New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Dekabr 2017
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim


AZERBAYCAN KOOPERASIYA UNIVERSITETI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

01 AZERBAYCAN KOOPERASIYA UNIVERSITETI

Yeni mövzu tarafından Mr_SMITH Bir 27/9/2009, 18:45

Azərbaycan Kooperasiya Universiteti respublikanın ali təhsil sistemində mühüm yerlərdən birini tutur.
Son illərdə bizim universitetdə təhsil almaq istəyən abituriyentlərin sayı surətli templərlə artmaqdadır.
Hal-hazırda universitetdə təhsil alanların sayı 4000 nəfərdən artıqdır.Burada kadr hazırlığı bakalavr ,
magistr , aspirantura pilləsində iki dildə :-azərbaycan və rus dillərində aparılır.


40 ildən çox yaşı olan universitet çox çətin , lakin şərəfli yol keçmişdir. 1964-cü ildə SSRİ
Sentrosoyuzunun (SSRİ mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı) İdarə Heyətinin qərarına əsasən
Azərbaycanda Moskva Kooperativ institutunun Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin
dövrdə burada bütün Qafqaz respublikaları, Şimali Qafqaz və Orta Asiya vətəndaşları təhsil alırdılar.
Sonrakı dövrlərdə Bakı Tədris-Məsləhət Məntəqəsinin fəaliyyəti genişləndirilərək Moskva kooperativ
İnstitutunun Bakı filialına və nəhayət Azərbaycan Kooperasiya Universitetinə çevrilmişdir.
Universitetin məzunları arasında alimlər, millət vəkilləri, iş adamları, dövlət qulluğunun müxtəlif pillələrində
çalışan insanlar vardır.

Bazar iqtisadiyyatı və rəqabət şəraitində Azərbaycan Kooperasiya Universiteti öz nüfuzunu qoruyub saxlaya və inkişaf etdirə bilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, universitetin böyük uğurlara imza atmasında Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı mühüm rol oynamışdır. Azərbaycan Respublikası Prezidentinin 391 saylı 30 avqust 2000-ci il tarixli fərmanı universitetin gələcək fəaliyyət istiqamətlərini müəyyən etmiş və onun inkişafına böyük təkan vermişdir.

Bu gün Azərbaycan Kooperasiya Universiteti tanınmış, nüfüzlu təhsil, elm və mədəniyyət mərkəzlərindən biridir. Burada işgüzar kollektiv formalaşmışdır. Hal-hazırda universitetin əməkdaşlarının sayı 400 nəfərdən artıqdır ki, bunlardan 30 nəfər elmlər doktoru, 145 nəfər elmlər namizədidir. Universitetin məqsədi həyatda və əməkdə yüksək nailiyyətlər əldə etmək üçün gənc nəslə fundamental elmi biliklər verməkdir. Sərbəst düşüncəli , təşəbbüskar, qətiyyətli, yeniliklərə can atan, mənəvi cəhətdən yetkin, vətənpərvər, öz dünya görüşünə görə beynəlminəl mütəxəssislər yetişdirmək ücün universitetin daim müasirləşən maddi texniki bazası və kadr potensialı vardır.

AKU-da

beynəlxalq iqtisadi münasibətlər,
ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi, gömrük işinin təşkili,
mühasibat uçotu və audit,
maliyyə və kredit,
iqtisadiyyatın hüquqi tənzimlənməsi,
marketinq,
beynəlxalq ticarət,
xarici dil (ingilis dili),
coğrafiya,
riyaziyyat və informatika,
vergi işinin təşkili,
dövlət və bələdiyyə idarəetməsi,
menecment,
kommersiya,
turizm və sosial sferada mədəni servis,
ekologiya və təbiətdən istifadə,
istehlak mallarının keyfiyyət ekspertizası,
standartlaşdırma və sertifikasiya,
ərzaq və qeyri-ərzaq məhsullarının əmtəəşünaslığı
kimi ixtisaslar üzrə ali təhsilli kadr hazırlanır.

Universitetdə magistratura və aspirantura fəaliyyət göstərir, «Kooperasiya» elmi məcmuə və «Kooperasiya-Bizim qəzet»i nəşr olunur, tibb məntəqəsi, kitabxana, oxu zalı, kompyüter texnologiyası, laboratoriyaları, akt zalı, mətbəə, istehlak kooperasiya muzeyi, yeməkxana, idman zalı və s. malikdir.

Universitet MDB ölkələri Kooperasiya Ali məktəb rektorları Şurasının üzvüdür, Türkiyə, Rusiya, Ukrayna, Moldova və digər ali təhsil müəssisələri elmi-texniki əməkdaşlıq edir tələbə və müəllim mübadiləsi aparır.

Bu gün universitet inkişaf və tərəqqi dövrünü yaşayır. Respublika Prezidenti İlham Əliyevin etimadını layiqincə yerinə yetirmək əzmində olan universitetin kollektivi öz gücünə inanır və sabaha böyük inamla addımlayır.
Fikirlərinizi bildirin!
avatar
Mr_SMITH
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 89

Təşəkkür sayı Təşəkkür sayı : 3
Ikizler Keçi
Erkek
Age : 26
Adres : our city
Məşguliyətim : telebe
Qeydiyyat tarixi : 15/09/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.