Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
Aprel 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Takvim Takvim


Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

4 posters

Aşağa gitmek

Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

Yeni mövzu tarafından X_an 13/2/2009, 17:39

Bəxtiyar Vahabzadə vəfat etdi
Xalq şairi ilə vida mərasimi sabah BDU-da keçiriləcək


Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib. ANS PRESS-in miəlumatına görə, xalq şairi ilə vida mərasimi fevralın 14-də keçiriləcək. Bakı Dövlət Universitetindən aldığımız xəbərə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Hələlik ölkə prezidenti İlham Əliyev tərəfindən dəfn komissiyasının formalaşdırılması ilə bağlı sərəncam verilmədiyindən, mərasimin saat neçədə keçiriləcəyi məlum deyil. Bu axşam dəfn komissiyasının formalaşdırılacağı və iclas keçirəcəyi gözlənilir. Vida mərasimi ilə bağlı bütün detallar da yalnız iclasdan sonra məlum olacaq.

Şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanın xalq şairidir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Bəxtiyar Vahabzadə 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaucan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunub. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

Allah rəhmət eləsin!
X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Left_bar_bleue20/0Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty Geri: Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

Yeni mövzu tarafından Deniz 13/2/2009, 18:13

Allah rehmet elesin...........
Deniz
Deniz
İstifadəçi

İsmarıc sayı İsmarıc sayı : 11

Təşəkkür sayı Təşəkkür sayı : 0
Qeydiyyat tarixi : 13/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Left_bar_bleue0/0Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty Geri: Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

Yeni mövzu tarafından Seyid 13/2/2009, 18:33

Allah rehmet etsin, ruhu sad olsun Amin!
Seyid
Seyid
Gold User
Gold User

İsmarıc sayı İsmarıc sayı : 107

Təşəkkür sayı Təşəkkür sayı : 303
Terazi Kedi
Erkek
Age : 36
Məşguliyətim : Netdə olmaq
Qeydiyyat tarixi : 11/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Left_bar_bleue0/0Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty_bar_bleue  (0/0)

Əvvələ qayıt Aşağa gitmek

Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty Geri: Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

Yeni mövzu tarafından Ne On 13/2/2009, 19:41

Allah rehmet elesin... Her halda bele wairler tarixe cox az hallarda gelir... Yene de onlari unudmamaq lazimdi... Hemiwe qelbimizde yawayacaq...
Ne On
Ne On
Moderator
Moderator

İsmarıc sayı İsmarıc sayı : 812

Təşəkkür sayı Təşəkkür sayı : 129
Koç Kaplan
Erkek
Age : 38
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09

Əvvələ qayıt Aşağa gitmek

Xalq shairi Bextiyar Vahabazade vefat etdi. Empty Geri: Xalq shairi Bextiyar Vahabazade vefat etdi.

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.