Similar topics
En son konular
» Xoş Gəlmisiniz.tarafından Ne On 20/8/2013, 16:28
» Qadinlar agillidir yoxsa kisiler?
tarafından Navigator 6/5/2012, 21:40
» Dostlar ucun Darixan varmi ?
tarafından New Azeri 25/4/2012, 15:57
» Sirac Təbrik edirik Səni
tarafından Navigator 23/1/2012, 18:25
» Sevmek sevmekdir? yoxsa alishqanliqdir?
tarafından Navigator 31/12/2011, 09:51
» Evli insan seve biler?
tarafından Navigator 31/12/2011, 09:47
» XeYaNeT
tarafından mehriban 29/10/2011, 11:11
» "Eourovision 2012"
tarafından Navigator 12/8/2011, 10:21
» Poçt indeksləri
tarafından Navigator 10/8/2011, 23:44
» Forumun nəaliyyətləri
tarafından Navigator 9/8/2011, 23:47
» Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələri aksiya keçiriblər
tarafından Ne On 25/5/2011, 18:48
» Yeni Dizayn
tarafından Ne On 28/1/2011, 20:44
» qadin ve kisi huquqlari beraberdirrr
tarafından Navigator 25/1/2011, 12:45
new azeri
http://s018.radikal.ru/i524/1201/72/a91fdea1d9a3.jpgDahiler ucun dunyanin bir qapisi var,dogulur ancaq olmur! Xalq shairi Bextiyar Vahabzade ile vida merasimi...
3 posters
1 səhifə (Cəmi 1 səhifə)
Dahiler ucun dunyanin bir qapisi var,dogulur ancaq olmur! Xalq shairi Bextiyar Vahabzade ile vida merasimi...
Shairin eziz xatiresine ithaf edirem...
Omur bashdan-basha,beshikden qebre
Heyatin sevinci qemi deyilmi?..
Olum bir omurluk iztirablarin-
Agrinin,acinin cemi deyilmi?
Kecir meqamlar da gunde yuz elden,
Hansi gizli eldir pozan duzelden...
S'nin guvendiyin dunya ezelden
Ekilen,bicilen zemi deyilmi?
Ayaqlar altinda yer oldu tapdaq
,Sirrini,megzini bilmedik ancaq,-
Tapdaq etdiyimiz bu qara torpaq
Ebedi menzilin dami deyilmi?!
(Bextiyar Vahabzade)
Bu gün Bəxtiyar Vahabzadə ilə vida mərasimi keçiriləcəkVida mərasimi saat 13:00-da Bakı Dövlət Universitetində başlayacaq Bu gün 84 yaşında vəfat etmiş Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi keçiriləcək. Mərasimin Bakı Dövlət Universitetində baş tutacaq. XEZERXEBER-in məlumatına görə, saat 13:00-da başlayacaq vida mərasimi saat 15:00-a kimi davam edəcək. Sonra isə xalq şairi Fəxri Xiyabanda dəfn olunacaq. Vida mərasimində dövlət başçısı İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.Qeyd edək ki, Bəxtiyar Vahabzadə 50 il BDU-da işləyib.
X_an- Vip-Qrup
- İsmarıc sayı : 595
Təşəkkür sayı : 424
Age : 38
Adres : Azərbaycan
Məşguliyətim : Muellim
Qeydiyyat tarixi : 09/02/09
Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%):
(20/0)
Geri: Dahiler ucun dunyanin bir qapisi var,dogulur ancaq olmur! Xalq shairi Bextiyar Vahabzade ile vida merasimi...
GÜMAN QALIB ALLAHA
Talan olmuş bir zaman ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi sel sular keçir,
Altındansa, adamlar.
İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.
Hamı düz yoldan qaçıb, əyri yola işləyir
Saatın əqrəbləri soldan sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ sonu görünmür
Səhər dönür axşama, gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri sönmüşük
Biz ağılla hiss edib, ürəklə düşünmüşük.
Özümüzə qayıdır atdığımız oxumuz
"Toxam" - deyir acımız, "acam" - deyir toxumuz.
Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
"Xoşbəxtəm" deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu "xoşbəxtliyi" bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlirnizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.
Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.
1 iyul, 1998

Ne On- Moderator
- İsmarıc sayı : 812
Təşəkkür sayı : 129
Age : 38
Adres : NoWhere
Məşguliyətim : Everythink
Humor : Komp
Qeydiyyat tarixi : 09/02/09
Geri: Dahiler ucun dunyanin bir qapisi var,dogulur ancaq olmur! Xalq shairi Bextiyar Vahabzade ile vida merasimi...
BİR SALAMA DƏYMƏDİ
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Sentyabr 1961

Allah rehmet elesin. Amin!. Adam var evden geder, adam var elden geder, merhum shair Bextiyar elden getdi.Allah onun ruhun shad etsin! Amin
Seyid- Gold User
- İsmarıc sayı : 107
Təşəkkür sayı : 303
Age : 36
Məşguliyətim : Netdə olmaq
Qeydiyyat tarixi : 11/02/09
Cərimə Göstəricisi
Verilmiş Cərimələr faizi (%):
(0/0)
Similar topics
» Xalq shairi Bextiyar Vahabazade vefat etdi.
» Dovlet bashcisi Ilham Eliyev xalq shairinin vida merasimine geldi...
» Yasamaq ucun yeyrsen yoxsa yemek ucun yasayirsan?
» Dovlet bashcisi Ilham Eliyev xalq shairinin vida merasimine geldi...
» Yasamaq ucun yeyrsen yoxsa yemek ucun yasayirsan?
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
|
|