New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Dekabr 2018
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Takvim Takvim


Gədəbəy rayonu

Aşağa gitmek

01 Gədəbəy rayonu

Yeni mövzu tarafından X_an Bir 20/9/2009, 00:47

Gədəbəy

Məlumatlar
İqtisadi rayon: [[{{{İqtisadi rayon}}}]]
Ərazi: 1225 (km2)
Əhali: 92 000 nəfər (2008)[1].
Əhali sıxlığı: 63(1981) (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 21
Telefon kodu: 232
Poçt kodu (Mərkəzi PŞ): AZ 2100
Yaşayış məntəqələrinin sayı 1 şəhər tipli qəsəbə 111 kənd
İcra başçısı: [[]]
İnternet saytı: http://www.gedebey.com

http://www.gedabey.az/


Coğrafiyası

Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s. [2]

Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.

Çay şəbəkəsi sıxdır. Axınca və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkir çayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.

Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980).Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s.Quşlardan tetra, ular,qartal və s. var.

İri yaşayış məntəqələri

Şəhər tipli Gədəbəy qəsəbəsi, Söyüdlü, Slavyanka, Novosaratovka, Rüstəm Əliyev, Ağamalı kəndləridir.

İqtisadiyyat

Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur.

Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855-1956) Gədəbəy mis əritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.

Azərbaycanda ilk su elektrik stansiyasi 1980 ci ildə ve ilk 29 km lik demir yolu 1879 cu ildə bu rayonda tikilmişdir.

Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzərədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar.

Mədəniyyət

Rayonda 86 ümumtəhsil məktəbi(16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var.

Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var (1980).
Memarlıq abidələri
Memarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkir çayının ütstündə) Qız qalası (“Namərdqala” 9 cu əsr ) və Məhrəsə monastırı , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində qala ( 16 cı əsr), Böyük Qaramurad kəndində qala (1634) və Həmşivəng məbədi, Cəbətkeçməz kəndində üç körpü (19 cu əsr), və s. qalmışdır.

Birinci Qarabağ müharibəsi dövründə erməni isğalçıları bu rayona da daxil olmuşdular, lakin güclü müqavimətlə rastlaşan ermənilər rayon ərazisindən çıxarılmışlar.

Görkəmli Şəxslər
Köçərli Tofiq Qasim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki
Köçərli Firudin Qasim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki
Sadiqov Mirzə Hüseyn oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki
Əhmədov Qoşqar Teymur oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Rzayev Salman Qədimali oğlu - Nyu-York Elmlər Akademiyasının üzvü,fizika-riyaziyyat elmləri doktoru
Hüseynov Məhərrəm Məhəmməd oğlu - Dermatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar həkimi və əməkdar elm xadimi


avatar
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 32
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
20/0  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.