Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı

2 posters

Aşağa gitmek

Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Empty Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı

Yeni mövzu tarafından QaZ_AçARı 30/3/2009, 17:04

buyurun müzakirə edəyin... siz necə düşünürsüz Xürrımilər hərəkatının banısı Babək Azərbaycan xalqının qəhrəmanımı yoxsa İslam dininə qarşı çıxmış bir insan yoxsamı Kafir..

QaZ_AçARı

İsmarıc sayı İsmarıc sayı : 1

Təşəkkür sayı Təşəkkür sayı : 1
Başak Manda
Erkek
Age : 38
Adres : VeS Azerbaycan
Məşguliyətim : maragli ne varsa onunlada meshgulam
Qeydiyyat tarixi : 30/03/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Left_bar_bleue0/0Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Empty Geri: Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı

Yeni mövzu tarafından X_an 30/3/2009, 23:14

Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı 59c3508d8cd7
Babək dinə qarşı deyil, ərəb
işğalçılarına qarşı mübarizə aparıb
Hər bir xalq özünün şərəfli tarixi keçmişi ilə öyünür. Xalqların tarixinə bu şərəfli səhifələri yazanlar isə onun qəhrəmanlarıdır. Bu baxımdan daim haqqında öyünə-öyünə, fəxrlə söhbət açdığımız, güc, iradə, qəhrəmanlıq simvoluna çevrilən Babək (əsl adı Həsəndir) ərəb işğalçılarına qarşı 20 il ölüm-dirim mübarizəsi aparmaqla özündən sonrakı nəsillərə əsl nümunə oldu. Bu, elə bir mübarizə idi ki, sərhədləri Atlantik okeanından başlayaraq, Çin sərhədlərinə qədər uzanan böyük bir imperiyanı lərzəyə salmışdı.
Hərəkat yalnız imperiyanın bütün hərbi qüvvələri səfərbər edilməklə və xəyanətkarlıqla susdurula bildi. Bütün tarixi hadisələr və şəxsiyyətlər haqqında olduğu kimi, tariximizin yaddaşında əfsanəvi qəhrəmana çevrilən Babək haqqında da təzadlı fikirlər səslənir. Əslində Babək kimə və ya nəyə qarşı mübarizə aparırdı: ərəb xilafətinəmi və ya xilafətin öz işğalı ilə bərabər gətirdiyi İslam dininəmi? O vaxtdan 1400 il keçməsinə baxmayaraq, Babək və onun apardığı mübarizə haqqında belə təzadlı fikrlər bu gün də səslənməkdədir.
Babək xilafətə qarşı istənilən qüvvə ilə birləşirdi
Doğrudan da tariximizin çox təzadlı məqamları var. Bu gün bir qrup tarixçilər, politoloqlar və yaxud din xadimləri Babəklə bağlı fərqli fikirlər irəli sürürlər. Təbii ki, burda tarixdən daha çox məntiq həlledici rol oynayır. Dövrün araşdırmaçısı, Bakı Döv¬lət Universitetinin Azərbaycan ta¬rixi kafedrasının dosenti Mehman Abdullayevin sözlərinə görə, əslində Babək İslam dininə qarşı deyil, ərəb xilafətinə qarşı vuruşmuşdu: «Babək milli-azadlıq hərəkatının başçısıdır. Azərbaycanın tarixində çox işğallar olub. 651-ci ildən başlayaraq Azərbaycan xilafət tərəfindən zəbt ediləndə heç kim bilmirdi ki, ərəblərin bu işğalı bizə yeni bir din gətirir. Onların həm torpaq işğalı, həm də dini qəbul etdirmək məqsədi var idi. Ona görə də Babək ərəblərə qarşı vuruşan zaman din amili həlledici rol oynamırdı, söhbət işğaldan gedirdi. Hazırda Türkiyədə tarixçilər arasında Babək haqqında o qədər də yaxşı fikirlər səslənmir. Çünki Türkiyə tarixçilərinin bəziləri hesab edir ki, Babək İslam dininə qarşı vuruşub. Lakin Babək üçün nə İslamın, nə xristianlığın, nə də xürrəmiliyin heç bir əhəmiyyəti olmayıb. Babək ərəb xilafətinə qarşı istənilən qüvvə ilə birləşirdi və vuruşurdu. Yeni əldə etdiyimiz faktlara görə, hətta Babək gizlində yazıb ki, «mən bir xaçpərəst oğluyam, hələlik xürrəmilik əhalini ərəblərdən uzaq saxlamaqda mənə kömək edir. Nə qədər ki, mən xilafəti məğlub etməmişəm, xürrəmilikdən istifadə edəcəm. Xəlifəyə qalib gələndən sonra elə edəcəyəm ki, hətta bütün xilafət əhalisi xristianlığı qəbul etsin». Yəni o, münasibəti elə qururdu ki, guya hətta gələcəkdə xristian dininin yayılması üçün də çalışacaq. Elə bu siyasətin nəticəsi idi ki, Babəkin dəstəsində vuruşanların bir hissəsi müsəlman, bir hissəsi xristian, digər hissəsi isə xürrəmilər idi. Hətta ərəb xilafətindən qaçan döyüşçülər, sərkərdələr belə Babəkin yanında idi».
Babək hərəkat rəhbəri deyil, hökmdar olub
Tarixdə bu gün də Babəkin fəaliyyəti haqqında araşdırılmayan məqamlar var. Məsələn, əksər mənbələr Babəki hərəkat rəhbəri kimi təqdim edirlər. Əslində isə böyük bir xilafətə qarşı 20 il mübarizə aparan Babək artıq bu müddət ərzində müəyyən atributlara malik bir Şərq dövləti qura bilmişdi. Tarixçinin sözlərinə görə, Babəkin hərbi qüvvələrə başçılıq edən komandanlığı, hərbi şurası, bayrağı, hərəmxanası olub: «20 il mübarizə aparmaq üçün gərək xalqı təşkil edəsən. Bunun üçünsə yaxşı idarəetmə orqanları olmalıdır ki, xalq həm tabeçilikdən çıxmasın, həm də lazım gələndə dövlətə vergi versin, hərbi kömək göstərsin. Elə bir xristian feodalı yox idi ki, onun oğlu və ya qızı Babəkin sarayında olmasın. Babək hökmdar olub. Babəkin hərəmxanası və 20-30 oğlu-qızı olub. Onun edamında da öz cəlladından istifadə edilib. Babəki edama aparanda fikirləşiblər ki, yolda necə aparsınlar ki, onu hamı görə bilsin. Qərara alıblar ki, Babəki filin üstündə aparsınlar. Xəlifə edam zamanı ona deyir ki, sən elə bir iş görmüsən ki, indiyə qədər heç kəs belə bir iş görə bilməyib. İndi gərək elə dözəsən ki, indiyə qədər heç kəs bu ağrıya dözə bilməyib. Hətta Babəkin apardığı mübarizəyə heyrətlənən Xəlifə Mötəsim deyib ki, əgər onun Allah yanında olan günahlarını bağışlamaq mümkün olsaydı, elə bu qəhrəmanlığına, dözümünə görə yaşamağa layiq olardı. Yəni o, Babək haqqında böyük düşmən kimi danışırdı»
Ərəblər İslamın mahiyyətinə uyğun hərəkət etmirdilər
İslam dininin hakim olduğu indiki dövrdə istərdik ki, azadlıq uğrunda müvarizə aparan bir insanın göstərdiyi qəhrəmanlığı hansısa təzadlardan uzaq formada qələmə alaq. Yəni Babəki İslama qarşı deyil, ərəb işğalına qarşı mübarizə aparan şəxs kimi təqdim etmək daha çox məqsədəuyğun olardı. Nədən ki, tarixdə ilk dəfə qırmızı bayraq qaldırıb, böyük bir imperiyanı sarsıdan Babək bu mübarizəni Xürrəmi ideyası altında aparırdı və xalq da onu dəstəkləyirdi. Lakin göründüyü kimi, bu gün tarixi mənbələrdə Babəkin Xürrəmi məzhəbinə deyil, xristian dininə inam gətirməsi kimi fikirlər də aşkarlanıb. Dinşünas-alim Nəriman Qasımoğlu isə hesab edir ki, Babəkə indiki dövrün stereotiplərindən yanaşmaq daha məqsədəuyğun olardı: “O dövrdə ərəb işğalçılarına qarşı milli-azadlıq hərəkatı başlamışdı. Ərəb işğalçıları da İslam bayrağı al¬tında Azərbaycana gəlmişdilər. Söh¬bət milli-azadlıq mübarizəsinin məzmunun¬dan gedir. İşğalçı nə gətirirdisə yerli əhali onun əleyhinə olurdu. O zaman bütün məsələlərdə işğalçılığa bəraət qazandırmaq üçün bir dini fon lazım idi ki, ərəblər də onu gətirmişdilər. Ərəblər İslamın mahiyyətinə uyğun olaraq hərəkət etmirdilər. Onlar bütün ölkələrə İslamı qılıncla gətirirdilər. Məlumdur ki, İslamda zor yoxdur. Ümumiyyətlə, Quran¬da yazılıb ki, dinlərdə məcburiyyət yoxdur. Xilafət ancaq siyasi məqsədlərlə Azərbay¬ca¬na özünün o zaman tətbiq etdiyi şə¬riət qanunlarını gətirirdi. Bu da təbii ki, yerli əhali tərəfindən müqavimətlə qarşılanırdı. Babəkin başçılığı altında milli-azadlıq hərəkatı da buna qarşı çıxırdı. İndi bu hərəkatı Babəkin İslam dininə qarşı çıxması kimi dəyərləndirmək düzgün deyil. Konkret halda söhbət ərəb işğalçılığına, ərəb xilafətinə qarşı mübarizədən gedir.
Babək dinə qarşı deyil, ərəb işğalçılarına qarşı mübarizə aparıb. Orta əsrlərdə istər Qərbdə, istərsə də Şərqdə işğalçı özünə dini məsələlərlə bəraət qazandırırdı. O, özünü işğal etmək üçün soxulduğu ölkədə qayda-qanun yaradırmış kimi göstərirdi. Allahın dinini bərqərar etmək camaatı qılıncdan keçirmək demək deyil ki....
Şübhəsiz ki, dini bəhanə gətirən ərəblərə qarşı Babəkin də öz arqumentləri var idi. Belə bir ideoloji toqquşma baş verirdi. Amma əslində mahiyyət etibarilə bu, dinlərarası mübarizə deyildi ki, iki dini dünyagörüşü arasında savaş baş versin. Burada söhbət sərhədlərin genişləndirilməsindən gedirdi. O zamanlar hər bir siyasi məsələ dinə əsaslandırılırdı. Buna görə də belə bir təsəvvür yaranır: baxırıq ki, Babəkin əleyhidarları onu İslamın əleyhidarı kimi qələmə vermək istəyirlər. Bu məsələyə yalnız tarixi kontekstdə yanaşmaq lazımdır. Bəbəki İslamın düşməni kimi deyil, Azərbaycan milli-azadlıq hərəkatının simvollarından biri kimi təlqin etmək və onunla fəxr etmək lazımdır».
Bəli, biz də hər iki alimlə razılaşıb Babəki milli-azadlıq hərəkatının rəhbəri kimi qəbul edirik. Ən azından ona görə ki, öz yaxınlarından və var-dövlətindən məhrum olan bu şəxs son anda belə düşmənin vəzifə təklifini qəbul etmədən edam fərmanı ilə razılaşdı. Onun ən ağır fiziki bədən cəzası ilə edam edilərkən göstərdiyi əfsanəvi iradə, dözüm düşməni belə heyrətə gətirmişdi. Bəli, ərəb əsarətinə qarşı yorulmadan mübarizə aparan Babək tarixin yaddaşında qalib
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Left_bar_bleue20/0Babək İslam dininə qarşı çıxmış kafirmi, yoxsa Xalq Qehramanı Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.