Netplus.az

Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Mart 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

2 posters

Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından X_an 24/2/2009, 12:22

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) 516756fa2a8b

«Hər bir vətəndaş Konstitusiya barədə ümumi anlayışa malikdirsə, dəyişikliklər onun üçün çətin olmamalıdır»
Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevin «Cümə Sevinc Osmanqızı ilə» verilişinə müsahibəsi

18 mart Ümümxalq Referendumu ilə bağlı nə bilirik və nəyi bilməliyik? ANS TV-də yayımlanan «Cümə Sevinc Osmanqızı ilə» verilişinin qonağı Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bu barədə fikirlərini bildirib.

- Referenduma çıxarılan o qədər vacib, o qədər müxtəlif dəyişiklik və təkliflər barədə, sizcə, 50 gün ərzində maariflənmə aparmaq olacaqmı? Bunlar adi azərbaycanlı üçün, deyək, ucqar kənddə yaşayan bir Fatmanisə xala üçün başa düşüləndirmi?
- Əlbəttə, bəli. Ümumiyyətlə, Konstitusiyanı bilmək hər bir vətəndaşın borcudur və ucqar kənddəki Fatmanisə xalanın Konstitusiyadan xəbəri yoxdursa, bu, anlaşılan vəziyyətdir. O, adi kənd sakinidir. Lakin Konstitusiya haqqında hamıda təsəvvür olmalıdır. Hətta məktəb səviyyəsində Konstitusiyanın əsas müddəaları tədris olunur. Hər bir vətəndaş Konstitusiya barədə ümumi anlayışa malikdirsə, dəyişikliklər onun üçün çətin olmamalıdır. Və mən hesab etmirəm ki, 41 dəyişiklik böyük bir paketdir.

- Mən ayrı-ayrı dəyişikliklərə toxunmaq istəyirəm. Prezident səlahiyyətlərinin uzadılması və ya seçkilərin təxirə salınması kimi taleyüklü məsələlərdə Konstitusiya məhkəməsinin qərar verməsi üçün bu institut kifayət qədər möhkəm və müstəqildirmi?
- Söhbət 101-ci maddədən gedir, elə deyilmi? 101-ci maddədə təklif olunur ki, belə bir müddəa əks etdirilsin. Bəli, hərbi əməliyyatların aparılması Prezident seçkisini mümkün etmirsə, Prezidentin səlahiyyətləri hərbi əməliyyatlar qurtaranadək uzadılır. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

- Amma MSK-nın belə bir hüquqa malik olması qanunda əks olunmayıb. Bu da əsk olunmalıdır, deyilmi?
- Mən sizinlə tamamilə razıyam, amma icazə verin, fikrimi davam etdirim. Həmin müddəa Yunanıstanın, Xorvatiyanın, Gürcüstanın, Moldovanın və bir sıra digər ölkələrin də Konstitusiyasında mövcuddur. Lakin Azərbaycan ilk ölkədir ki, Konstitusiya səviyyəsində hərbi əməliyyatların aparılması faktının təsdiq edilməsini tələb edir. Yəni başqa Konstitusiyalarda belə müddəa yoxdur ki, bu fakt Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilsin. Nəyə görə bu müddəa zəruridir? Ona görə ki, bildiyiniz kimi, Prezident seçkisi zamanı hər bir namizəd 60 dairənin ərazisindən imza toplamalıdır. Seçki Məcəlləsində belə bir müddəa var. Təsəvvür edək ki, 125 dairədən 60-nın ərazisində hərbi əməliyyatlar aparılır və imzaların 60 dairədən yığılması mümkün deyil. Bu halda Konstitusiya böhranı başlayır və Prezident seçkisini keçirmək mümkün olmur.
Digər bir misal. Həmin müddəa Milli Məclisin də səlahiyyətlərinin uzadılmasına aiddir. Konstitusiyaya görə Milli Məclis o vaxt səlahiyyətlidir ki, 83 deputatı seçilmiş olsun. Yalnız bu halda onun səlahiyyətləri tanınır. Təsəvvür edək ki, 33 dairənin ərazisində hərbi əməliyyatlar aparılır və 83 deputatı seçmək fiziki cəhətdən mümkün deyil. Və bu, o deməkdir ki, Azərbaycan Milli Məclissiz, Parlamentsiz qalacaq.

- 1992-cü ildə Azərbaycan müharibə şəraitində idi, bununla belə, Prezident seçkisi keçirildi və elə bir problem yaranmadı.
- Ona görə ki, 1992-ci ildə Qanunvericiliyin tələbləri başqa idi. Yalnız 83 deputatın seçildiyi halda, Milli Məclisin tanınması maddəsi yox idi. Prezidentin namizədliyinin dəstəklənməsi üçün ən azı 60 dairənin ərazisindən imza yığılması tələbi yox idi. Bu tələblər yeni tələblərdir. 1995-ci ilədək belə tələblər olmayıb.

- Hərbi əməliyyatlar müharibə demək deyil. Hər hansı bir fövqəladə vəziyyətin qarşısını almaq üçün də hərbi əməliyyat aparıla bilər.
- Hərbi əməliyyatlar müharibədən daha geniş anlayışdır. Bu, o deməkdir ki, Azərbaycana müharibə elan edilmədən hücum edilə bilər. Ermənistan Azərbaycana müharibə elan etməmişdi. Yalnız hərbi əməliyyatlar aparırdı. Ona görə müharibə anlayışı oraya salınmayıb, hərbi əməliyyatlar salınıb. Mən çətin təsəvvür edirəm ki, hər hansı bir fövqəladə hal hərbi əməliyyatlarla nəticələnə bilsin.

- Konstitusiya məhkəməsi bu qədər taleyüklü qərar qəbul etməyə hazırdırmı?
- Konstitusiya Məhkəməsinin bu cür qərar qəbul etməsini o qədər də taleyüklü hesab etməzdim. Ona görə ki, Konstitusiya Məhkəməsi bundan daha taleyüklü qərarlar qəbul edir. Konstitusiya Məhkəməsi Milli Məclisin seçkilərinin nəticələrini təsdiq edir, Azərbaycan Respublikası Prezidentinin seçkilərinin nəticələrini təsdiq edir, impiçment məsələsində son söz Konstitusiya Məhkəməsinindir. Konstitusiya Məhkəməsinin bu cür vacib taleyüklü səlahiyyətləri varsa, bu səlahiyyət onlarla müqayisədə daha azdır.

- Amma Prezident seçkisinin ləğv edilməsi taleyüklü məsələdir, razısınızmı?
- Bəli, taleyüklüdür. Amma mən hesab etmirəm ki, Konstitusiya Məhkəməsinə verilən yeganə taleyüklü səlahiyyətdir. Konstitusiya Məhkəməsinin bundan daha mühüm səlahiyyətləri artıq Konstitusiyada öz əksini tapıb.

- Məni bir jurnalist kimi maraqlandıran məsələyə toxunmaq istəyirəm. İnformasiya azadlığına dair əlavədə deyilir ki, hər bir kəs özü haqqında məlumatı təkzib etmək hüququna malikdir. Özü haqqında istənilən məlumatı, yoxsa özü haqqında yalan məlumatı?
- Əlbəttə, yalan məlumatı.

- Amma “yalan” sözü yoxdur.
- Ona görə ki, təkzib o vaxt vacibdir ki, onun haqqında dərc olunanla o şəxs razı olmasın. Bəlkə də, onun subyektiv yanaşması ola bilər ki, bu məlumat yalandır. Sonra sübut oluna bilər ki, bu məlumat düzdür. Ona görə “yalan” sözü oraya salınmayıb.

- Şəxsi toxunulmazlıqla bağlı da bir əlavə var ki, hər bir kəsin video və ya foto çəkilişini aparmaq üçün, həmin şəxsin razılığı alınmalıdır.
- Orada bir söz var ki, Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olunmaqla.

- Məsələn, siz Prezident Aparatının vəzifəli rəsmisisiniz. Mən sizin haqqınızda hansısa bir məlumatı işıqlandırmaq istəyirəmsə, aydın məsələdir ki, siz mənə icazə verməyəcəksiniz.
- İşıqlandırın.

- Onda məhkəməlik olacaq, axı razılığınız alınmalıdır.
- Söhbət videoçəkilişlərdən, audio yayımdan, fotoçəkilişdən və pusqudan gedir. Şəxsi həyatla bağlı. Məsələn mən, siz və ya başqası razı ola bilərmi ki, onun mənzilində kim tərəfindənsə videokamera qurulsun və onun şəxsi həyatı diskə və ya başqa bir elektron daşıyıcıya köçürülsün?

- Amma əgər bu şəxsi həyat ölkənin həyatını təsirləndirirsə, niyə lentə almamalıyıq?
- Beynəlxalq hüquqda, demokratik dövlətlərdə “Privacy” anlayışı var. Pravacy - şəxsi həyat deməkdir. Hər bir şəxsi həyat toxunulmaz olmalıdır və 32-ci maddə məhz şəxsi həyatın toxunulmazlığına aiddir. Mən ritorik sual verdim ki, bir kəs razı olarmı ki, onun mənzilində videokamera quraşdırılsın?.

- Siz Privacy məsələsinə toxundunuz. Amma xarici ölkələrdə Privacy qanunu ilə bağlı başqa bir təcrübə də var. Bu da ondan ibarətdir ki, adi vətəndaşın şəxsi məsələsi və ictimai xadimin şəxsi məsələsi arasında fərq qoyulmalıdır. Amma bizdə Sizin də, mənim də şəxsi həyatım eyni cür qorunur.
- Dövlət xadiminin harada, necə dincəlməyi, əlbəttə, mətbuatda işıqlandırıla bilər. Lakin dövlət xadimi, dövlət məmuru dincəlmə vaxtı öz mənzilində olarkən, nə yeyir, nə içir, özünü necə aparır, divanda necə uzanır, stulda necə oturur, bunlar ictimai müzakirənin predmeti ola bilməz.

- Bu halda arbitr kim olacaq, məhkəmə?
- Bəli, məhkəmə. Mən hesab edirəm ki, bu dəyişikliklər qəbul olunarsa, qanunlarda da müvafiq düzəlişlər aparılmalıdır. Ona görə ki, bütün bu məsələlər bir-birindən fərqlənməlidir. Yəni şəxsi həyat anlayışı hansı sferanı əhatə edir? Bu sahədə Strasburqda İnsan Hüquqları Məhkəməsinin kifayət qədər təcrübəsi var. Ona görə ki, Privacy məsələsi ilə əlaqədar ölkələrdən hər il kifayət qədər şikayət daxil olur. Bu praktikadan istifadə edilərək, qanunlarımızda müvafiq dəqiqləşmələr aparılmalıdır.

- Sizcə Azərbaycan Qanunvericiliyində “ictimai xadim” statusunun yaradılmasının vaxtı çatmayıbmı?
- «İctimai xadim» anlayışı qeyri-hüquqi termindir. Bizdə Qanunvericiliyə görə, dövlət qulluqçuları və siyasi vəzifə tutan şəxslər mövcuddur. Bu terminlərdən istifadə edə bilərik.

- Dediyiniz həmin o Pravacy qanununda ictimai xadimlər, «public officials» ayrıca bir kateqoriya hesab olunur.
- «Public officials» sözünün Azərbaycan dilinə tərcüməsi yoxdur. Amma bu, dövlət məmuru anlayışında işlənilir. Bizim praktikada eynidir. Bizdə dövlət qulluğu haqqında qanun var. Həmin o qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə müəyyən düzəlişlər edilə bilər.

- «Bizim yol» qəzeti yazmışdı ki, siz bir neçə il əvvəl yazdığınız kitabda Azərbaycan vətəndaşının iki dəfədən artıq Prezident seçilməsi üzərində qadağanın Azərbaycanda dövlətçiliyinin demokratik əsaslar üzərində qurulmasının təzahürü kimi qiymətləndirmişdiniz. Siz bu fikri hələ də müdafiə edirsinizmi?
- Bağışlayın, həmin o kitab «Azərbaycan Respublikası Konstitusiyasının elmi-praktiki şərhi» adlanırdı və bu və ya digər maddələrin şərhi və izahı verilirdi. Kitabda həmin qadağanın nəyə görə Konstitusiyaya düşməsinin sadəcə şərhi verilmişdi. Lakin bu, o demək deyil ki, başqa yol seçilə bilməz. Prezidentin iki dəfədən artıq seçilməməsi məsələsi partiyalararası müharibə nəticəsində yaranıb. Bildiyiniz kimi, Ruzvelt 4 dəfə Amerika Prezidenti seçilib. Respublikaçılarla demokratlar arasında münaqişə yaranmışdı. Ona görə ki, digər partiya daha nüfuzlu namizəd irəli sürə bilmirdi. Belə bir vəziyyətdən yeganə çıxış yolu kimi Amerika Konstitusiyasının 47-ci maddəsində müvafiq düzəlişin edilməsində gördülər. Bu düzəliş 1951-ci ildə tam qüvvəyə mindi. Amerikanın iki ştatı bu maddəni hələ də ratifikasiya etməyib. Digər bir misal Fransa ilə bağlıdır. Fransada da bu yaxınlara qədər hər bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə heç bir qadağa yox idi.

- Keçən il Sarkozinin prezident olmasından sonra bu qadağa qüvvəyə mindi.
- Bəli, amma keçən ilədək Fransanı heç kim qeyri-demokratik dövlət adlandırmırdı. Eyni zamanda, Amerikada da heç kəs deyə bilməz ki, 1951-ci ilə qədər bu ölkə qeyri-demokratik, 1951-ci ildən sonra demokratik olub.

- Tarixə etdiyiniz ekskursiyaya görə çox sağ olun. Amma bu gün biz inkişaf etmiş ölkələrə baxdıqda, dediyiniz ABŞ-da, Fransada, digər Qərb ölkələrində belə bir qadağa qüvvədədir. Bizim qadağanı qaldırmağımız irəli atılan addım olacaqmı?
- Bəli, mən hesab edirəm ki, irəliyə atılan addım olacaq. Ona görə ki, 2004-cü ildə ABŞ Prezidenti Klinton bu qadağanın götürülməsini təklif etmişdi. Hazırda Konqresdə bu təkliflər səslənir. Hesab edirəm ki, bu qadağanın aradan qaldırılması xalqın seçim etmək hüququnu genişləndirir. Söhbət bir şəxsdən getmir. Bu qadağa o deməkdir ki, konkret bir şəxsin seçicilər tərəfindən seçilməsinə qadağa qoyulur, yəni seçicilərin iradəsi üzərində Konstitusiya səviyyəsində zor tətbiq olunur

X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Left_bar_bleue20/0Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Geri: Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından Qonaq 24/2/2009, 17:57

Etalon yazıb:

Sözün düzü indi ki Gənclərin Konstitusiyanın maaddələrindən heç xəbəri belə yoxdur

Qonaq
Qonaq

Əvvələ qayıt Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Geri: Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından X_an 24/2/2009, 18:28

Hamsi yox hormetli Proqrammist azeri bey!!!
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Left_bar_bleue20/0Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Geri: Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından Ne On 27/2/2009, 08:17

Wubhesizki sitatin yerini hecne vermir... Ozude bele uzun olanda Very Happy Qanunlardan xeberimiz olmaya biler amma, huququmuzu oyrenmeye caliwiriq...
Ne On
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 37
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Geri: Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından X_an 27/2/2009, 10:59

NeOn yazıb:Wubhesizki sitatin yerini hecne vermir... Ozude bele uzun olanda Very Happy Qanunlardan xeberimiz olmaya biler amma, huququmuzu oyrenmeye caliwiriq...
amma gerek qanunlarimizdanda xeberimiz ola huquqlarimizdanda...
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Left_bar_bleue20/0Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi) Empty Geri: Konstitusiya barədə nə bilirik?...(Şahin Əliyevin müsahibəsi)

Yeni mövzu tarafından Sponsored content

Sponsored content

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.