Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

3 posters

Aşağa gitmek

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

Yeni mövzu tarafından X_an 11/3/2009, 22:19

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... 2e274550b761
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb
Bakı Təhsil İdarəsi isə hadisənin şagirdin dərsdən qaçmaq istəyərkən baş verdiyini iddia edir.
Bakının Sabunçu rayonu ərazisində Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9 "c" sinif şagirdi Mirsahib Əzimzadə sinif rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ona pul verməməsi ilə bağlı tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atıb. Bu barədə ANS PRESS-ə şagirdin anası Ulviyyə Əzimova məlumat verib.
Valideyn bildirib ki, hadisə martın 7-də baş verib: “Sinif rəhbəri Gülnarə Hüseynova 8 Martla bağlı şagirdlərin hər birindən 15 manat pul yığıb. İmkanımız olmadığına görə isə mən övladıma 10 manat vedim. Müəlliməsi Gülnarə isə sinifdə 5 manat az verdiyinə görə oğlumu danlayıb. Müəllimənin uşaqların yanında tənbeh etməsindən utanan Mirsahib evdən pul gətirmək üçün məktəbdən çıxmaq istəyib. Məktəbin qapıçısı isə dərs bitmədiyindən onu küçəyə çıxmağa qoymayıb. Çıxılmaz vəziyyətdə qalan Mirsahib isə özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə başı üstə yerə düşüb, qolu sınıb və kəllə-beyin travması alıb. 3 saylı xəstəxanada qoluna gips taxılarkən özündən gedib. Müəyyən müddət reanimasiyada saxlandıqdan sonra, Nevrocərrahiyyə İnstitutuna göndərilib. Sonradan isə müalicəsinin evdə aparılmasına icazə verilib”. Ü. Əzimova bu vaxta kimi sinif və ya məktəb rəhbərliyindən heç kimin onun vəziyyəti ilə maraqlanmadığını da dedi.
Məktəbin direktoru Qurbantac Qazıbəyova isə əvvəl ANS PRESS-ə M. Əzimzadənin dəcəl olduğunu və onun dərsdən qaçmaq məqsədilə 2-ci mərtəbədən tullandığını desə də, sonradan baş verən hadisəni təsdiqləyərək hadisənin ürəkaçan hal olmadığını bildirdi : “Hadisənin pula və yaxud başqa şeyə görə olduğunu bilmirəm, ancaq bu hadisə heç də urəkaçan hal deyil. Məktəbdə belə hadisə olmamalıdır”. Məktəb direktoru müavinlərinin və məktəb psixoloqunun M. Əzimzadənin yanına göndərildiyini və ona lazımi köməkliyin göstəriləcəyini bildirdi.
Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə ANS PRESS-ə bildirdi ki, hadisə martın 7-də M. Əzimzadə dərsdən qaçmaq istəyərkən baş verib. Onun sözlərinə görə, məktəbin qapıçısı onu dərsdən yayınmağa icazə vermədikdə, M. Əzimzadə 2-ci mərtəbədən tullanıb. Nəticədə qolu qırılıb, beyni silkələnib. Z. Əliqızı hazırda Bakı Təhsil İdarəsinin nümayəndəsi Məhəmməd Bayramovun hadisə ilə bağlı məktəbə göndərildiyini və araşdırma apardığını deyib: “Təəssüfləndirici haldır. Günahkarın kim olmasından asılı olaraq lazımi tədbir görüləcək, günahkar şəxs cəzalandırılacaq”.



X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Left_bar_bleue20/0Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty Geri: Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

Yeni mövzu tarafından Ne On 11/3/2009, 22:31

Etalon movzunun adını oxudum elə bildim ölümlə nəticələnib... İndi bu uşaq yaşayır yəqinki... Son vaxtlar məktəblərə baxıram... Müəllim kollektivi heç də şagirdlərlə mehriban deyil...
Ne On
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 38
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty Geri: Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

Yeni mövzu tarafından X_an 12/3/2009, 11:25

Zulum heddini ashib!Cox pis deyishib exlaq abir namus tehsil ishe girmek mekteb de oxumaq ali tehsil almaq nefes almaq yashamaq pulla baglanib pula deyishdirilir...!
Hezret Eli(e)-Zaman geler zulum bogaza catar insanlar ereset qalib nicat axtarar!Allah teala zulumu yer uzunden qaldiran o muqeddes shexsi bize gondersin!Amin!
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Left_bar_bleue20/0Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty Geri: Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

Yeni mövzu tarafından Seyid 12/3/2009, 20:08

Aminnn!! Etalon Allah sene rehm eledi adash... hec deymez bele menfur insanlarin hereketine gore insan ozun 2 mertebeden atsin.. bele pis niyyetli insanlar heyfler olsun ki helede bezi mekanlarda hokmranliq edirler, amma bilmirler ki, HAKİMİYYET ALLAHİNDİR..zulm insallah aradan qalxar.. ve biz AGAMİZİN yolunu gozleyirik..insallah agamizin gelishile zulm aradan qalxar...!(İnsallah)
Seyid
Seyid
Gold User
Gold User

İsmarıc sayı İsmarıc sayı : 107

Təşəkkür sayı Təşəkkür sayı : 303
Terazi Kedi
Erkek
Age : 36
Məşguliyətim : Netdə olmaq
Qeydiyyat tarixi : 11/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Left_bar_bleue0/0Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı... Empty Geri: Pul vermədiyinə görə müəlliməsinin tənbehlərinə dözməyən şagird özünü asdı...

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.