Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
Similar topics
    En son konular
    » Xoş Gəlmisiniz.
    tarafından Ne On 20/8/2013, 16:28

    » Qadinlar agillidir yoxsa kisiler?
    tarafından Navigator 6/5/2012, 21:40

    » Dostlar ucun Darixan varmi ?
    tarafından New Azeri 25/4/2012, 15:57

    » Sirac Təbrik edirik Səni
    tarafından Navigator 23/1/2012, 18:25

    » Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
    tarafından Navigator 31/12/2011, 09:51

    » Evli insan seve biler?
    tarafından Navigator 31/12/2011, 09:47

    » XeYaNeT
    tarafından mehriban 29/10/2011, 11:11

    » "Eourovision 2012"
    tarafından Navigator 12/8/2011, 10:21

    » Poçt indeksləri
    tarafından Navigator 10/8/2011, 23:44

    » Forumun nəaliyyətləri
    tarafından Navigator 9/8/2011, 23:47

    » Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
    tarafından Ne On 25/5/2011, 18:48

    » Yeni Dizayn
    tarafından Ne On 28/1/2011, 20:44

    » qadin ve kisi huquqlari beraberdirrr
    tarafından Navigator 25/1/2011, 12:45

    Forum saatı

    new azeri
    http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
    Aprel 2024
    B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930     

    Takvim Takvim


    Vərəm xəstəliyi

    3 posters

    Aşağa gitmek

    Vərəm xəstəliyi Empty Vərəm xəstəliyi

    Yeni mövzu tarafından X_an 20/9/2009, 00:57

    "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
    AZƏRBAYCAN RESPUBLİKASINDA VƏRƏMLƏ MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    Bu Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

    I FƏSİL ÜMUMİ MÜDDƏALAR

    Maddə 1. Vərəmlə mübarizə tədbirləri və onların həyata keçirilmə prinsipləri

    Azərbaycan Respublikasında vərəmlə mübarizə tədbirləri (sanitariya-sağlamlıq və əksepidemik tədbirlər, müayinə, diaqnostika, müalicə, profilaktika və reabilitasiya) bu Qanımla və digər müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır. Azərbaycan Respublikasında vərəm əleyhinə tibb müəssisə-sinə tibbi yardım üçün müraciət edən əcnəbilərin müayinə və müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

    Maddə 2. Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

    Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının digər qanunvericilik aktları və-rəmlə mübarizə sahəsində vətəndaşların bu Qanunda nəzərdə tutulan hüquqlarmı məhdudlaşdıra bilməz.

    Maddə 3. Qanunun tətbiq sahəsi

    Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir.

    II FƏSİL VƏRƏM ƏLEYHİNƏ DÖVLƏT TƏMİNATLI YARDIMIN VƏ SOSİAL MÜDAFİƏNİN NÖVLƏRİ

    Maddə 4. Vərəm əleyhinə dövlət təminatlı yardım tədbirləri

    Vərəm əleyhinə yardım:

    vərəm əleyhinə ambulatoriya, stasionar və sanatoriya yardımı göstərən müəssisələrin yaradılması;

    vərəm əleyhinə stasionar müəssisələrdə və sanatoriyalarda vərəm xəstəliyindən müalicə olunan uşaqların ümumi təhsilinin təşkili; vərəm əleyhinə dispanserlərdə əmək terapiyasının təşkili;

    vərəm xəstəliyinə tutulmuş şəxslərin (xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində olan işçilərin və əlillərin) işə təmin olunması üçün yüngül iş şəraiti olan müəssisələrin yaradılması;

    dövlət müəssisə, idarə və təşkilatlarında vərəm xəstəliyinə tutulmuş əlillər üçün mütləq iş yeri kvotalarının müəyyən edilmə-si;

    sosial əlaqələrini itirmiş və vərəmin yoluxucu xroniki formalarına tutulmuş şəxsləri tam dövlət təminatında saxlamaq üçün xüsusi tibb müəssisələrinin (internat-xəstəxanaların və s.) yaradılması;

    vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.

    Dövlət vərəm əleyhinə yardım məqsədi ilə aşağıdakılara təminat verir:

    Azərbaycan Respublikası ərazisində «Verəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram»m qəbul edil-məsinə və həyata keçirilməsinə; vərəm əleyhinə təxirəsalınmaz yardıma;

    vərəmlə əlaqədar ekspertizaların aparılmasına;

    sosial-məişət yardımına, o cümlədən birinci növbədə vərəmin yoluxucu formasına tutulmuş xəstələrə təcrid olunmuş yaşayış sahəsinin verilməsinə, vərəmdən və onun nəticələrindən əziyyət çəkən şəxslərin işlə təmin olunmasına;

    Vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına;

    azadlıqdan məhrumetmə yerlərində cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə;

    vərəm xəstəliyi ilə əlaqədar əlil olmuş şəxslərə iş yeri ayıran dövlət idarə, müəssisə və təşkilatlan üçün vergi güzəştlərinin müəyyən edilməsinə;

    vərəmlə xəstələnmiş şəxslərə tibbi yardım göstərilərkən on-ların sağlamlığına dəymiş zərərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə.

    Maddə 5. Vərəm əleyhinə yardım göstərən hüquqi və fiziki şəxslər

    Vərəm əleyhinə yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq əsasında fəaliyyət göstərən həkim-ftiziatrlar və bu növ yardım üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq alan ixtisaslaşdırılmış dövlət, bələdiyyə və özəl tibb müəssisələri tərəfindən göstərilir. Mülkiyyət formasından asılı olmayaraq, vərəm əleyhinə bütün tibb müəssisələrində xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

    Maddə 6. Vərəm əleyhinə yardımın növləri və onun göstərilməsi qaydaları

    Vərəm əleyhinə yardımın növləri tibb müəssisəsinin nizamnaməsində və ya qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıqda göstərilir. Bu barədə xəstəyə məlumat verilməlidir. Vərəm əleyhinə ambulatoriya-poliklinika yardımı, profilaktik və əksepidemik yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya tədbirləri (o cümlədən sanatoriya şəraitində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

    Maddə 7. Vərəm əleyhinə ambulatoriya yardımının növləri

    Vərəm əleyhinə ambulatoriya yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müalicə-diaqnostika yardımı və dispanser nəzarəti formasında həyata keçirilir. Vərəm xəstəliyinə tutulmuş şəxsə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, yetkinlik yaşına çatmamış şəxslərə isə valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti əsasında həkim-ftiziatr tərəfindən göstərilir. Vərəm xəstəliyinə tutulmuş şəxsin dispanser müşahidəsi onun razılığından asılı olmayaraq aparılır və sahə həkim-ftiziatrı tərəfindən vərəm prosesinin vəziyyətinə müntəzəm nəzarəti, həmin şəxsə lazımi tibbi və sosial yardımı əhatə edir. Məcburi dispanser müşahidəsi vərəmlə yüksək xəstələnmə riski olan şəxslərə də şamil edilir.

    Maddə 8. Vərəm əleyhinə stasionar yardımı

    Vərəm xəstəliyinə tutulmuş və vərəm çöplərinin ifrazedicisi olan xəstələr məcburi hospitalizasiya olunur. Vərəmlə xəstələnməyə şübhəli şəxslərin və ətrafdakılar üçün təhlükə törətməyən vərəmli xəstələrin hospitalizasiyası tibbi göstərişlər əsasında həyata keçirilir.

    Hospitalizasiyanın vacibliyi aşağıdakılarla müəyyənləşdirilir:

    xəstənin həyatı və ətrafdakılar üçün bilavasitə təhlükə yarandıqda;

    ümumi vəziyyətinin ağırlaşması nəticəsində xəstənin sağlam-lığı xeyli pisləşdikdə;

    şəxs xəstəliyin ağırlığı ilə əlaqədar əsas həyati tələbatlarını müstəqil yerinə yetirə bilmədikdə.

    Ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yara-dan vərəmli xəstələr hospitalizasiyadan imtina etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məcburi hospitalizasiya olunurlar. Azaldıqdan məhrum etmə yerlərində cəza çəkən və bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstə məhkumlar digər məhkumlardan ayrı saxlanılır. Azaldıqdan məhrum etmə yerlərindən azad edilmiş və ya hərbi xidmətdən tərxis olunmuş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata almırlar.

    Maddə 9. Həkim-ftiziatrların, vərəm əleyhinə yardım göstərən digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları

    Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər üçün təminat və imtiyazlar qanunvericiliklə müəyyən edilir. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin əlavə əmək haqları və icbari sığortası qanunvericiliklə müəyyən olunur. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.

    III FƏSİL VƏRƏM ƏLEYHİNƏ TƏDBİRLƏRİN TƏŞKİLİ, HÜQUQ TƏNZİMLƏNMƏSİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ

    Maddə 10. Vərəm əleyhinə tədbirlərin təşkili

    Azərbaycan Respublikasında vərəm əleyhinə tədbirlər müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri üçün vərəm əleyhinə tədbirlərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarları məcburidir. Vərəm əleyhinə yardımın təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uzunmüddətli kompleks proqramlar əsasında təmin edilir. Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

    Maddə 11. Vərəmlə mübarizə sahəsində qeydiyyat və uçot

    Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanlarına dərhal məlumat verilməlidir. Patoloji-anatomik yarma zamanı şəxsin sağlığında vərəm xəstəliyinə tutulması müəyyən olunarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilməlidir.

    Maddə 12. Vərəm əleyhinə tədbirlərin maliyyələşdirilməsi

    Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

    IV FƏSİL ƏHALİNİN VƏRƏMDƏN MÜHAFİZƏSİ. VƏRƏM XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

    Maddə 13. Əhalinin vərəmdən mühafizəsi

    Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin iş-ləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu peşə və vəzifələr üzrə işə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə ətrafdakıları yoluxdurmaq təhlükəsi olan şəxslər müəyyən olunmuş ardıcıllıqla, məcburi rentgen-flüoroqrafiya müayinəsindən keçirilirlər. Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizasiya olunmalıdırlar. Bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstələr fərdi yaşayış sahəsi ilə təmin edilirlər. Vərəm mikrobakteriyaları ifrazedicisi kimi növbədənkənar və ya ilk növbədə mənzil almış şəxslərin qazanc məqsədi ilə mən-zillərini satmalarına, kirayəyə vermələrinə, başqa məqsədlərlə istifadə etmələrinə və ya daha pis şəraitli mənzillərə dəyişdirmələrinə yol verilmir. Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün xüsusi xəstəxana-internat təşkil olunur və xəstələrin bu müəssisələrə göndərilməsi və qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Maddə 14. Vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquqları

    Vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər. Vərəm xəstəliyinə tutulmuş şəxslər onlara vərəm əleyhinə yardım göstərilərkən, aşağıdakı hüquqlara malikdirlər:

    vərəm əleyhinə yardım sahəsində hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları haqqında ətraflı məlumat almaq;

    tibbi göstərişlər əsasında ambulator, stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım almaq;

    vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərin əmək qabiliyyətinin itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla, 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə vərəq almaq.

    Əmək qabiliyyətini vərəm xəstəliyi ilə əlaqədar itirdikdə, iş stajından asılı olmayaraq, əmək haqqı 100% həcmində ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılması və ya əmək qabiliyyətinin tam itirilməsinin müəyyənləşdirilməsi məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müalicə müddətində müavinət verilir. Müavinətin verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vərəmlə xəstələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin iş yerləri və tutduqları vəzifələr 12 ay müddətində saxlanılır. Vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir. Xəstəyə vərəm əleyhinə tibb müəssisəsinə yerləşdirilməsinin səbəbi, məqsədi və stasionarın daxili qaydaları barədə məlumat verilməlidir. Vərəm əleyhinə tibb müəssisəsində müayinə və müalicə olunan xəstə 16 yaşına çatmayıbsa, stasionar müalicə şəraitində qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil almaq hüququna malikdir.

    Maddə 15. Vərəm xəstəliyinə tutulmuş şəxslərin vəzifələri

    Vərəm xəstəliyinə tutulmuş şəxslər: sahə həkim-ftiziatrının müəyyən etdiyi bütün müalicə-sağlamlaşdırıcı tədbirlərə və bu qrup xəstələr üçün müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə əməl etməli; həkimin çağırışı əsasında ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsinə gəlməli; daimi yaşayış yerini dəyişdikdə, 10 gün müddətində ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyatdan keçməlidirlər.

    Maddə 16. Vərəm əleyhinƏ yardımın göstərilməsi ilə əlaqədar şikayətin verilməsi qaydası

    Vərəm əleyhinə yardım göstərilərkən vətəndaşların hüquq və maraqlarını məhdudlaşdıran hərəkətlərdən (xəstəlik vərəqəsi müddətinin düzgün təyin olunmaması, ambulator müalicə zamanı pulsuz dərman preparatlarının verilməməsi, xəstəyə stasionar və sanatoriya yardımının göstərilməsindən və müalicə ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsindən imtina edilməsi və s.) şikayətlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada baxılır.

    Maddə 17. Bu Qanunun pozulmasına görə məsuLiyyət

    Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Maddə 18. Beynəlxalq əməkdaşlıq

    Vərəmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

    Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 2 may 2000-ci il
    AZƏRBAYCANDA və DÜNYADA VƏRƏM XƏSTƏLİYİ YAYILMAQDADIR


    __________________________________________________________________________________________________
    Dünyanın 81 ölkəsində 90 mindən artıq vərəmli pasiyentlərin müşahidəsi çərçivəsində DST dərmanlara tab gətirən vərəm xəstəliyinin gözlənildiyindən daha çox hallarda baş verdiyi qənaətinə gəlib.

    Təhqiqat eləcə də göstərib ki, 45 ölkədə sözü gedən vərəm xəstəliyi halları müalicə olunmaz səviyyədir. Cenevrədən BBC müxbiri İmogen Fouksun xəbər verir ki, dərmanlara müqavimətli vərəm xəstəliyi hallarının bu dərəcədə yüksək səviyyəsi DST gözlənilməz olub.

    Bu xəstəlik daha çox keçmiş Sovet respublikalarında yayılıb - xüsusən Azərbaycanda. Misal üçün dərmanlara müqavimətli yeni vərəm xəstəlik hallarının 25 faizi məhz paytaxt Bakının payına düşüb.Vərəmli xəstələr standart 6 ayulıq müalicə kursu keçmədiyindən 2 il ərzində daha bahalı və daha toksik dərmanları qəbul etmək məcburiyyəti qarşısında qalırlar.

    Hesabatda dərmanlara müqavimətli vərəm xəstəliyinin 45 ölkədə yayıldığı qeyd olunur. Bir çox Afrika ölkəsində diaqnostik avandanlığın olmaması ucbatından bu sahədə dəqiq rəqəmlər məlum deyil.

    Təkcə 2006 ildə 9 milyon yeni vərəm xəstəliyi halları qeydə alınmışdı - və 1.7 milyon hallarda xəstəlik ölümlə nəticələnmişdi. Hesabata görə, vərəm xəstəliyi təkcə yoxsul ölkələrin bəlası deyil. Beləki, misal üçün, Londonun Şərq hissəsində vərəm xəstəliyinin səviyyəsi bəzi inkişaf edən ölkələrdəki səviyyəni hətta üstələyir də.



    Dr.Məharət RZAYEV


    VƏRƏM XƏSTƏLЭYЭ


    GЭRЭЮ


    Vərəm xəstəliyinin tцrədicisi Mycobacterium tuberculosis-dir.

    Vərəm xəstəliyi ən зox aрciyərlərlə gцrьlməklə birlikdə bьtьn orqanlarda ola bilər. Mьalicəsi yarэmзэq qoyulsa və ya mьalicə olunmasa цlьmə səbəb olur.

    Vərəm xəstəliyi mьalicə oluna bilən bir xəstəlikdir. Vaxtinda və uyрun mьalicə ilə xəstələr 100% saрala bilərlər.

    DЬNYADA VƏRƏM XƏSTƏLЭYЭNЭN VƏZЭYYƏTЭ


    Dьnyanэn hər yerində vərəm xəstəliyi vardэr. Dьnyada hər il 8,4 milyon insan bu xəstəliyə yoluxur, və xəstələnənlərin 2 milyonu bu xəstəlikdən цlьr. Dьnyadakэ bьtьn xəstəliklərin 2,6%-ini, qarюэsэ alэna bilən xəstəliklərdən 26%-ini vərəm xəstələri təюkil edir. Ьmumdьnya Səhiyyə Təюkilatэ vərəm xəstəliyi ьзьn “fцvqəladə vəziyyət” elan etmiюdir. Зьnki dьnyada vərəm xəstələrinin sayэ ildən ilə arttэr.

    Dьnyada vərəm xəstəliyi ən зox Cənub-Юərqi Asiya və Afrikadadэr. Hər il Hindistanda 1,8 milyon, Зində 1,3 milyon, Эndoneziyada 590.000, Nigeriyada 327.000, Banqladeюdə 306.000 yeni xəstə ortaya зэxэr. Dьnyadakэ vərəm xəstələrinin təxminən 80%-i 22 цlkədə yaюayэr.


    VƏRƏMЭN YOLUXMA YOLU


    Vərəm xəstəliyinin infeksiya mənbəyi mьalicə olunmamэю aktiv aрciyər və qэrtlaq vərəmi olan xəstələrdir. Yoluxma юəkli isə hava yoludur. Xəstələr mikrobu цksьrьk, aqsэrэq, danэюэq zamanэ ətrafa yayэrlar. Və saрlam insanlar bu mikroblu havayla tənəffьs edərək xəstəliyə yoluxurlar.

    Kьзədə, avtobusda, yeməkxanada цskьrən bir xəstədən yoluxma ehtimalэ зox azdэr daha зox yoluxma vərəm xəstələri ilə uzun mьddət eyni evdə yaюamaq, eyni otaqda iюləməklədir.

    Зəngəl, qaюэq, boюqb, stəkan, geyim kimi əюyalarla yoluxma ehtimalэ yoxdur.


    "VƏRƏM ЭNFEKSЭYASI"


    Vərəm mikrobu orqanizmə daxil olduqdan sonra aylarla, illərlə xəstəlik tцrətmədən orada yaюaya bilər. Эnsanэn mьhafizə sistemləri tцrədicini passiv bir юəkildə saxlayэrlar. Orqanizmin immun sistemi gьclьdьrsə xəstəlik tцrədicisi olsa belə xəstəlik olmaz. Bu insanlarda tuberkulin (PPD) testi mьsbət ola bilər. Bu vəziyyətə “vərəm infeksiyasэ” deyilir.


    VƏRƏM XƏSTƏLЭYЭ


    Orqanizmdəki vərəm mikroblarэ aktiv hala gələrək xəstəliyə səbəb olurlər. Vərəm xəstəliyi ən зox aрciyərlərdə olur. Xəstəlik olma ehtimalэ olan digər orqanlar isə limfa dьyьnləri, plevra, sьmьklər, bцyrəklər, beyin qiюasэdэr. Xəstələnən orqanlarda юiddətli bir iltihab olur. Orqanlarэn iю rejimi pozulur.

    Xəstəliyin gizli dцvrь fərqli ola bilər. Orqanizmin immun sisteminin gьlcь və ya zəif olmasэ inkubasiya mьddətini artэrэb-azalda bilər. Mikrobla infektə olanlarэn sadece 10%-i bu bu xəstəliklə xəstələnirlər.
    Xəstəliyin ortaya зэxmasэnэ sьrətləndirən və immun sistemi zəiflədə xəstəliklər və amillər vardэr. Bunlardan ən təhlьkəlisi QЭЗS-dir (AЭDS, SPЭD). Bundan baюqa юəkər xəstəliyi, bцyrək xəstəliyi, bəzi xərзənglər, uyuюdurucu istifadəsi, alkoqolizm, siqaret зəkmək və s. Kimi amillər xəstəliyin ortaya зэxmasэna kцmək edir.


    VƏRƏM DİAQNOZU.


    Vərəm xəstəliyinə diaqnoz tərləmədə mikrobun gцrьlməsi ilə qoyulur. Xəstələrdə bu юikayətlər ola bilər:
    iki həftədən зox davam edən цksьrьk,
    hərarət, gecə tərləməsi,
    Sinə aрrэlarэ,
    iюtahsэzlэq,
    arэqlama, uюaqlarda kilosunu almama da ola bilər.
    halsэzlэq
    qan tьpьrmə

    Юikayətlər zəif baюlayэr və yavaю-yavaю artэr. Buna gцrə də xəstələr həkimə getməyə gecikirlər. Bəzən siqaretə baрlэ olaraq bu юikayətlərin ortaya зэxdэрэnэ dьюьnьrlər. Bu səbəblə də xəstəliyin mьalicəsinə gec baюlanэlэr. Amma zamanэnda mьalicəyə baюlanэlarsa mьalicəsi daha asan olmaqdadэr.

    MЬALЭCƏ

    Mikroblarэ təsirli bir юəkildə цldьrmək ьзьn mьalicədə 4 dərman istifadə edilir. Mьalicə mьdəti ən az altэ aydэr. Bəzi xьsusi hallarda həkiminiz mьalicə mьddətini uzada bilər.

    Эstirahət, xьsusi qidalanma, iqlim və stres kimi amillərin vərəmin mьalicəsində зox əhəmiyyəti yoxdur. Ancaq mьalicə olunmaq ьзьn dərmanlarэ vaxtэnda və ara vermədən almaq lazэmdэr.
    X_an
    X_an
    Vip-Qrup
    Vip-Qrup

    İsmarıc sayı İsmarıc sayı : 595

    Təşəkkür sayı Təşəkkür sayı : 424
    Oğlak Manda
    Erkek
    Age : 38
    Adres : Azərbaycan
    Məşguliyətim : Muellim
    Qeydiyyat tarixi : 09/02/09

    Cərimə Göstəricisi
    Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
    Vərəm xəstəliyi Left_bar_bleue20/0Vərəm xəstəliyi Empty_bar_bleue  (20/0)

    Əvvələ qayıt Aşağa gitmek

    Vərəm xəstəliyi Empty Geri: Vərəm xəstəliyi

    Yeni mövzu tarafından Ne On 20/9/2009, 10:13

    "VƏRƏM ЭNFEKSЭYASI"

    Bunu bidene tercume eleyersen Very Happy
    Ne On
    Ne On
    Moderator
    Moderator

    İsmarıc sayı İsmarıc sayı : 812

    Təşəkkür sayı Təşəkkür sayı : 129
    Koç Kaplan
    Erkek
    Age : 38
    Adres : NoWhere
    Məşguliyətim : Everythink
    Humor : Komp
    Qeydiyyat tarixi : 09/02/09

    Əvvələ qayıt Aşağa gitmek

    Vərəm xəstəliyi Empty Geri: Vərəm xəstəliyi

    Yeni mövzu tarafından X_an 20/9/2009, 10:33

    Ne On yazıb:
    "VƏRƏM ЭNFEKSЭYASI"

    Bunu bidene tercume eleyersen Vərəm xəstəliyi 91080

    Vərəm İnfeksiyası
    X_an
    X_an
    Vip-Qrup
    Vip-Qrup

    İsmarıc sayı İsmarıc sayı : 595

    Təşəkkür sayı Təşəkkür sayı : 424
    Oğlak Manda
    Erkek
    Age : 38
    Adres : Azərbaycan
    Məşguliyətim : Muellim
    Qeydiyyat tarixi : 09/02/09

    Cərimə Göstəricisi
    Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
    Vərəm xəstəliyi Left_bar_bleue20/0Vərəm xəstəliyi Empty_bar_bleue  (20/0)

    Əvvələ qayıt Aşağa gitmek

    Vərəm xəstəliyi Empty Geri: Vərəm xəstəliyi

    Yeni mövzu tarafından sad_angel 2/1/2010, 21:15

    Verdiyiniz melumata gore tesekkur edirem.
    sad_angel
    sad_angel
    Aktiv user
    Aktiv user

    İsmarıc sayı İsmarıc sayı : 120

    Təşəkkür sayı Təşəkkür sayı : 21
    Yay Manda
    Kadın
    Age : 38
    Adres : Baki
    Məşguliyətim : FQ
    Qeydiyyat tarixi : 02/01/10

    Əvvələ qayıt Aşağa gitmek

    Vərəm xəstəliyi Empty Geri: Vərəm xəstəliyi

    Yeni mövzu tarafından Sponsored content


    Sponsored content


    Əvvələ qayıt Aşağa gitmek

    Əvvələ qayıt

    - Similar topics

     
    Bu forumun müsaadesi var:
    Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.