Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Mart 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim


Ali məktəblər indi necə mühafizə olunur?

2 posters

Aşağa gitmek

Ali məktəblər indi necə mühafizə olunur? Empty Ali məktəblər indi necə mühafizə olunur?

Yeni mövzu tarafından Mr_SMITH 15/9/2009, 20:29

"Yeni tədris ilində bütün təhsil müəssisələri dövlətin vəsaiti hesabına mühafizə olunacaq. Biz dövlətin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələr qurmuşuq və dərs ili başlayan andan problem həllini tapacaq. Özəl və dövlət ali təhsil müəssisələri, orta məktəblər, eləcə də uşaq bağçaları mühafizə ediləcək”. Bu sözləri təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib.

Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən dəhşətli terror hadisəsindən sonra bütün təhsil müəssisələrində mühafizə xidmətinin gücləndirildiyi elan olunub.


Neft Akademiyasına müəllimlər də vəsiqə ilə buraxılır

Öncə faciə baş vermiş Azətbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına baş çəkdik. Binaya daxil olmaq cəhdimiz baş tutmadı. Çünki burda nəinki tələbələri, hətta müəllimləri də içəri vəsiqə ilə buraxırlar. Mülki geyimdə olan mühafizəçilər vəsiqə tələb edir, çantaları yoxlayırdılar. Mühafizə xidmətinin əməkdaşı Akifin sözlərinə görə, Neft Akademiyasının binasında kameralar da quraşdırılıb. O, ali məktəblər arasında ən ciddi mühafizə işinin məhz Neft Akademiyasında qurulmasının səbəbini məlum hadisə ilə əlaqələndirdi.

Mühafizə əməkdaşları 300 manat maaş alırlar

Növbəti ünvanımız Dövlət Dillər və Slavyan universitetləri oldu. Dərslər başlanmadığı üçün tələbə izdihamı müşahidə olunmurdu. Slavyan Universitetinin məzunu Orxan bizimlə söhbətdə dedi ki, onlarda mühafizə məsələsi həmişə nəzarətdə olub: “30 aprel faciəsindən sonra mühafizə bir qədər də gücləndirildi”. Slavyan Universitetinin mühafizə xidmətinin əməkdaşları bildirdilər ki, işlərinə məsuliyyətlə yanaşmaya bilməzlər: “Ayda 300 manat maaşı bizə elə-belə vermirlər ki...” Dövlət Dillər Universitetində də mühafizə xidməti gücləndirilib Hər iki ali təhsil müəssisəsində izləyici kameralar da yerləşdirilib.

Tibb Universitetində mühafizə xidməti yaradılıb

Mühafizə xidmətinin gücləndirildiyi təhsil ocaqları sırasında Tibb Universiteti (ATU) də var. Yeri gəlmişkən, ADNA-da baş verən olaya qədər ATU-da mühafizə xidməti olmayıb. İndi isə artıq universitetdə nəzarət gücləndirilib, mühafizə xidməti fəaliyyət göstəriri.
Dövlət İqtisad Universiteti də gücləndirilmiş mühafizə rejimində işləyir. Təhsil müəssisəsində bir neçə mühafizəçi çalışır. Onlar içəri girənlərdən tələbə və müəllim vəsiqəsi tələb edir, çantaları yoxlayırlar. Universitetin tələbələri də təsdir etdilər ki, binaya vəsiqəsiz daxil olmaq mümkün deyil.
Bakı Dövlət Universitetinə də mühafizə gücləndirilmiş iş rejiminə keçib, çantalar yoxlanılır, izləyici kameralardan istifadə olunur.

Özəl təhsil ocaqlarında

Özəl ali məktəblərdə də müşahidələr apardıq. Beynəlxalq, Kooperasiya, Qərb, Təfəkkür universitetlərinin giriş qapısında ciddi nəzarət var. Yeri gəlmişkən, məlum terror olayından sonra Beynəlxalq Universitetdə bir dəfə həyəcan yaşanıb. Belə ki, maliyyə-kredit fakültəsinin tələbəsi qaz tapançası ilə binaya daxil olaraq tələbələri qorxudub. On görə də bu müəssisədə mühafizə xidməti digərləri ilə müqayisədə daha ciddi işləyir. Sentyabrın 15-dək mühafizə ilə bağlı bir sıra yeniliklərin şahidi ola bilərik. Təhsil naziri M.Mərdanov belə deyib.
Mr_SMITH
Mr_SMITH
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 89

Təşəkkür sayı Təşəkkür sayı : 3
Ikizler Keçi
Erkek
Age : 32
Adres : our city
Məşguliyətim : telebe
Qeydiyyat tarixi : 15/09/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Ali məktəblər indi necə mühafizə olunur? Left_bar_bleue0/0Ali məktəblər indi necə mühafizə olunur? Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Ali məktəblər indi necə mühafizə olunur? Empty Geri: Ali məktəblər indi necə mühafizə olunur?

Yeni mövzu tarafından X_an 18/9/2009, 17:21

Sevindirici bir hal olsada dileyek ki bu sona kimi olsun bu cur muahfize.
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Ali məktəblər indi necə mühafizə olunur? Left_bar_bleue20/0Ali məktəblər indi necə mühafizə olunur? Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.