Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Mart 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim


Baki Biznes Universiteti

Aşağa gitmek

Baki Biznes Universiteti Empty Baki Biznes Universiteti

Yeni mövzu tarafından Mr_SMITH 26/9/2009, 20:28

Universitet haqqında

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmishdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində 12 ixtisas üzrə mütəxəssis hazırlığı müəyyən edilmişdir.

Bakı Biznes Universitetində tədris prosesi 12 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 10 kafedra tərəfindən aparılır.

Universitetdə iqtisadiyyat, hüquq və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə - bakalavr və magistr pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar.


İxtisasalar:
Biznesin təşkili və idarəedilməsi
Mühasibat uçotu və audit
Marketinq (sənaye üzrə)
Beynəlxalq iqtisadi münasibətlər
Maliyyə və kredit
Menecment (sənaye üzrə)
Gömrük işinin təşkili
Tərcümə (ingilis dili)
Beynəlxalq hüquq
İqtisadiyyatın hüquqi tənzimlənməsi
Dövlət və bələdiyyə idarəetməsi
Vergi işinin təşkili və idarəedilməsi

Bizim məzunlar müxtəlif sahələrdə - dövlət və özəl sektorlarda, həmçinin müstəqil biznes və xidmət sahələrində fəaliyyət göstərirlər.

Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında dərin nəzəri biliklərə və geniş praktik təcrübəyə malik, tanınmış professor-müəllim heyəti böyük əmək sərf edir.

Bakı Biznes Universitetinin zəngin kitabxanası vardır. Tələbələrimiz kitabxanada ixtisasları ilə bağlı işləməyi sevirlər. Burada saysız-hesabsız kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.

Universitetin müasir kompüter mərkəzi, linqafon kabinetləri, audio-video və digər müasir texnika ilə təchiz edilmiş ixtisas laboratoriyaları, idman kompleksi və akt zalı, müxtəlif tədris materiallarını çap etmək üçün mətbəəsi vardır. Universitetdə rübdə 1 dəfə 6-7 çap vərəqi həcmində "Audit " jurnalı nəşr edilir.

Tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün BBU-da Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Universitet biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edir.

Hüquqi əsaslar

Bakı Biznes Universiteti 1989-cu ildən başlayaraq respublikamızın bir qrup aparıcı iqtisadçı alimlərinin elmi axtarışları və tədqiqatları əsasında 1993-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının 13 mart 1993-cü il tarixli 7/3 saylı qərarı ilə rəsmi qeydiyyata alınmış və institut statusu ilə fəaliyyətə başlamışdır. O, universitet statusu ilə 11 oktyabr 1997-ci il tarixində Nazirlər Kabinetinin 204 saylı qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarına əsasən, Təhsil Nazirliyi Universitetə (xüsusi razılıq) lisenziya vermiş, bakalavr və magistratura pillələrində 12 ixtisas üzrə kadr hazırlığı aparılmasını tövsiyə etmişdir.



Ali idarəedici orqan - Elmi Şura haqqında

Bakı Biznes Universitetinin ali idarəedici orqani onun Elmi Şurasıdır. Universitetin Elmi Şurasının tərkibi Azərbaycan Respublikasının görkəmli alimləri və tanınmış pedaqoji mütəxəssislərindən təşkil edilmişdir. Elmi Şuranın iclaslarında əsasən Bakı Biznes Universitetində tədrisin yüksək təşkili, səmərəli idarə olunması və aparılması ilə əlaqədar mühüm məsələlər müzakirə edilir, məqsədyönlü, müvafiq qərarlar qəbul olunur və onların icrasına nəzarət işi həyata keçirilir.

Elmi Şurada həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, nəşr məsələləri, təşkilati məsələlər də müzakirə edilir və müvafiq qərarlar qəbul olunur. Elmi Şuranın iclaslarında təlim-tərbiyə işləri ilə yanaşı idman və digər kütləvi tədbirlərə də xüsusi diqqət yetirilir.
Mr_SMITH
Mr_SMITH
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 89

Təşəkkür sayı Təşəkkür sayı : 3
Ikizler Keçi
Erkek
Age : 32
Adres : our city
Məşguliyətim : telebe
Qeydiyyat tarixi : 15/09/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Baki Biznes Universiteti Left_bar_bleue0/0Baki Biznes Universiteti Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.