New Azeri.


Siz hal hazirda qonağ kimi daxil olmusunuz.
Forumdan tam istifadə etməkçün zəhmət olmasa qeydiyyatdan keçin !





Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Sentyabr 2017
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Takvim Takvim


8 mart-Beynalxalq qadinlar gunudur!

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

01 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından Mr_SMITH Bir 3/3/2010, 18:15

Beynəlxalq Qadınlar Günü - 8 Mart - ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. Bu gün SSRİ-nin keçmiş respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada martın 8-i qeyri-iş günü sayılır. Hətta BMT 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb. Yaranma tarixi ardinda>>>> Tarixi 1932-ci ildə SSRİ-də Beynəlxalq Qadınlar Günü bayramı münasibəti ilə nəşr edilən təbliğat plakatı. Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üctə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir. Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür. Beynəlxalq Qadınlar Günü Azərbaycanda 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri qadındır. Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini, ali və apellyasiya məhkəmələrinin sədrləri də qadınlardır. Amma çox təəssüflər olsun ki, bu gün biz bu göstəricilərə işğal olunmuş torpaqlarmızdan əsir götürülən qadınlarımızın siyahısını da əlavə etməli oluruq. Rəsmi məlumata görə, erməni əsirliyində 233 azərbaycanlı qadın, 71 uşaq var. Bəlkə də elə bu səbəbdəndir qadınlarmız 8 Martı əvvəlki təntənə ilə qeyd edə bilmirlər. Analar günü Amma dünyanın bir çox ölklərində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
Dunyada qeyd olunan ferqli tarixli qadinlar gunu:
1 mart – Rəngli qadınların bayramı (Amerika); 3 mart – Qızların bayramı (Yaponiya); 8 mart – Beynəlxalq Qadınlar günü; 21 mart – Analar günü (Misir, İordaniya, Livan, Suriya); 26 mart – Anaların bazar günü (Böyük Britaniya, İrlandiya); 4 aprel – Qadınlar günü (Tayvan); 7 aprel – Analıq və gözəllik günü (Ermənistan); 7 aprel – Qadınlar günü (Mozambik); 7 may – Analar günü (Macarıstan, İspaniya, Litva, Portuqaliya); 10 may – Analar günü (Latın Amerikasındakı əksər ölkələr və daha 8 ölkə); 14 may – Analar günü (Amerika və daha 23 ölkə); 1 iyun – Analar və uşaqlar günü (Monqolustan); 4 iyun – Analar günü (Fransa); 9 avqust – Milli Qadınlar günü (Cənubi Afrika Respublikası); 13 avqust – Qadınlar günü (Tunis);
26 avqust – Qadınların bərabərlik günü (ABŞ); 22 sentyabr – Amerikanın biznes xanımlarının günü; 22 oktyabr – Qayınanalar və baldızlar günü (ABŞ); 8 dekabr – Analar günü (Panama); 22 dekabr – Analar günü (İndoneziya).
Butun xanimlari qarsidan gelen bayramlari munasibetile tebrik edir,onlara uzun omur ve cansagligi arzu edirem! Urək göstər
avatar
Mr_SMITH
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 89

Təşəkkür sayı Təşəkkür sayı : 3
Ikizler Keçi
Erkek
Age : 26
Adres : our city
Məşguliyətim : telebe
Qeydiyyat tarixi : 15/09/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
0/0  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından Ne On Bir 4/3/2010, 20:05

Qarwidan gelen 8mart Beynelxalq Qadinlar bayrami munasibetiyle forumda olan butun qiz istifadecilerimizi tebrik edirem daha sonra butun Azeri qadinlarini tebrik edirem Smile

____________________________________________
avatar
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 31
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından sad_angel Bir 4/3/2010, 21:05

Tesekkurler. Smile
avatar
sad_angel
Aktiv user
Aktiv user

İsmarıc sayı İsmarıc sayı : 120

Təşəkkür sayı Təşəkkür sayı : 21
Yay Manda
Kadın
Age : 31
Adres : Baki
Məşguliyətim : FQ
Qeydiyyat tarixi : 02/01/10

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından Secret_Girl Bir 22/3/2010, 00:54

Teshekkur.
Mr__SMITH melumat ucun xususui tesekkur.Duzunu desem bu bayrami nedense hec sevmirem heccc.Bunu deyisib ANALAR GUNU eleseler lap yaxsi olar.
avatar
Secret_Girl
Aktiv user
Aktiv user

İsmarıc sayı İsmarıc sayı : 58

Təşəkkür sayı Təşəkkür sayı : 5
Yay At
Kadın
Age : 26
Adres : City_of_Winds
Məşguliyətim : Telebe
Qeydiyyat tarixi : 14/02/10

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından Navigator Bir 8/5/2010, 19:19

mende butun qadinlari gecde olsa tebrik edirem. Utan

____________________________________________
Sevgidən Nifrətə bir addım
avatar
Navigator
Adminisdrator
Adminisdrator

İsmarıc sayı İsmarıc sayı : 105

Təşəkkür sayı Təşəkkür sayı : 6
Terazi Manda
Erkek
Age : 31
Adres : Azerbaijan
Məşguliyətim : Programist
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

01 Geri: 8 mart-Beynalxalq qadinlar gunudur!

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.