Netplus.az


Join the forum, it's quick and easy

Netplus.az
Netplus.az
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Sizin IP- Ünvanınız
ip adresim
En son konular
» Xoş Gəlmisiniz.
tarafından Ne On 20/8/2013, 16:28

» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40

» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57

» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25

» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51

» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47

» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11

» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21

» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44

» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47

» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48

» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44

» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45

Forum saatı

new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpg
May 2024
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Takvim Takvim


Qəzzada qəza

Aşağa gitmek

Qəzzada qəza Empty Qəzzada qəza

Yeni mövzu tarafından X_an 24/2/2009, 11:58

Qəzzada qəza A7b44a591fd1

Qiyasov Orxanın şərhi
Qəzza qan ağlayır, mindən çox ölən var. Fələstinli bir körpənin dünya müsəlmanlarına ünvanladığı yardım çağırışı telekanallardan bir dərd yükü kimi ürəyimə çökür. Təbii, bir müsəlman kimi ürəyim yanır. Müharibənin dəhşətli görüntülərini televiziya ekranlarında görməyə alışmışıq. Nə Təl-Əviv, nə də Həmas dayanmaq istəmir. Sülhdən danışmağa dəyməz, atəşkəs isə hələ ki görünmür. Əsas sual isə budur: kimdir günahkar? Təbii ki, «terror»la «cihad» anlayışlarını seçə bilməyən, cihadın avtobuslarda, yaşayış binalarında, məktəblərdə və xəstəxanalarda olmadığını, özü də kol dalından atılan raketlərlə və ya qəfil intihar hücumları ilə həyata keçirilmədiyini anlamayan «Həmas» yaraqlılarının da günahı var. Yəni istənilən halda, oturub müqəddəs Qurani-Kərimi, Peyğəmbər əleyhissəlamın kəlamlarını oxuyub, mübarizələri üçün daha məqbul yol seçməlidirlər. Axı dinc yəhudi insanlarını da Allah yaradıb; onlar da əslən- nəslən haradan gəlmələrinə, Fələstin torpaqlarına necə yerləşmələrinə baxmayaraq, yaşamaq, işləmək, ibadət etmək haqqına malikdirlər. Qəzzadan xəbərsiz-ətərsiz atılan raket zərbələri isə bu dinc həyatı qəfil kəsir və nəticədə, həyatda bircə dəfə də günah işlətməmiş körpələr, qadınlar və qocalar ölür. Amma burada ən böyük günah regional güc sahibi olan İsrailindir. İsrail terrorizmin kökünü kəsmək adı altında dinc əhaliyə qarşı ABŞ-ın savaş taktikasını seçib, işə artilleriyanı və aviasiyanı salıb. Nəticə də göz qabağındadır. Minlərlə günahsız insan İsrail bombardmanından ölüb. İsrail hərbçiləri özləri də etiraf edirlər ki, ölənlər arasında dinc əhali silahlılardan 10 dəfəyə qədər çoxdur. İsrail ordusunun yüksəkçinli zabitlərinin dediyinə görə, 18 gün davam edən hərbi əməliyyat nəticəsində «Həmas» 15 minlik yaraqlısından yalnız 100-ə yaxınını zərərsizləşdirib.Allah Fələstin şəhidlərinə rəhmət etsin!Amma Təl-Əviv regionun terrorla mübarizə edən digər dövlətindən - Türkiyədən örnək götürə bilərdi. PKK terror təşkilatı ilə mübarizə aparan Türk Ordusu heç zaman əhalisi kürdlərdən ibarət olan şəhərlərin dinc əhalisinə qarşı «Sizdə PKK-çılar gizlənib», - deyə aviasiya və artilleriyadan istifadə etməyib. Həmişə piyadalara üstünlük verib. İndiyə kimi nə Süleymaniyyə, nə Ərbil, nə də Sənəndejə qarşı bir dəfə də olsun hava hücumu təşkil etməyib. Halbuki buna imkanı çatır və PKK terroru hər gün Türkiyə şəhərlərində, yollarında qan tökür. Dinc əhalini qorumaq taktikası isə həmişə Türkiyə Ordusunun daha çox itki verməsi ilə nəticələnir. Bəzən elə olur ki, 2 PKK-çını zərərsizləşdirən zaman 10 türk əsgəri şəhid olur. Amma yenə də Ankara dinc əhalini qorumaq, aldadılaraq terror dəstəsinə aparılmış sakinləri əfv siyasətindən əl çəkmir. Gerçək iman bax budur. Məncə, üç səmavi dinin gəldiyi və dünyanın kitab verilmiş bütün peyğəmbərlərini yetirşdirmiş Sami Dünyasının türklərdən də nələri isə öyrənməyə ehtiyacı var. Ən azından imanlı və insaflı olmağı.«Qaynar Qurğuşun» əməliyyatı ilə İsrail minlərlə günahsız körpənin ölümünə görə nə qədər günahkardırsa, Həmas da İsrailin dinc yəhudi məhəllələrində belinə qumbara bağlayıb özünü partlatdığına, avtobuslara, dayanacaqlara, satış mərkəzələrinə, otellərə bomba qoyaraq ölüm və dəhşət yaratdığına görə bir o qədər günahkardır.ALLAH REHMET ETSİN ŞƏHİDLƏRƏ!

X_an
X_an
Vip-Qrup
Vip-Qrup

İsmarıc sayı İsmarıc sayı : 595

Təşəkkür sayı Təşəkkür sayı : 424
Oğlak Manda
Erkek
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09

Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%) Verilmiş Cərimələr faizi (%):
Qəzzada qəza Left_bar_bleue20/0Qəzzada qəza Empty_bar_bleue  (20/0)

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.