat Bunun Əksinə İmiş. Çünki Qələbə İnsanın Diri Qalıb Düşməninin Ölməsi Demək Deyildir. Qələbə Bundan İbarətdir Ki, İnsanın Özü Ölsə Də Hədəf, Fikir Və İdeyaları Əbədi Olaraq Yaşasın. Məğlubiyyət İsə Döyüş Meydanında Həlak Olmaq Deyil, Fikir Və İdeyalarin Məhv Olmasidir. Aşura Qiyaminda Hüseyn (Ə) İlə Əshabi Şəhid Oldular, Uşaqlari Əsir Düşdü, Var – Dövlətləri Qarət Oldu, Lakin İmam Heseynin Hədəfi Diri Qaldi. Çünki Onun Hədəfi İslami Yaymaq Və Zülmün Qarşisini Almaq İdi.Şübhəsiz Hüseyn Öz Hədəfinə Çatdi. Tarx Boyu Milyonlarla İnsan Bu Etiqad Və Hədəfin Bayraqdarina Çevriliblər. Yezidin Hədəfi İsə Məhv Oldu.Şünki Onun Hədəfi Yalniz İmam Hüseyn Və Əshabini Öldürməkdən İbarət Deyildi , O, İslamı, İslam Peyğəmbərinin (S) Təlimlərini Aradan Aparmaq İstəyirdi Və Güman Edirdi Ki, İmam Hüseyni Öldürməklə, Uşaqlarını Əsir Etməklə Öz Hədəfini Təmin Edə Bilər. Lakin Bilmirdi Ki, Allah İslam, Quran Və Peyğəmbərin (S) Təlimlərinin Qoruyucusudur.Kərbəlafaciyəsindən Sonra İmam Hüseynin Qələbə Çalması Və Yezidin Meğlubiyyete Uğramasının Nişanələri Aşkar Oldu. Çünki Xalq Hüseynin Valislərini Getdikləri Hər Yerdə Sevgi İlə Qarşılayır, Onların Düşmənlərinə Lənət Göndərirdilər


avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:10





Mədinə şəhərində dünyaya gəlmişdir. O həzrət Əli(ə) və peyğəmbər qızı xanım Zəhra(s.ə)-nın ikinci övladı idi.
Hüseyn ibn Əli(ə) öz həyatı boyu şücaət azadlıq zülm və haqsızlığa qarşı mübarizədə məşhur olmuşdur.

İmam Hüseyn(ə)-ın həyat mərhələləri
Hüseyn ibn Əli(ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbər(s)-in yanında keçirmişdir. Peyğəmbər(s)-in vəfatından sonra otuz il atası Əli(ə)-la birgə yaşamış və Əli(ə)-ın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli(ə)-ın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli(ə)-la çiyin-çiyinə çalışmışdır. İmam Həsən(ə)-ın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn(ə)-ın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.
İmam Hüseyn(ə)-ın həyat mərhələlərinin sonuncusu? yə’ni? o həzrətin imamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da əsasən bu hissədən söhbət edəcəyik.

Hüseyn ibn Əli(ə)-ın imamətdən
qabaqkı mübarizələri
Hüsyen ibn Əli(ə) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün imam Hüseyn(ə) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki? Ömər mənbərdə oturmuşdur. Bunu görcək tez mənbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın mənbərindən aşağı düş və get öz atanın mənbərində otur.» Ömər özünü itirmiş halda dedi:«Mənim atamın mənbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Mənbərdən düşdükdən sonra İmam Hüseyn(ə)-ı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn(ə): «heç kim.» –deyə cavab verdi.
İmam Hüseyn(ə) Cəməl və Siffeyn döyüşlərində
İmam Hüseyn(ə) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O? atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.1
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseyn(ə)-ın öhdəsində idi.2 Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda? istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır.3 Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da imam Hüseyn(ə) Əli(ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.4
İmam Hüseyn(ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və imamı imam Həsən(ə)-la birgə olmuşdur. İmam Həsən(ə)-ın ordusu Şama tərəf hərəkət edəndə mübarizə meydanında imam Hüseyn(ə) imam Həsən(ə)-la çiyin-çiyinə olmuşdur. Müaviyə imam Həsən(ə)-a sülh təklifi etdikdə imam Həsən(ə) imam Hüseyn(ə) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.5 Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.6

İmam Hüseyn(ə)-ın imaməti dövründəki
siyasi-ictimai vəziyyət
Səqifədən7 başlayaraq İslamın əsl yolundan? həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət imam Hüseyn(ə)-ın dövründə artıq həddini aşıb daşmışdı.
O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də o? İslamın qatı düşməni olan Əməvilər sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As? Səmürə ibn Cündəb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdir. Müaviyə bir tərəfdən həqiqi müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridir? qırğın? qətl? əzab-əziyyət? onları aclıqda saxlamaqla hər hansı bir müxalifət hərəkatının qarşısını alır? digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir təhlükə yetişməsin deyə bu yolla onların gücünü zəiflədirdi. Başqa bir tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə yalançı hədislər söyləmək? Qur’anı öz xeyrinə təfsir etməklə camaatın hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır və öz hökumətinə şər’i və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət Müaviyənin siyasəti ilə həmfikir olan «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılması ilə əl-ələ verib cəmiyyətdə pis və acınacaqlı sonuclar yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mə’nəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki? müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda yenə də onlar qorxudan? xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Qur’an məntiqi və Peyğəmbər(s) tə’liminin əksinə olaraq qorxaq? zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər.
Müsəlmanların həyatının bu mərhələsinin tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi şahidləri ilə doludur.
Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri yol ilə müqayisə etdikdə bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı sonucları açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam ölkəsinin böyük şəhərlərinə? yə’ni? Mədinə? Məkkə? Kufə? Bəsrə? Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına? qətl və hədələmələrin sayının çoxalmasına? müsəlmanların öz hüquqlarından? gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Müaviyəyə itaət edirdi. Düzdür? arabir Hicr ibn Ədiyy? Əmr ibn Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə e’tirazları olurdu. Bu da göstərir ki? camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu e’tirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. Bu e’tirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür? məntəqədəki hərəkatı boğurdu? camaat isə heç bir əks tədbir görmürdü.

Müaviyənin dövründə inqilabın maneələri
Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla o vaxtda inqilab etməyə nə imkan var idi? nə də inqilabın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn(ə)-ın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.

avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:12

1-İmam Həsən(ə)-ın Müaviyə ilə sülh müqaviləsi
Əgər imam Hüseyn(ə) Müaviyənin dövründə inqilab etsəydi? Müaviyə imam Həsən(ə)-ın onunla bağladığı və imam Hüseyn(ə)-ın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib imam Hüseyn(ə)-ı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki? imam Həsən(ə) və imam Hüseyn(ə) nə qədər ki? Müaviyə sağdır? onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir inqilaba əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda imam Hüseyn(ə) inqilab etsəydi? Müaviyə imamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür? imam Hüseyn(ə) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad? könüllü və ixtiyari şəkildə deyil? məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli? belə bir müqaviləyə (baxmayaraq ki? əslində düzgün müqavilədir) imam Hüseyn(ə) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi? Müaviyə onunla imam Hüseyn(ə)-ın inqilabına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki? görək camaatın imam Hüseyn(ə)-ın inqilabı barədə fikri necədir?
Mə’lumdur ki? imam Hüseyn(ə)-ın dövründəki camaatda inqilab həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki? imam Hüseyn(ə) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub)? indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli? belə bir vaxtda əgər imam Hüseyn(ə) inqilab etsəydi? Müaviyə onun inqilabını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki? o dövrün camaatında inqilab həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.

2-Müaviyənin dini jesti
İmam Hüseyn(ə)-ın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki? camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək? nümunə qərar verir və fədakarlıq? qəhrəmanlıq meydanlarında onlardan ilham alır. Əgər imam Hüseyn(ə) Müaviyənin dövründə inqilab etsəydi? çox ehtimal ki? onun inqilabı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu? hoqqabazlığı? hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür? Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş? Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o? bunu da yaxşı bilirdi ki? camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o? həmişə çalışırdı ki? öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki? Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki? özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şö’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi:«Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O? bir tərəfdən Osmanın qisasını bəhanə edir? digər tərəfdən də Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan? imam Həsən(ə)-la sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən əgər imam Hüseyn(ə) onun dövründə inqilab etsəydi? Müaviyə asanlıqla İmam(ə)-ın inqilabını haqqın batilə qarşı inqilabı kimi yox? hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.


İmam Hüseyn(ə)-ın Müaviyənin hökumətinə qarşı mübarizələri

Qeyd etdiyimiz maneələrin heç biri İmam(ə)-ın Müaviyənin saysız-hesabsız bid’ətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu. İmam Hüseyn(ə) heç kəsin e’tiraz etməyə cür’əti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyənin zülmlərinə qarşı mübarizə aparırdı. İndi imam Hüseyn(ə)-ın Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:13

1-E’tirazlı məktublar və çıxışlar
İmam Hüseyn(ə)-ın Müaviyə ilə həmzaman olduğu on il imamət dövründə onunla Müaviyə arasında bir çox məktublar get-gəldə olmuşdur. Bu da imam Hüseyn(ə)-ın Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyin nişanəsidir. İmam(ə) Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır? tənqid edir və həmən işə öz e’tirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.

Yezidin vəliəhdliyinə qarşı mübarizə
Müaviyə Yezidi vəliəhd tə’yin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından? xüsusən də başda imam Hüseyn(ə) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün bey’ət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra imam Hüseyn(ə) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O? çalışırdı ki? onları bu işə razı salsın. İmam Hüseyn(ə) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:
«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən. Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki? öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki? elə bil camaat onun həyat sabiqəsini tanımır. Elə bil burada olmayan bir nəfərdən xəbər verirsən ki? camaat onu görməyib. Elə bil ki? onu ancaq sən tanıyırsan. Xeyr? Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz? quşbaz və keyf adamıdır. O? ömrünü çalmaq? oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy. Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki? Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq? düşüncəsizlik üzündən zülmlər etdin ki? artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki? sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»1

Müaviyənin imam Hüseyn(ə)-ın
inqilabından nigarançılığı
Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki? İraq və Hicazın nüfuzlu şəxsiyyətləri imam Hüseyn(ə)-ın yanına get-gəl edirlər.» Daha sonra bildirmişdir: «Mən inanmıram ki? o? inqilab etməsin.» Mərvan məktubda əlavə edib demişdir: «Bu haqda axtarış aparmışam. Əldə olan mə’lumata görə hələ onun inqilab etmək fikri yoxdur. Ancaq inanmıram ki? gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»
Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əli(ə)-a da bir məktub yazdı:
«Sənin gördüyün bə’zi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa? mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha? kim bir nəfərlə əhd bağlasa? gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa? sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən? müxalifətçiliklə? əgər pislik etsən? pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»1

İmam Hüseyn(ə)-ın Müaviyəyə
yazdığı tarixi cavab
İmam Hüseyn(ə) Müaviyənin məktubunun cavabında belə yazdı:
«Sənin məktubunu aldım. Yazmısan ki? mənim barəmdə sənə bə’zi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki? insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm? nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan? Allaha itaət edən insanlar idi. Onlar bid’ətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-mə’ruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən? keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
Təqvalı müsəlman? ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin dağlardan aşağı enərdilər.
(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər(s) buyurmuşdur: «Uşaq ataya bağlıdır? zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş e’lan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi? onları xurma ağaclarından asdı.
Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki? elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki? Ziyad sənə xəbər verdi ki? o? Əli(ə)-ın şiələrindəndir. Əli(ə)-ın dini elə əmisi oğlu Mühəmməd(s)-in dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı? sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə-yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki? deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki? deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Mühəmməd(s) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Mühəmməd(s) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bə’zi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə? bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki? məni Özü razı olan işə yönəltsin.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki? əgər sənə pislik etsəm? sən də mənə pislik edəcəksən? səninlə düşmənçilik etsəm? sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki? bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki? sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq? pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa? düşmənçilik et.
Ey Müaviyə! Allahdan qorx? bil ki? bütün günahların? istər böyük? istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki? Allah sənin törətdiyin cinayətləri? sırf güman nəticəsində camaatı qətlə yetirməyini? ittiham edərək onları tutub həbs etməyini? şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın)? öz dinini əlindən verdin və millətin hüququnu tapdadın.» İmam Hüseyn (ə)
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 00:15

Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Sevimli peyğəmbərimizin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşmüşdür.


Deyirlər vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı durdurmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 1400 il əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, Peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseyn olmuşdur.




"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi.

Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.

İmam "Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır" deyə buyurmuşdur.

Beləliklə, Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb etdi. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istədi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. Tarixçilərin verdiyi məlumatlara görə, bu qəbildən olan məktubların sayı on iki minə çatmışdı. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.

Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.

Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz idi və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşdü. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşitdi. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə topladı və onlara Mədinəyə qayıtmağı təklif etdi. İnsanların bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam etdi.

Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişdi. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istədi. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir. Qeyd etmək yerinə düşərdi ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi. İmam Hüseyn düşmən qoşununa su verərkən öz mənəviyyatı, insanlığı, Peyğəmbər övladının əxlaqına yaraşan bir hərəkət etdi. Çünki o, məsum bir şəxsiyyət idi və hər iki dünyada Rəbbinin razılığını qazanmaqdan başqa bir məqsədi yox idi. Suyun qarşısını kəsərək Peyğəmbər balalarını, İmamın səhabələrini susuz qoymaq isə zülmkarlara - Yezid qoşununa xas olan bir xüsusiyyət idi.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...

Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Ümumiyyətlə, İmam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane oldu. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək.

Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından Ne On Bir 26/7/2009, 00:17

Bayraminiz mubarek ey muselman xalqi...



____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 31
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından X_an Bir 26/7/2009, 14:24

Hamimizin bayrami mubarek
avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 31
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: İmam Hüseyn (ə) Mövludu

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.